Əsas Səhifə > Şou-biznes > "Allahım, möhlət ver, ən azından doyunca görək"
"Allahım, möhlət ver, ən azından doyunca görək"Bu gün, 01:16 |
Müğənni Elnur Məmmədov ən böyük arzusundan danışıb. Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi bu diləyinin valideynləri ilə bağlı olduğunu bildirib: "Hazırda ən böyük arzum odur ki, Allah valideynlərimi başımdan əskik etməsin. Allah bizi əzizlərimizlə sınamasın. Onsuz da gəlimli-gedimli dünyadır. Hamımız gəlmişik getmək üçün. Həmişə deyirəm ki, Allahım, möhlət ver, ən azından doyunca görək". Elnur hazırda övladlarının gələcəyi üçün günləri saydığını bildirib: "O qədər olub ki, günləri saymışam. İndi də günləri sayıram ki, övladlarımın bağçaya, məktəbə, ali məktəbə getməsini görüm. Və ən əsas əməli saleh olmasını görüm. Bunun üçün də mücadilə edirəm". Qeyd edək ki, Elnurun iki oğlu var. Geri qayıt |