HAKİMİYYƏTDƏ ATƏŞFƏŞANLIQ QALMAQALI YARANIB
Tarix: 15-11-2012, 13:20 |
Çap et
9 NOYABRDA SAKİNLƏRİN GÖZLƏRİ YOLDA QALDI
DİA.AZ: - 9 Noyabr - Dövlət Bayrağı Günündə atəşfəşanlığın olmaması bir çoxları tərəfindən maraqla qarşılandı. Xatırladaq ki, həmin tarixdə Milli dənizkənarı Parkda bayram konserti təşkil olunmuşdu və qabaqcadan vəd edilmişdi ki, atəşfəşanlıq olacaq. Amma olmadı və bunun əvəzində göyə yalnız qazla doldurulmuş şarlar buraxıldı.
Redaksiyamıza bu məsələ ilə bağlı ilginc bir məlumat daxil olub. Hökumət içindəki etibarlı mənbələrdən əldə etdiyimiz informasiyadan aydın olur ki, əslində bayram günü atəşfəşanlıq olmalı imiş və bununla əlaqədar ənənəvi qaydada əməkdaşlıq olunan atəşfəşanlığı təşkil edən şirkətə sifariş də verilibmiş.
Mənbəmizin söylədikləri: «Lakin bu dəfə atəşfəşanlığın maliyyə qaynağı ilə bağlı aydınlıq yaranmadığından tədbirdən vaz keçilib və şirkət üzərinə düşən öhdəliyə əməl etməyib».
Məlumata görə, əslində atəşfəşanlıq üçün maliyyəni ənənəvi olaraq Dövlət Neft Şirkəti ayırır: «Amma bu dəfə ARDNŞ Bakı şəhər icra hakimiyyətinə maliyyə yardımı ayırmadığından konsertə atəşfəşanlığı seyr etmək üçün gedənlərin gözləri yolda qaldı».