Əsas Səhifə > Şou-biznes > “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur”
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur”16-11-2024, 00:09 |
“Mənim əsas iş yerim teatrdır. Efirlərə çox dəvət alıram, bəzən vaxt olmur, bəzən isə özüm getmirəm. Gərək normal veriliş olsun ki, ora gedəsən. Çox azdır. Sözün düzü verilişləri seçirəm. Çünki bəzən elə suallar verib, müsahibələr alırlar ki, bu mənim ürəyimcə olmur. İnsanlar verilən sualın cavabını düzgün analiz etmirlər, mənasını bilmirlər. Rəylərdə yazılan sözlərdən sonra ümumiyyətlə fikirləşirəm ki, heç nə haqqında danışmayım. Şəxsi həyatla bağlı daha çox sual verirlər, nəinki sənətlə bağlı. Sənət adamının şəxsi həyatı tamaşaçılar üçün maraqlıdır. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, mənim şəxsi həyatım özümə aiddir” Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Milli Gənc Tamaşaçılar teatrının aparıcı aktrisası, sevilən sənətkar Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib: “Hamı aktyor, aktrisa olub. Bir az həvəsdən düşmüşəm. Həvəsim yoxdur. Sənətin dəyəri aşağı düşüb. Əvvəlki dövr deyil. Yaxşı filmlər, seriallar olsa çəkilərəm, amma o da bir mafiyadır da. Hər kəs öz tanışını, komandasını çəkir. İnşallah ki, nə vaxtsa məni də dəvət edərlər, çəkilərəm. Düzdür, təkliflər gəlir, amma görürəm ki, o deyil. Əgər sən öz obrazınla tamaşaçıya nəsə mesaj ötürə bilmirsənsə çəkilməyinin nə mənası var? Mənə çox suallar verilir ki, niyə görə film və seriallarda yoxsunuz?! Tiktokda hamı aktyorluq edir. Baxmayaraq ki, heç akademik təhsilləri də yoxdur. Bu sənət zərgər dəqiqliyi sevən sənətdir. Sənəti oyuncağa çeviriblər. Bizim gördüyümüz sənətə hörmət, sənətkara hörmət qalmayıb. Sənətə hörmət edən insanlar sənətdə olmalıdırlar. Sənəti ucuzlaşdırmamalı idilər. Görəsən bunun axırı hara gedib çıxır? Ömür gedir, gün keçir, gözəl rollar oynamaq istəyirəm. Əvvəlki enerjimiz qalmayıb. Gözəl rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur. Bəli, bir az küsmüşəm” deyə sənətkar bildirib. Xalq artisti bildirib ki, bizim cəmiyyətdə bir çox insanlar özləri üçün yaşamır: “Biz “qızıl ortaq” ı cəmiyyətdə hələ də tapa bilməmişik. Bir çoxu göstəriş üçün edirlər. Mən şəxsən öz rahatlığım üçün bu həyatda yaşayıram. Amma elə yaşayıram ki, başqasına zərər gəlməsin. Meşşanlıq baş alıb gedir. Mən bunu görməmişlik hesab edirəm. Kimsə özünə maşın alırsa, bunu öz komfortu üçün yox, başqalarına göstərmək üçün edir. Bunu yalnız dar, cılız təfəkkürdə olan insanlar edir” deyə sənətkar bildirib. Geri qayıt |