Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ...
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ...Bu gün, 11:11 |
Naxçıvandakı dövlət idarə və müəssisələri COP 29-u bəhanə edərək, məcburi iməciliklərin sayını artırıblar. Əməkdaşlar indiyə kimi yalnız həftə sonları iməciliyə çıxarılırdılarsa, oktyabrdan bəri bura iş günləri də əlavə olunub. Üstəlik, COP 29 tədbirləri bitsə də, ciddi rejimli iməciliklər hələ də davam edir. Bundan ən çox əziyyət çəkənlər isə, təhsil və tibb işçiləridir. Artıq, kənd və qəsəbə icra nümayəndəlikləri də iməcilik əlindən təngə gəldiklərini bildirirlər. Rəsmi məlumata görə, son bir ayda COP 29 çərçivəsində 10 minlərlə ting əkilib, ağac dibləri, yol qıraqları ot-ələfdən təmizlənib. Bu tinglərin əksəriyyətini işçilər öz ciblərinin pulu ilə almağa məcbur edilirlər. Ordubaddakı dövlət idarələrinin birində çalışan F. Yusifov deyir ki, bir gündə 3 hektara yaxın əraziyə ağac toxumu əkməli olublar: “Bizə aksiyanın cəmi 10 gün yəni, oktyabrın 18-dən 28-nə kimi keçiriləcəyini bildirmişdilər. Lakin, hələ də davam edir. Onsuz da hər həftə sonları məcburi çıxarırdılar. Bu bəs deyilmiş kimi, iş günləri də məcbur edirlər. Bizim də istirahət hüququmuz var axı. Söz deyirsən, deyirlər ki, ərizə yaz, işdən çıx. Çıxsan da iş tapa bilməyəcəksən. Noyabr ayının demək olar ki, bütün günlərini iməciliyə çıxmışıq. Təkcə ayın 21-də bütün icra nümayəndəlikləri, bələdiyyələr, icra hakimiyyətinin işçiləri, müəllimlər, həkimlər hüquq mühafizə orqanları iməcilikdə iştirakedirdilər. Tivi kəndində dağətəyi ərazidə 2,5 hektar əraziyə ağac toxumları əkdik. Demək olar ki, həmin gün rayonun bütün işləri iflic oldu. Çünki, dövlət orqanlarında əhaliyə xidmət edəcək kimsə qalmamışdı. Yəqin ki, yaz-yay mövsümündə də bu əkin sahələrinə su vermək, qulluq etmək lazım olacaq. Demək ki, bu cür iməciliklər bizi təngə gətirəcək, əhalini isə əziyyətə salacaq. İşlərimiz tökülüb qalacaq”. Kəngərli rayon kəndlərindən birinin adının çəkilməsini istəməyən icra nümayəndəsi də iməciliklərin əlindən təngə gəldiklərini bildirir: “Qara günlərə qalmışıq. Bir gün istirahət verirdilər onu da əlimizdən alıblar. COP çərçivəsində yaşıllaşdırma aksiyası adı ilə iməciliyə aparırlar. Artıq bir aydır ki, əraziləri təmizləyir, sazsız-hesabsız tiglər əkirik. İcralardan tumuş, bütün idarə və müəssisələr orada olur. Görmüşük ki, iməcilik ayda bir dəfə olar. Bizim vəzifəmiz ağac əkmək deyil. Bunun üçün yaşıllaşdırma idarələri var. Onların adlarını pul yazıb, ciblərinə qoyurlar. Sabah da deyəcəklər ki, gedin əkdiyiniz sahələri suvarın”. Gündəlik Naxçıvan Geri qayıt |