Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "Mən də... bətnimdəki körpə də ölə bilərik..."

"Mən də... bətnimdəki körpə də ölə bilərik..."


Bu gün, 11:11
"Mən də... bətnimdəki körpə də ölə bilərik..."
Xəbər verdiyimiz kimi, yüksək düşük təhlükəsi ilə oktyabr ayının 18-i Abşeron Rayon Mərkəzi Xəstəxanasına İcbari Tibbi Sığorta ilə müraciət edən vətəndaş Gülnar Rəhimli bildirib ki, xəstəxanada ona qarşı laqeyidlik olunub.

Tribunainfo.az-a edilən şikayətdən sonra əl-ayağa düşən xəstəxana işçiləri 10 gün ərzində laqeyid yanaşdıqları şikayətçini bütün prosedurlardan keçirib eyni zamanda xəstəxananın təmizliyinə də ciddi yanaşmağa başlayıblar.

UZM yoxlanışında 10 gün ərzində uşaqda geriləmə müşahidə olunub. Lakin həkimlər xəstəyə, direktora hətta TƏBİB-ə də bildiriblər ki, vəziyyət ciddi deyil. İki törəmə şiş olduğu halda vəziyyəti ciddiyə almayıblar.

Şikayətçinin sözlərinə görə, direktora həkimlər səhv məlumat verir.
Direktor şöbə müdirindən və həkimlərdən aldığı məlumata əsasən bildirib ki, “sizin ciddi heç bir şeyiniz yoxdur. Mən həkimlərimə güvənirəm”.
Əgər mənim ciddi problemim yox idisə niyə 10 gün müddətində, mənə baxılmadığı halda, evə getmək istədiyim halda mənə dedilər ki, vəziyyətin kritikdir, xəstəxanada yatmalısan.

“Bu sözlərdən sonra mən xəstəxanadan çıxdım və özəl xəstəxanalardan birinə müraciət etdim. Mənə dedilər təcili əməliyyata alınmalıyam. Bu barədə mənə Abşeron Rayon Mərkəzi Xəstəxanasında heç nə deyilməmişdi. Halbuki mən də bətnimdəki körpə də ölə bilərik. Mənfi qan resursu tapmaq da çox çətindir. Matqa belə götürülə bilər. 4000-lik əməliyyat olunmalıdır. Onlar mənim həyatımla zarafat etdilər. O insanlar indi cəzasız qalacaq? Əlbəttə cəzasız qalacaq. Xəbərlərdə də görmüşük nə qədər adam həkim əlində dünyasını dəyişir amma buna baxmayaraq heç bir tədbir görülmür. TƏBİB-dən də bildirilib ki, onların hər biri haqqında tədbir görüləcək. Bu boyda xəstəxanada xeyli ginekoloq var heç birinin başı çıxmadı ki, vəziyyətim kritikdir, əməliyyat olunmalıyam. Belə çıxır ki, orada həkim yoxdur. Gedən gündən orada bildirmişəm ki, mənim miyomam var. UZM-də də görürlər, mənə deyirlər “yan divardadır, problem yoxdur. Miyomadan heç nə olan deyil”. Amma özəl klinikada bəlli oldu ki, problemin mərkəzi elə miyomadır

Ümid edirəm ki, TƏBİB ciddi tedbir görəcək. Onlar sadəcə vəziyyətdən cıxmaq istəyirdilər, başdan etmək istəyirdilər. Xəstəxanada xeyli çəki itirdim. Gündən-günə immunitetim, qanım aşağı düşürdü. Ancaq yenə şöbə müdiri israrla bildirirdi ki, “sizin heç bir ciddi probleminiz yoxdur. Sanki xəstəliyi özümdən uydurmuşam. Mənə dedilər ki, “siz bizi ittiham edirsiniz”. Ancaq niyyətim ittiham deyildi, vətəndaş olaraq sikayətimi bildirirdim. Məni ittihamçi olaraq qələmə verdilər. Həmçinin bir xəstə, hamilə qadınla prinsip apardılar. Mən işlədiyim zaman minlərlə vətəndaşa köməklik etmişəm. Bir dövlet xəstəxanasının bu cür səhlənkarlığı məni dərindən üzdü. Çox təəssüf edirem”.

Geri qayıt