AMERİKALININ BAKIDAKI ŞOK FIRILDAQLARI
Tarix: 15-11-2012, 12:19 | Çap et
İHSAN MƏTİN ADLI ŞƏXS KİMLƏRƏ NECƏ TORBA TİKİB?
DİA.AZ: - Bu günlərdə türk əsilli Amerika vətəndaşından redaksiyamıza Azərbaycan Milli Məclis üzvlərindən biri haqqında şikayət daxil olduğunu, eyni zamanda Amerika vətəndaşının həmin şikayəti Amerika senatına, Amerika Konqresinə və Türkiyə Böyük Millət Məclisinə də ünvanladığını yazmışdıq. Həmin məktubda 20 ilə yaxın bir müddət ərzində Bakıda yaşamış türk əsilli memar İhsan Mətin özünün təhdidlərə məruz qalması və ondan əsassız olaraq külli miqdarda pul tələb olunması barədə iddia irəli sürürdü. Ihsan Mətin tərəfindən redaksiyamıza daxil olan məktubda deputata qarşı ciddi iradlar irəli sürüldüyündən bu faktları araşdırmaq istiqamətində peşəkar jurnalist həyəcanımız da çox yüksək idi. Məktubda göstərilmiş faktları yoxlamaq üçün DİA.AZ olaraq həm hüquq-mühafizə orqanlarına, həm də adı çəkilən Milli Məclis üzvünə müraciət edərək xarici vətəndaşın iddialarına aydınlıq gətirilməsini xahiş etdik. Verilən cavablar o qədər də geniş və ətraflı olmasa da baş verənlərə müəyyən qədər işıq sala bildi. Bu hadisələrdə adı çəkilən və sonradan məlum olduğu kimi, baş verən olayların əsas fiqurlarından biri olan Dadaş Rzayev adlı iş adamı ilə görüşdükdən sonra isə baş verən hadisələrin və daha doğrusu, baş vermiş cinayətin əsl mahiyyətini açmağa müvəffəq olduq.
Əslində nə baş verirmiş?
Orta biznes təbəqəsinə mənsub olan həmyerlimiz Dadaş Rzayev adlı iş adamı uzun illərdir Sankt-Peterburqda böyük bizneslə məşğul olan qardaşının maliyyə dəstəyi ilə özünə məxsus olan torpaq sahəsində kiçik həcmli bir mehmanxana tikdirmək və özünün dediyi kimi, özündən sonra övladları üçün vərəsəlik bir mülk və həm də sabit bir gəlir mənbəyi təmin etmək istəyib. Belə bir layihəni reallaşdırmaq üçün hər iki qardaş qohumluq əlaqələri olan MM üzvünə müraciət edərək ondan məsləhət almaq istəmişlər. Sonuncu da öz növbəsində qardaşların biznes layihəsinə yardımçı olmaq məqsədilə çoxdan tanıdığı türk əsilli memar İhsan Mətinlə onları tanış etmiş və layihə-tikinti işlərini onunla görməyi məsləhət bilmişdir. Müzakirə olunan biznes ideyasına uyğun tikinti-eskiz layihələrini qısa bir zamanda hazırlayan memar İhsan Mətin iki il ərzində mehmanxana binasının tikintisini aparmış və bu ilin yayından etibarən isə işlərin gedişi tədricən yavaşıyaraq hal- hazırda yarımçıq qalmışdır. Avqust ayından etibarən isə memar iki-üç
günlüyə İstanbula səfər edəcəyini bəhanə gətirərək Bakını birdəfəlik tərk etmişdir. Bütün sentyabr ayını tikinti üçün cavabdeh olan memarın axtarışına həsr etmiş qardaşlar nəhayət memar İhsan Mətinlə işləməyi məsləhət bilmiş qohumu MM üzvünə müraciət edərək onun vasitəsilə memarı tapmağa çalışmışlar. MM üzvü də vaxtilə qohumlarına tövsiyyə etdiyi İhsan Mətinlə əlaqə yarada bilmədikdə hüquq-mühafizə orqanlarına rəsmi müraciət edərək zərər çəkmiş iş adamlarına hüquqi yardım göstərilməsini xahiş etmişdir.
Bundan xəbər tutan İhsan Mətin daha hiyləgər gediş edərək, ilk növbədə MM üzvünü bu məsələlərdən uzaq durmağa məcbur etmək məqsədi ilə onun özünü şantaj etmək qərarına gəlmişdir. Bu məqsədlə memar onunofisində işlıəyən bakılı köməkçisinin vasitəsilə əvvəlcə deputatın özünə rus dilində anonim şantaj məktubu göndərilməsini təşkil etmişdir. Hüquq-mühafizə orqanlarında İhsan Mətinin tikintiyə xərclənməli olan külli miqdarda vəsaiti mənimsəyib qaçması ilə əlaqədar cinayət işi açıldığını və podratçı şirkətlərlə bağlanmış müqavilələrin komputer texnikasının vasitəsilə saxtalaşdırılmasının sübut olunduğunu biləndən sonra İhsan Mətin çıxış yolunu qaçıb gizlənməkdə və gizləndiyi yerdən elektron poçt vasitəsilə şantaj əməliyyatına başlamaqda görmüşdür. (Burada adamın yadına lap Bin-Ladenin özü düşür.)
İhsan Mətinin qeyb olması haqqında xəbər tikintini icra edən podratçı şirkətlərin Tükiyədə yerləşən baş ofislərinə çatdıqda onlar da İhsan Mətinin axtarışına başlamışlar. Lakin onların da bu cəhdi boşa çıxıb, belə ki, avqust ayına qədər onlarla tez-tez görüşən memar artıq onların telefon zənglərinə belə cavab vermək istəmirmiş. Bu ana qədər icra etdikləri tikinti işlərinin pulunu almağa çalışan şirkət sahibləri dərhal Bakıya gəlmiş, sifarişçi ilə onlara çatacaq pulların taleyini müzakirə etmək istəmişlər. İhsan Mətin tərəfindən “mədəni şəkildə” qarət olunmuş iş adamı isə öz növbəsində Türkiyədən təşrif buyurmuş icraçı firmaların sahiblərini polis idarəsinə dəvət etmiş və İhsan Mətinin tapılaraq icraçı şirkətlərə ödəmək üçün aldığı pulların məhz bu şirkətlərə ödənməli olduğunu bildirmişdir.
Polisə ifadə verən AİEMEK, SOM İnşaat və Deep Blue İnternational şirkətlərinin sahibləri onların əlində olan, İhsan Mətinlə bağladıqları müqavilələri polisə təqdim edəndə İhsan Mətin tərəfindən bu müqavilələrin doğrudan da saxtalaşdırılması və şişirdilmiş rəqəmlərlə Sifarişçiyə təqdim edilməsi yolu ilə külli miqdarda vəsaitin oğurlanması faktı bir daha öz təsdiqini tapmışdır. O da aşkar olunmuşdur ki, İhsan Mətin nəinki sifarişçinin pulunu alaraq işi yarımçıq qoyub qaçmış, və həm də indiyədək tikinti işlərini həyata keçirən türk firmalarının da pullarını tam ödəməmişdir. Son məlumatlara görə hal-hazırda Türkiyədə də hüquq-mühafizə orqanları İhsan Mətinin axtarışına qoşulmuşlar. Hələlik onun özünü tapa bilməsələr də İstanbulda, dəniz kənarındakı füsunkar yerlərdən birində son bir il ərzində aldığı üç müxtəlif torpaq sahəsini tapa bilmişlər. Ehtimal olunan da budur ki, İhsan Mətin bu torpaq sahələrini məhz Azərbaycanlı iş adamının puluna, yəni yarımçıq qoyub qaçdığı tikinti layihəsindən oğurladığı pullarla alıb.
Bir neçə gün öncə İhsan Mətindən həyəcanlı məktubu alanda biz “ təzyiq və təhdidlərə məruz qalan” türk qardaşımızı müdafiə etməyə, ona yardımçı olmağa tələsdik. Araşdırmalardan sonra gəldiyimiz nəticə isə ondan ibarətdir ki, İhsan Mətin Azərbaycanda yaşadığı iyirmi il ərzində cəmi bircə atalar sözü öyrənibmiş: ”Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Lakin memar cəmi bir atalar sözü öyrənibmiş. O bilməyib ki, Azərbaycanda başqa bir məşhur atalar sözü də var: “Oğurluqla adını çəkə bilməyəcəyimiz başqa bir əməlin ömrü cəmi qırx gün çəkər”. Uzağı qırx gündən sonra bu cür əməllər adətən hamıya məlum olur. Bizə də məlum olan hələlik bunlardır. Hadisələrin sonrakı gedişini izləyəcəyik, lakin türk polisinin də bu işə qarışması onu göstərir ki, tezliklə İhsan Mətin hadisələrin cərəyan etdiyi qardaş ölkənin paytaxtına - yəni Bakıya gətirilə bilər. Hadisələrin nə cür nəticələnəcəyindən asılı olmayaraq biz oxucularımıza ətraflı məlumat verəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
|