Əsas Səhifə > Şou-biznes > “Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur”

“Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur”


Bu gün, 11:33
“Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur”
“Bir nəfər çıxıb desin ki, "Instagram"da açıq-saçıq şəkillər paylaşmaq, hər gün alış-veriş, bahalı restoranlarda yemək və səyahət etmək uğurlu qadın obrazı deyil”.

Ölkə.Az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib. O,Azərbaycanda fəaliyyət göstərən blogerləri davranışlarına görə tənqid edib:

“Əksər blogerlər bütün bunları izləyicisinə güclü qadın modeli adı altında soxuşdurur.

Bu bədənli kişini uğurlu kişi kimi qəbul etməyə bənzəyir. Geyim tərzdir və seçim, ifadə azadlığıdır. Bu uğur meyarı ola bilməz. Səyahət, qida və alış-veriş isə ehtiyacdır.

Çox təəssüf ki, Azərbaycanda blogerlik dayanmadan nəyisə basıb-yemək, istehlak etmək səviyyəsinə düşüb. Mən hələ də “Victoria's Secret”in son dəb nümayişi haqqında yerli blogerlərdən tənqidi yazı görməmişəm” – o bildirib.

Geri qayıt