Əsas Səhifə > Şou-biznes > "Qorxuruq ki, balamıza göz dəyər"
"Qorxuruq ki, balamıza göz dəyər"12-07-2014, 12:02 |
DİA.AZ gecce.az-a istinadən xəbər verir ki, hələ ki, körpəsini üzə çıxarmayan aparıcı, ona göz dəyəcəyindən qorxur. Hətta bu fikrinə görə də özünə iztehza ilə yanaşıb. Kamilə deyir ki, uşaq asqıran zaman belə, ona nəzər dəydiyini düşünür: “Qızımız 8 aylıqdır. Hər gün Natella ilə bağlı maraqlı şeylər kəşf edirik. Düşünürük ki, qızımız hələ efirlərə çıxmasa, yaxşıdır. İndi deyəcəklər ki, balası belə gözəldir ki, efirə çıxartmır? Allah hər bir evə körpə gülüşü qismət etsin. Hər kəsə öz balası gözəldir. Qorxuruq ki, balamıza göz dəyər. Bu, bizim axı ilk övladımızdır. Üstündə əsməyimiz normaldır. Bir də görürsən ki, özümüz-özümüzü gözə gətiririk. Valideynlər uşaq asqıran kimi və yaxud da diş çıxaran zaman qızdırması olanda dərhal düşünürlər ki, uşağa göz dəydi. Uşaqdı da... Asqırar da, istiliyi də olar". Analıq duyğusu Kamiləyə o qədər əzizdir ki, hətta keçmişdəki parlaq həyatı üçün belə darıxmadığını deyir. “Əvvəllər “Kolobok” nağılındakı kimi bir az orda, bir az burda vaxt keçiridim, sıxılırdım. Hər zaman yenilik arzusunda idim. Amma bu gün mən həyatımı yaşayıram. Bu həyat sona kimi mənimlə birlikdə olacaq. İşimə də öz yerində zaman ayıracam. Amma, hələ ki, vaxtımı ailəmə həsr etməliyəm. Mən uşağımı dayələrə deyil, sadəcə yükümüzü bir az qaldırmağa kömək edən insalara əmanət edirəm. Həmin insanlara da təşəkkürümü bildirirəm”. Geri qayıt |