BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                     Avropa Parlamentindən anti-Azərbaycan teatrı... .....                     Kazan görüşünün ARDINDAN... .....                     Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır .....                     “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub .....                     Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR .....                     İtaliya XİN başçısının müavini Avropa Parlamentinin .....                     Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB .....                     Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? .....                     Gürcü Arzusu qalib gəlsə... .....                     Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                     Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... .....                     “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi .....                     Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... .....                     Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? .....                     Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... .....                     Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR .....                     Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? .....                     “Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” .....                     İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir .....                     Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? .....                     51 ilin neftçisinin HAQQI YEYİLİB .....                     Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək .....                     Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq .....                     Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... .....                     Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? .....                     COP29 ölkəmiz üçün böyük təcrübədir .....                     BRİKS müasir dövrdə ən perspektivli platformadır .....                     COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? .....                     “Yol xərclərimə qədər bu insan ödəyib” .....                     "Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" .....                     “Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? .....                     TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir .....                     Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın .....                 

"Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən..." - NARAZILIQ!
Tarix: 21-04-2021, 09:20 | Çap et
"Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən..."
“İlham Əliyevdən razıyam. Bilirəm ki, onun bölgələrdə məmurların “baş kəsməsi”ndən xəbəri yoxdur. Faktiki birinci qrup əliləm, yataq xəstəsiyəm, amma mənə ikinci qrupun müavinəti verilir. Birinci qrupa dəyişmək üçünsə süründürürlər. Yerimdən qalxacaq durumda deyiləm, onlarsa 50 yerə getməmi tələb edirlər. Bu ölkədə yataq xəstəsinə əlillik təyin etmək üçün bir sistem yoxdur? Gərək onu ora-bura sürüyələr?”

DİA.AZ xəbər verir ki, Qobustanın Nərimankənd kəndinin sakini 59 yaşlı Əzizağa Qurbanov belə deyir. O, Çernobıl əlilidir. Başına gələn xəstəliklərin hamısının Çernobılın fəsadları olduğunu söyləyir. Həmin günləri xatırlayir, ömründəki gözəl günlərin 24 yaşında bitdiyini deyir, gözləri dolur:

“1986-cı ildə 24 yaşım var idi. Səfərbərliklə çağırdılar, dedilər, “Çernobıla getməlisən”. Uşağım körpə idi, 6 aylıq. Onu, ailəmi qoyub getdim. Mən gedəndə 3 ay idi hadisənin baş verdiyi. Ərazi çox təhlükəliydi. Əsgərlikdə də beton tökən olmuşdum, elə ona görə ərazinin betonlanması işinə verildim. 180 gün xidmət edəcəkdim, ancaq 48 günə qayıtdım. Radiasiya öz “işini” görmüşdü, məni məhv etmişdi”.

Əzizağa Qurbanov deyir ki, həmin 48 gündən sonra həyatında heç nə əvvəlki kimi olmur:

“Cavan idim, birinci çox hiss etmədim, yavaş-yavaş anladım ki, əvvəlki adam deyiləm. Yay gəlirdi, kəskin başağrılarım başlayırdı. Dərmanla, iynəylə dolanırdım. Ən pisi gələndən sonra dünyaya gələn iki övladımın da qanında problem çıxdı, onlar da mənimlə eyni dərdi bölüşür. Uzun illər, daha doğrusu, 5 il özhesabıma müalicə aldım. 1991-ci ildə bizə pensiya təyin etdilər. Onunla da iynə-dərmanımı güclə qarşılayırdım. Əvvəlki kimi işləyə bilmədiyim üçün demək olar ki, pensiyayla dolanırdım”.

Əzizağa Qurbanov deyir ki, 2016-cı ilədək birtəhər dolanıb. Ancaq həmin il ciyərində şiş aşkarlanıb. Həkimlər təcili əməliyyat olmasa, həyatını itirə biləcəyini söyləyiblər:

“Odur ki, borc-xərc əməliyyata getdim. Ciyərimin sol payını götürdülər. Bir neçə il sonra isə sağda da şiş əmələ gəldi. Hazırda 5 şiş var, yanında da törəmələri. Bilirəm ki, mənə belə durumda 1-ci qrup əlillik düşür. Ancaq heç kim vermir. Getmədiyim yer qalmayıb, süründürürlər. Yerimdən qalxa bilmirəm. Şərt qoyurlar ki, filan yerə get, ordan da sənəd gətir. Bu yerlər də bir-iki deyil, çoxdur. Mən yataq xəstəsiyəm, ciyərimin yarısı yoxdur, güclə danışıram, o deyilən yerlərə getməyim mümkün deyil”.

Şikayətçi gücünü toplayıb, ötən ay Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) gedib. Deyir, əvvəl pensiyanı ömürlük alırmış, indi müddətli yazıblar:

“Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən. 10 nəfər komissiya üzvü var, burdan göndərilən xəstəlik kağızına heç baxmadılar da. Elə “get Ağciyər Xəstəlikləri İnstitutundan sənəd gətir”, “Onkologiyada bir də yoxlan, onunla bağlı da sənəd lazımdır” deyib, yola saldılar. 1 il əvvəl 72 kiloqram idim, indi 52 kiloqram qalmışam. Daha gücüm yoxdur, nəfəsim çatmır qapı-qapı gəzməyə. Komissiyalar, məmurların işi isə süründürməçilikdir, bacara bilmirəm”.

Əzizağa Qurbanov deyir ki, bir neçə gün öncə də zəng edib soruşublar ki, necə oldu, sənədləri toplaya bilibmi:

“İzah edə bilmirəm ki, yoğan-döşəkdəyəm, gedəsi durumda deyiləm. İnanın imkanım olsa, ömrümün son günlərində bu işin arxasınca düşmərəm. Ağrılarım olur, dözə bilmirəm. Dərmanlar, iynələr də baha. Ayda 200-300 manatlıq iynə-dərman alıram. Ağrıkəsicilərlə yaşayıram. Təqaüdüm isə 246 manatdır. İstəyirəm son günlərimi ağrısız yaşayım”.

Qurbanovlar ailəsi 7 nəfərdən ibarətdir. Əzizağa Qurbanovun oğlunun 5 nəfərlik ailəsi, özü və həyat yoldaşı. Deyir, oğlu fəhləlik edir, ailəsini güclə dolandırır, yoldaşı isə işsizdir:

“Mən onlara yük ola bilmərəm, mümkün deyil. Oğlum günəmuzd qapılarda işləyir. Günü 10-15 manat qazanır. O da ayda 100-150 manat edir. Bizim rayon da kasıb, iş-güc yoxdur. Taxıl biçini vaxtı çox qazananda ayda 200 manatı olur. Çətindir, dolana bilmirik. Bir tərəfdən də bu ağrılar, həyatımı zülmə çevirir”.

Əzizağa Qurbanov məhz ağciyərində yaranan şişlərin Çernobılın fəsadları olduğunu düşünür. Deyir, əvvəlcə ona diaqnoz qoymaq çətin olub. Axırda sənədlərini Moskvaya göndərib. Ordan aldığı cavabda C4 xəstəliyi olduğu yazılıb. Bu, nadir tapılan xəstəlikdir və tam müalicəsi yoxdur:

“Deyilənə görə, 4-5 milyon adamdan birində olur. Bəlkə də Azərbaycanda yoxdur, varsa da 1-2 nəfərdir. Dərmanı, müalicəsi yoxdur. Ancaq ağrıkəsicilərlə yaşayıram. İynə vurdurmasam, danışa bilmirəm. Heyvanlarım var idi, qoyunum, malım. Hamısını satıb müalicəyə, iynə-dərmana xərcləmişəm. Yenə dolanırdıq birtəhər”.

Şikayətçi deyir ki, yoldaşı adi süpürgəçilik işini tapa bilmir. Hara yazırlar, cavab gəlir ki, COVID-19 problemi bitsin, sonra baxarıq:

“Bəlkə heç bu xəstəlik bitməyəcək, biz ölməliyik? Heç kim kömək etmək istəmir. Artıq inamım da qalmayıb. Kim deyirsə sənə kömək edəcəm, boş şeydir. Özünün cibində 5 manatın varsa, yaşadın, yoxsa öldün getdin bu məmləkətdə”.

Əzizağa Qurbanov bu yaxınlarda öyrənib ki, xəstəliyinin Türkiyədə çarəsi var:

“İynədir, qiyməti 40 min avro. Vurdurursan, 3 il nomal yaşayırsan, amma sonra yenə vurdurmalısan. O qədər pulu isə ömrümdə bir arada görməmişəm. Hər şeyimi satsam, heç 10 min etməz. Bir ümidim var, heç bilmirəm, bu dediklərimi görər, görməz. Mübariz Mənsimov bilsə, bəlkə mənə kömək edər. Onu da bilmirəm, görərmi, oxuyarmı, kömək etmək istəyərmi. İnsan öz məmləkətindən, məmurlarından, dövlətindən əlini üzəndə möcüzələr axtarır. Mən də şansımı sınamaq istədim”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
51 ilin neftçisinin HAQQI YEYİLİB - MÜRACİƏT
Bu gün, 08:32
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək - GƏLİŞMƏ
Bu gün, 08:26
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Bu gün, 07:20
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Dünən, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Dünən, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Dünən, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Dünən, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Dünən, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Dünən, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Dünən, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Dünən, 17:40
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Dünən, 17:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru