Əsas Səhifə > Şou-biznes > “Başıma o boyda faciə gəldi ölmədim, amma...
“Başıma o boyda faciə gəldi ölmədim, amma...19-11-2024, 06:31 |
“İşsizlik özünü göstərir, biruzə verir. Ömür boyu işləyən insan birdən-birə gəlib evdə oturuB. Necə olaram? 2-3 gündən bir çıxıb marketə nəsə almağa gedirəm. Əl ağacı ilə gəzirəm, ayaqlarım da tutulub. Oturanda heç qalxa bilmirəm” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənov deyib. O daha sonra əlavə edib: “Bizi öldürən işsizlik oldu. Dədə-babadan gözəl bir söz var ki, “İş insanın cövhəridir”. 70 yaşımda çıxdım işdən. Düzdür, indi iş də yoxdur. “Azərbaycanfilm” kinostudiyasını “öldürdülər”, yaman günə qoydular. İndi kino falan çəkmirlər, kompyuterlə kino olar?! O tamaşaçıya nə verəcək?! O vaxtı hələ Lenin deyirdi ki, kino bizim üçün bütün incənəsət növlərindən vacibdir. Bütün dünya da bu istiqamətdə hərəkət edib. Kino vasitəsilə mədəniyyətimizi, bacarığımızı, istedadımızı bütün millətlərə çatdırmışıq. “7 oğul istərəm” filmi 128, “Uşaqlığın son gecəsi” isə 40-dan çox ölkədə nümayiş etdirilib. İndi kinostudiya nə maaş verir, nə iş görür. Artıq fanatlar da yoxdur, gündə biri rəhmətə gedir. Hamısı da işsizlikdən, dərddən. Kinonu öldürmək olar? Başıma o qədər faciələr gəldi, sağ çıxdım, indi isə öldüm. Ölmədim ee, məni öldürdülər, işsizlikdən. Zarafat deyil, mən ilin 6 ayını evdə olmurdum. Nə gecəm var idi, nə də gündüzüm. İndi güzgüyə baxanda özüm-özümə nifrət edirəm. Fikirdən məndə xəstəliklər yaranıb” deyə sənətkar bildirib. Xalq artisti bildirib ki, kinostudiyadan sənət yoldaşları bu gün onu yada salır: “Demək olar ki, hər həftə zəng edirlər. O gün Həsən Məmmədovun, Şahmar Ələkbərovun yaradıcılıq gecəsinə görə televiziyadan gəlib çəkiliş etdilər. Gedə bilmirəm, mənə çətindir. İstəmirəm camaatın qarşısına belə halda çıxım. Deyirlər ki, Ənvər müəllim, o şəxsiyyətlər haqqında ancaq siz danışa bilərsiz! Başqa kim var ki? Onları görənlər də bizlərik axı” deyə sənətkar bildirib. Geri qayıt |