Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`...
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`...18-11-2024, 11:23 |
Şahbuz rayon 1 saylı orta məktəbində şagirdlərin şiddətə məruz qaldıqları bidirilir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup valideyin məlumat verib. Onlar bildirirlər ki, məktəbin coğrafiya müəllimi Nurlanə Qəmbərova dərs vaxtı şagirdləri döyür. Bu yaxınlarda o, bir gündə dörd nəfər 6-cı sinif şagirdini sillə ilə vurub. Buna səbəb isə, uşaqların başa düşmədikləri mövzunu ondan təkrar etməsini istəmələri olub. Adlarının çəkilməsini istəməyən valideynlər bildirirlər ki, müəllimin özbaşınalığı ilə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb: “Uşaqlar müəllimə deyiblər ki, onun söylədiklərini başa düşə bilmirlər. Xahiş ediblər ki, təkrar izah etsin. Nurlanə müəllimə də əsəbiləşib, bunu deyən iki qız, iki oğlan şagirdini lövhənin özünə çaxrıb, onları təhqir edərək, digər uşaqların qarşısında şillələyib. Ona bu ixtiyarı kim verib, bilmirik. Məktəb rəhbərliyinə, yerli təhsil nazirliyinə müraciət etsək də, nəticə yoxdur. Bu yaxınlarda polisə müraciət etmişik, onlar da məsələni ört-bastır etmək istəyirlər. Biz bu müəllimin məktəbdən xaric olunmasını istəyirik. Bu cür hərəkətlər təhsil adına ləkədir”. Valideynlər aidiyyəti qurumlara müraciət edərək, hadisənin ədalətli araşdırılmasını tələb edirlər. Adı çəkilən məktəbdən valideynərin iddiasına cavab vermək istəmədilər. Geri qayıt |