Əsas Səhifə > Şou-biznes > Firəngiz Mütəllimova gerçək sevgisini tapıb

Firəngiz Mütəllimova gerçək sevgisini tapıb


5-10-2015, 09:17
Firəngiz Mütəllimova gerçək sevgisini tapıb
Xalq artisti Firəngiz Mütəllimova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. Bəlli olub ki, onun həyatını gözəlləşdirən şəxs var. Firəngiz xanım onunla münasibətin gerçək istək üzərində qurulduğunu bildirib.

Gecce.az-ın məlumatına görə, bu barədə aktrisa 10lar verlişinə danışıb:

“Oktyabrın axırında İnstaqram səhifəmdə bir açıqlama edəcəm. Orda ad çəkməyəcəm, tamaşaçılar yazdıqlarımdan hər şeyi anlayacaqlar ki, belə bir insan var həyatımda. Çox xoşbəxtəm və şanslıyam. İnsan olmaq o demək deyil ki sənin ailən, həyat yoldaşın olsun, bir ölkədə yaşayasan. Sənətdə olan və ailəsi olmayan qadının bir ürək dostu olmalıdır. Kiməsə arxalanmalısan, ürək sözlərini deməlisən, heç kimə etmədiyin ərki ona etməlisən".

Aktrisaya "sevirsinizmi?" - sualına belə cavab verib:

”Sevgidən əlavə çox böyük hörmətim var o insana. Artıq sevgi istəyə çevrilib. Sevmək bir az asan sözdür. Çünki sevib, daha sonra nifrət edə bilərsən. Mən artıq o insanı çox istəyirəm. Mənim üçün istək sevgidən daha güclüdür. Sənət adamı deyil. Toy haqqında fikirləşmirəm. Bundan sonra həyatımı rahat azad yaşamaq istəyirəm. Münasibətlərimizi rəsmiləşdirmək istəmirəm, ehtiyacda yoxdur. Sadəcə sevgi üzərində gözəl bir həyat yaşayıram. İllərdir biz bu insanla bir yerdəyik, danışırıq görüşürük, hətta aramızda məsafələrdə olur. Bir dəfə başqa şəxslə rəsmi nigahım olub, olmasaydı ondan yaxşı olardı. İndi belə mənə daha rahatdır".

Geri qayıt