Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Dillər Universitetində AĞILLI-KAMALLI MÜDAFİƏ...

Dillər Universitetində AĞILLI-KAMALLI MÜDAFİƏ...


11-10-2024, 10:17
Dillər Universitetində AĞILLI-KAMALLI MÜDAFİƏ...
"Bu gün (dünən -red.) Kamal Abdullayev və onun bacısı oğlu Azad Məmmədovun biznes obyekti olan Azərbaycan Dillər Universitetinin İxtisaslaşdırılmış Müdafiə şurasında Azərbaycan elminin gözlədiyi unikal hadisə, nəhayət, baş verdi. Azərbaycan elminin “gələcəyi parlaq olan siması” Coşqun Dadaşov “Maykl Murkok yaradıcılığında mifoloji zaman və gerçək dünya” mövzusunda mifik dissertasiyasını difirambların müşayiəti ilə müdafiə etdi. Hadisə haqqında ətraflı məlumatı, yəqin ki, İngiltərənin “Daily Telegraph”, “İndependent”, “Guardian”, “Observer” kimi aparıcı mətbu orqanları verəcəklər. Mən isə oxuculara əvvəldən sona qədər dinlədiyim və CƏMİ 56 DƏQİQƏ SÜRMÜŞ bu müdafiə haqqında qısa məlumat verəcəyəm..." dia-az.site bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib:
"Mənim dünənki (srağagünkü nəzərdə tutulur -red.) yazımdan sonra iddiaçının “ustad”ı görkəmli diplom alverçisi və plagiator Kamal Abdullayev müdafiədə iştirak etməkdən çəkindi. Amma müdafiənin gedişi göstərdi ki, bütün Şura üzvlərinə nə etməli olduqları barədə ciddi tapşırıq verilib.
İddiaçının opponentlərinin dissertasiya haqqında yazdıqları rəylər – onlara rəy demək olarsa – çox gülməli, daha doğrusu, ağlamalı idi. Kamal Abdullayevin qəzəbindən qorxan birinci rəyçi onun rəyinin hətta nöqsanlardan deyil, tövsiyələrdən ibarət olduğunu xüsusi vurğuladı. Müdafiədə iştirak etməyən ikinci rəyçinin qeydləri də gözə kül üfürməkdən başqa bir şey deyildi.
İddiaçıya 4 sual verildi. Sualların hamısının qabaqcadan hazırlandığı aydın görünürdü. Hətta sual verənlər verdikləri sualı kağızdan gizlicə düzgün belə, oxuya bilmirdilər. Məsələn, onlardan biri sualdakı “müşahidə” sözünü hətta müşayiət” kimi oxudu və nəticədə çox mənasız bir sual alındı. Həm də onlar verdikləri sualların cavablarını heç dinləmirdilər. İddiaçının suallara, o cümlədən həmin mənasız suala, el dili ilə desək, “tapança kimi verdiyi cavablar” da onların əzbərdən deyildiyini dərhal büruzə verirdi.
Müzakirələrdə Şuranın 2 üzvü, əvvəlcədən planlaşdırıldığı kimi, dissertasiyanın son dərəcə qiymətli əsər olduğunu bildirdi, birini isə Şuranın sədri çıxış etməyə, demək olar ki, məcbur etdi. Şuranın üzvü – məhkəmələrdə yalançı şahidlik etməyin ustası olan Şahin Xəlilli bu dissertasiyanın çox dərin, fundamental tədqiqat olduğunu bildirərək, onun monoqrafiya şəklində Çoşqun Dadaşovun öz adından nəşr etdirilməsini məsləhət gördü. Başqa çıxışlara imkan verməyən sədr gözlənilməz hadisələrdən qaçmaq üçün müzakirələri dərhal yekunlaşdırdı.
Yekun çıxışında iddiaçı Coşqun Dadaşov “Elmi rəhbərimlə dərin çəkişmələrlə mübarizə aparmışıq” dedi. Onun öz elmi rəhbəri ilə kiminlə və nə səbəbə, yaxud bir-biri iləmi mübarizə apardıqları isə müdafiənin iştirakçılarına qaranlıq qaldı. Belə başa düşmək olar ki, mübarizə dissertasiyanın yaz(dır)ılmasının müqabilinin, pul ilə, yaxud vəzifə ilə ödənməsi ilə bağlı olmuşdur, çünki Kamal Abdullayevin “Azərbaycan Dillər Universiteti” adlanan biznes obyektində vəzifə heç kimə qara qaşa, qara gözə verilmir. Yozumu sizdən..."

Geri qayıt