Əsas Səhifə > Şou-biznes > Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdiBu gün, 11:09 |
Əməkdar artist Nigar Şabanova yenidən plastik əməliyyatla üzünə toxunuşlar etdirib. Lent.az xəbər verir ki, bu haqda müğənni özü danışıb. O plastik əməliyyatla yanaqlarını kiçiltdiyini deyib. "20 gün əvvəl əməliyyat olunmuşam. Hər zaman yanaqlarımı kompleks edirdim. Bir foto paylaşan kimi hamı yazırdı ki, bu niyə yanaqlarını şişirdib. Yanaqlarıma niyə müdaxilə edim ki? Yekə yanaq kimə lazımdır? Bu artıq üzümdə ikinci əməliyyatımdır. Hər zaman əməliyyatla çalışmışam yanağım kiçilsin. Mən nə qədər kiçildirəmsə, yanaqlarım efirdə bir o qədər böyük görsənir". Lakin sosial şəbəkə izləyiciləri Nigar Şabanovanın illər öncəki şəkillərini göstərərək, orada incə yanaqlı olduğunu bildiriblər. Geri qayıt |