Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvanın baş nazirininin GÜVƏNDİYİ DAĞLAR...

Naxçıvanın baş nazirininin GÜVƏNDİYİ DAĞLAR...


10-10-2024, 12:04
Naxçıvanın baş nazirininin GÜVƏNDİYİ DAĞLAR...
Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilovla bağlı ilginc iddialar yayılıb. dia-az.site xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı-jurnalist Heydər Oğuz özünün növbəti paylaşımında qeyd edib.

Naxçıvanın baş nazirininin GÜVƏNDİYİ DAĞLAR...

Jurnalist yazır: "Etibarlı mənbələrimdən aldığım məlumata görə, Naxçıvanın Baş naziri Ceyhun Cəlilov öz yaxın ətrafına deyirmiş ki, Heydər Oğuz kimi adamlar nə qədər qüsurlarımı ifşa edir etsin, heç kim məni kreslomdan tərpədə bilməz, çünki mən Azərbaycanın Əmək və Sosial Müdafiə naziri Sahil Babayevin adamıyam. Sahil müəllim icazə verməz ki, yanımdan yel keçə.
Doğrusu, Sahil Babayevin bu qədər əjdaha nazir olduğuna inanmamışdım. Mənə ən maraqlı gələn isə “canişin” əfəndinin Ceyhun Cəlilovun ağası ilə bağlantısı idi. Çünki bildiyim qədərilə “canişin” əfəndi özünü daha böyük və təsirli dairələrin adamı kimi təqdim edirdi. Yeri gələndə Sahil Babayev onun aid olduğu dairələrin yanında toz dənəsi də ola bilməzdi. Elədirsə, “canişin”i Sahilin “işyarıtmaz” adamının yanında gözükölgəli edən nə idi ki, Naxçıvanın Baş naziri kimi mühüm postunu ona peşkəş çəkmişdi?
Üstəlik, 1 il 1 ay 10 günlük nazirlik postunda keçirdiyi bütün tenderlərdə ciddi qanun pozuntularına yol verdiyi halda, Ceyhun Cəlilova “gözün üstə qaşın var” deyilməmişdi, əksinə, onun nazir postundan Baş nazir postuna “hoppanmasına” şərait yaradılmışdı.
Az əvvəl digər etibarlı mənbələrdən aldığım məlumat “canişin”lə Ceyhun Babayev arasındakı əlaqələrə kifayət qədər aydınlıq gətirir. Məlumata görə, “canişin”lə Sahil Babayev tələbə yoldaşı olublar. Onun tələbə yoldaşları dairəsin bununla da tamamlanmır. “Canişin”in Prezident üçün üçaylıq hesabatlarını hazırladığı iddia olan Anar Həsənov (5-ci kolonun aparıcı siması Əli Həsənovun qardaşı oğlu) və Hikmət adlı çox mühüm postlardan birini tutan şəxs də bu tələbə yoldaşları qrupuna daxildir.
Yəni “canişin”in də, Sahil Babayevin də, Ceyhun Cəlilovun da arxaları kifayət qədər möhkəm imiş və onlar bu səbəbdən ölkəni və Muxtar Respublikanı hərrac bazarına çeviriblər..."

Geri qayıt