Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq .....                     Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... .....                     Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? .....                     COP29 ölkəmiz üçün böyük təcrübədir .....                     BRİKS müasir dövrdə ən perspektivli platformadır .....                     COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? .....                     “Yol xərclərimə qədər bu insan ödəyib” .....                     "Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" .....                     “Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? .....                     TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir .....                     Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın .....                     Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb .....                     Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? .....                     Avropa Parlamentinin həyasızlığı: .....                     25 oktyabr Qubadlı şəhəri günüdür .....                     Həbsdəki keçmiş prezident ermənilərdən .....                     Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! .....                     Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub .....                     BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb .....                     Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU .....                     İlham Əliyev bu dəfə də USTA DAVRANDI... .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib .....                     AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib .....                     Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     “Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti .....                     “Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” .....                     Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq .....                     Moskvada .....                     PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                 

Bakı Apellyasiya Məhkəməsini Quliyev ailəsi ilə nələr bağlayır? - İLGİNC FAKTLAR
Tarix: 3-06-2021, 10:32 | Çap et
Bakı Apellyasiya Məhkəməsini Quliyev ailəsi ilə nələr bağlayır?
Məlum olduğu kimi ötən ilin mart ayından koronavirus pandemiyası ilə əlaqaədar Azərbaycanda karantin rejimi elan olunub.İnfeksiyanın kütləvi şəkildə yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən ölkədə bir çox iş yerləri tamamılə bağlanmış, bir çox sahələrdə isə işçilərin müəyyən faizinin işə çıxmasına icazə verilmişdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may 2020-ci il tarixli Qərarı, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6 nömrəli, 23 aprel 2020-ci il tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı tövsiyə edilib.

Xüsusi karantin rejiminin müddətinin uzadıldığı müddətdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınıb.Bu isə o deməkdir ki,məhkəmələrdə bir çox işlər qeyri müəyyən müddətə təxirə salınıb.

Amma Aktualinfo.org-un araşdırmalarına görə Bakı Apellyasiya Məhkəməsi Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin rejimində belə dövlət satınalmaları yolu ilə müəyyən malların alınması məqsədi ilə tenderlər keçirib, vəsaitlər ayırıb. Araşdırmalarımız zamanı şübhə doğuran bəzi məsələlərə aydınlıq gətirmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Tender Komissiyasına ünvanladığımız sorğuya cavab ala bilmədik.Tender Komessiyasının əlaqələndirici şəxs üçün təyin etdiyi telefon nömrəsi ümumiyyətlə cavab vermədi. Məhkəmənin mühasıbatlığından isə bildirdilər ki,rəhbərliyin dəyişməsi ilə əlaqadər baş qarışıqdır.

Qeyd edək ki,Prezident İlham Əliyevin 24.05.2021-ci il tarixli Sərəncamı ilə Mübariz Əkbərov Bakı Apellyasiya Məhkəməsinə də yeni sədr təyin edilib. Həmin məhkəmənin hakimi işləmiş Mübariz Əkbərov uzun müddət sədr olmuş İman Nağıyevi əvəz edib.

Bəs ölkədə sərt karantin rejiminin tətbiq olunduğu dövrdə Bakı Apellyasiya Məhkəməsinin aldığı mallar nələrdir?

Bakı Apellyasiya Məhkəməsi Tender Komissiyasının 26.04.2021-ci il tarixdə kompüter avadanlığına xidmət, təmir, katriclərin alınması və doldurulması, tonerlərin satınalınması üzrə keçirmiş olduğu kotirovka sorğusu üzrə 29 957 manat məbləğində satınalma müqaviləsi “GOLD PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Apardığımız araşdırmalar zamanı Bakı Apellyasiya Məhkəməsi Tender Komissiyasının “GOLD PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2020-ci ildə də bir neçə satınalma müqaviləsi bağlaması məlum oldu.

Kargüzarlıq blanklarının, qeydiyyat-statistika vərəqlərinin və qeydiyyat kitablarının hazırlanması üzrə daxil olan ərizə, şikayət və müraciətlərin qeydiyyatı kitabı, A4 formatda, 300 vərəqli, sərt üzlüklü 14 998 manat, iş qovluğu, birrəngli 14 998 manat, blank gerbli, rəngli 14 998 manat məbləğində,ümumi dəyəri 44 994 manat satınalma müqavilələri 04.05.2020-ci il tarixdə “GOLD PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Blank rəngli, birrəngli 14 998 manat məbləğində daha bir satınalma müqaviləsi isə sözügedən MMC-ilə 30.04.2020-ci il tarixdə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GOLD PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2015-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, RƏSULZADƏ QƏSƏBƏSİ 11-Cİ SIRA, ev 28, qanuni təmsilçisi kimi isə Quliyev Emin Fəxrəddin oğlu qeyd olunub.

Kimdir Emin Quliyev? Bakı Apellyasiya Məhkəməsinin daimi müştərisi yoxsa daimi iş ortağı? Məhkəmənin Tender Komissiyasının 01.06.2020-ci ildə,sərt karantin rejimi dövründə kompüter avadanlıqlarının təmiri və kompüter avadanlıqlarına xidmət üzrə ümumi olaraq 359 844 manat məbləğinda satınalma müqaviləsi bağladığı “NF-COMP” Məhdud Məsuliyyətli Cəmiyyətinin də qanuni təmsilçisi.

Sözügedən müqavilədə alınan malların sayı qeyd olunmasa da, göstərilən xidmətlər barədə qısaca da olsa məlumatlar verilib. Onlar bunlardır: Katric HP Lazerjet 35A orijinal 29 987, katric Canon Lazerjet 728 orijinal 29 987 manat, katric HP Lazerjet 05A orijinal 29 987 manat, katric Canon Lazerjet EP27 orijinal 29 987 manat, toner Canon 2420 29 987 manat, toner Canon 2520 29 987 manat, ehtiyat hissələri(rakel, baraban, maqnit valı, termoplyonka) 29 987 manat, kompüterlərin format olunması 29 987 manat, kompüterlərin təmiri 29 987 manat,lazer printerlərin katricinin doldurulması 29 987 manat,lazer printerlərin təmiri 29 987 manat,kompüterlərə antivirus proqramının yazılması 29 987 manat. Göründüyü kimi mallara və xidmətlərə ayrılmış vəsaitlər standart təşkil edir. Hamısına otuz min manatdan on üç manat az.

Kompüter avadanlığının təmiri və kompüter avadanlığına xidmət üzrə 29 988 manat məbləğində 25.04.2019-cu il tarixdə,kompüter avadanlıqlarına texniki xidmət və kompüter avadanlıqlarının təmiri işləri üzrə 30 000 manat məbləğində satınalma müqaviləsi isə 30.04.2018-ci il tarixdə “NF-COMP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NF-COMP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.05.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, RƏSULZADƏ QƏSƏBƏSİ 11-Cİ SIRA, ev 28, qanuni təmsilçisi kimi isə Quliyev Emin Fəxrəddin oğlu qeyd olunub.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Bakı Apellyasiya Məhkəməsinin Tender Komissiyası Quliyev Emin Fəxrəddin oğlunun atası,Quliyev Fəxrəddin Həmid oğlu ilə də işbirliyində olublar. Belə ki, Məhkəmənin 27.11.2017-ci il tarixdə kompüter avadanlıqları üzrə 6450 manat məbləğində satınalma müqaviləsi bağladığı “QARANTİ COMP” Məhdud Məsuliyyətli Cəmiyyəti də “GOLD PRİNT” və “NF-COMP” MMC-lərin hüquqi ünvanı olan BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, RƏSULZADƏ QƏSƏBƏSİ 11-Cİ SIRA, ev 28 ünvanında yerləşir. Bu isə onu göstərir ki,Bakı Apellyasiya Məhkəməsinin Tender Komissiyası əvvəl ata Quliyev Fəxrəddin Həmid oğlu ilə,sonra isə oğul Quliyev Emin Fəxrəddin oğlu ilə eyni ünvanda, ayrı-ayrı adlar altında yaratdıqları MMC-lərlə dövlət vəsaitlərini süni şəkildə şişirdərək təyinatından kənarlaşdırıblar.İndi Quliyev ailəsini Bakı Apellyasiya Məhkəməsi ilə daha hansı tellər bağlayır deyə deyə bilmərik. Bu ola bilsin İman Nağıyevə bağlı olan adamlardır. Ya da Tender Komissiyasının üzvlərindən birinə bağlıdır. Bütün hallarda bu qaranlıq məsələlərə aydınlıq gətirilməlidir.

Bağlanmış müqavilələrdən və Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Tender Komissiyası “QARANTİ COMP”, “GOLD PRİNT” və “NF-COMP” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə satınalma müqavilələrı bağlayarkən saxtalaşdırma hallarına yol verilmişdir. Belə ki, qeyd etdiyimiz MMC-lər eyni ünvanda,başqa adlar altında dövlət qeydiyyatına alınsa da,qanuni təmsilçisinin bir nəfər, Quliyev Emin Fəxrəddin oğlu və atası Quliyev Fəxrəddin Həmid oğlu olduğu məlum olmuşdur ki, bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.Digər tərəfdən də tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur.

İndi biz deyə bilmərik, sərt karantin rejimi dövründə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərdiyimiz malların alınmasına zərurət haradan yaranıb. Çünki bir çox suallara cavab almaq cəhdlərimiz boşa çıxdı. Görsənən odur ki, Məhkəmənin Tender Komissiyası da məhkəmə işlərində olduğu kimi, bir çox həqiqətləri görməzdən gəlir.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Bu gün, 07:20
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Dünən, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Dünən, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Dünən, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Dünən, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Dünən, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Dünən, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Dünən, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Dünən, 17:40
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Dünən, 17:35
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Dünən, 17:21
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib - FOTO
Dünən, 17:17
AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib - DİQQƏT
Dünən, 17:15
Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib - MÜHÜM
Dünən, 17:12
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 17:09
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti - DİQQƏT
Dünən, 17:07
“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” - ŞƏRH
Dünən, 16:02
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq - Partiya sədri
Dünən, 16:00
Moskvada “Görüş Yeri - Bakı”
Dünən, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Dünən, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Dünən, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Dünən, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Dünən, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Dünən, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Dünən, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Dünən, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Dünən, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Dünən, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Dünən, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Dünən, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Dünən, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Dünən, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Dünən, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Dünən, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Dünən, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Dünən, 13:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru