Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                     Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                     Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                     “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” .....                     BRİKS ölkələri G7-ni geridə qoyub: .....                     Ehtiram Hüseynov işdən çıxdı .....                     Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... .....                     Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                     Aktyorla xanımının qətlinin .....                     “Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” .....                     15 il həbs cəzası alan iş adamı və digərləri .....                     Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? .....                     Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur .....                     AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? .....                     Gürcü hərbi attaşe Papikyanla görüşdü .....                     Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir .....                     Tanınmış vəkil komaya düşdü .....                     "MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün .....                     Bakıda 5 milyonluq mənzil .....                     İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: .....                 

“Gözümüzü sosial yardıma dikmişdik” - O DA BELƏ...
Tarix: 1-09-2023, 08:30 | Çap et
“Gözümüzü sosial yardıma dikmişdik”
Elnarə Binyətova Şamaxıda ağır şərtlərlə dörd uşaq böyüdür. Onun həyat yoldaşı bir neçə xəstəlikdən əziyyət çəkir. Bir neçə ay əvvəl ailənin sosial yardımı kəsilib. Binyətovlar qayğıların öhdəsindən gələ bilmir.

“Gözümüzü sosial yardıma dikmişdik”

Elnarə Binyətova danışır ki, həyat yoldaşı ağır xəstədir. Amma bazarda işləməyə məcburdur. Zahid Binyətovun vərəm xəstəsi olduğunu bildirir. Amma ağciyəri də sıradan çıxmağa başlayıb.

“Həyat yoldaşım bazarda 2 manata araba sürür. Hansısa yükü daşıyır ki, pul versinlər. Belə ağır xəstə o işi görməməlidir. İndi təcili müalicə olunmalıdır. Üç kurs müalicə etdirmişdik onu. Pulsuzluqdan dayandı. Heç təqaüd də vermək istəmirlər. Həyat yoldaşım yarımcan yaşayır. Ağciyərinə su gəlmişdi. O vəziyyətdə heç bir halda, araba dartmamalıdır. Vərəm çox əziyyət verir ona. Pis nəfəs alır. İcra hakimiyyətinə gedəndə də demişdim. Həyat yoldaşım bu şərtlərlə işləməməlidir. Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Həyat yoldaşımın pensiyaya ehtiyacı olduğunu demişəm”.

“Bu sentyabrdan uşaqların dördü də məktəbə gedəcək, çox çətin vəziyyətə qalmışıq”

Ailənin daimi gəlir yeri yoxdur. Sosial yardım kəsiləndən vəziyyət lap ağırlaşıb. Elnarə Binyətova deyir ki, sözün birbaşa mənasında yeməyə çörək tapmırlar:

“Bütün qayğıları sosial yardımla həll edirdik. Üç qızım, bir oğlum var. Böyük uşaq 16, kiçiyi 6 yaşındadır. Bu sentyabrdan dördü də məktəbə gedəcək. Çantanı hansı pulla alacam? Hər il nə əziyyətlə sosial yardım üçün tələb olunan sənədləri toplayırdım. İlin əvvəlindən kəsiblər. Çox çətin vəziyyətə qalmışıq. Gözümüzü o pula dikmişdik. Sosial yardımın sayəsində həyat yoldaşımı müalicə elətdirirdik. Uşaqların məktəb xərclərinin öhdəsindən gəlməyə çalışırdım”.

Bir müddət əvvəl sosial yardım müraciətinə imtina cavabı gəlib. Amma Elnarə Binyətova yenə ümidini kəsmir. O, yenidən sənədlər toplamağa başlayıb.

Ailənin böyük uşağı Nahid bu yerdə imtina sənədində “illik gəliriniz sıfra bərabərdir” yazısını xatırladır:

“Bizim gəlirimiz yoxdursa, deməli, yardım edilməlidir də”.

“Hökumət var, mən də ondan kömək istəyirəm”

Binyətovların ev şəraiti çox pisdir. Əvvəllər çörək bişirilməsi üçün nəzərdə tutulmuş yeri otağa çeviriblər. Elnarə Binyətova buranın atasının həyətindən onlara kəsilib verilmiş kiçik hissə olduğunu bildirir:

“Bizi evdən çıxarmışdılar, bura sığındıq. Fövqəladə Hallar Nazirliyinə də yazmışam. Qaldığımız yer qəzalıdır. Hökumət var, mən də ondan kömək istəyirəm. Çox yerə müraciət etmişəm. Eləcə quru sözdən ibarət məktub gəlir”.

Şamaxıda Binyətovların yaşadığı ərazidə onları çox kasıb ailə kimi tanıyırlar. 47 yaşlı qadın qonşuların, tanışların köməyi olmadan yaşaya bilmədiklərini deyir.

“Bizə əl tutanlar olmasa, acından ölərik. Qonşular nəsə gətirir. Həcc ziyarətindən gələnlər… Bazarda həyat yoldaşımı görənlər… Yoxsa heç nə tapmırıq yeməyə. Araba sürməklə ev dolanmaz…”.

Ailənin təbii qaza görə borcu 300 manata çatır. Buna görə daha qaz yandıra bilmirlər:

“Odun parçaları tapıb həyətdə qalayırıq. O cür yemək bişirməyə çalışıram. Kommunal xərcləri heç cür ödəyə bilmirik. Həyat yoldaşımın vəziyyətini görürsünüz… Özüm də xəstəyəm. Gözümdə mirvari suyu var. Bir gün gözlərim tutulacaq. Belə olsa, bizim ailənin taleyi necə olacaq?”

İşləyib ailəsinə kömək etməyə çalışan məktəbli…

Ana deyir ki, oğlu bir neçə ilə əsgər gedəcək, amma indi düz-əməlli qidalanmır. Nahidin oxumaq istəyi olub. Amma ən adi qayğıların öhdəsindən gələ bilməmək imkan verməyib. Evin böyük uşağı işləmək məcburiyyətində qalıb.

“Hər yay restoranda günü 7 manata işləyirəm. Başqa vaxtlar da iş tapmağa çalışıram. Həmişə olmur. Ailəmə mütləq kömək etməliyəm”, – Nahid deyir.

Elnarə Binyətova təkrar-təkrar çox əziyyət çəkdiklərini danışır. Uşaqlar yenə nimdaş geyimdə məktəbə gedəcəklər:

“Bircə onları böyüdə bilsəydim…”.

İcra başçısının müavini: “Əgər vətəndaş bizə müraciət edirsə…”

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova Meydan TV-yə bildirib ki, icra hakimiyyəti Şamaxıda maddi-sosial durumu ağır olan vətəndaşlara mümkün qədər dəstək olmağa çalışır:

“Konkret bu vətəndaş (Elnarə Binyətova-red.) bizə müraciət edibmi, yoxsa yox – bunu araşdırarıq. Ümumiyyətlə isə əgər vətəndaşlar bizə müraciət edirsə, biz araşdırırıq, bacardığımız qədər, səlahiyyətlərimiz çərçivəsində kömək edə bilirik”.
//meydanTV//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Dünən, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Dünən, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Dünən, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Dünən, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Dünən, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Dünən, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Dünən, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Dünən, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Dünən, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Dünən, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Dünən, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Dünən, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Dünən, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Dünən, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Dünən, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Dünən, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Dünən, 16:20
Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Dünən, 16:11
İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: - Bakıdan nə istəyirlər?
Dünən, 16:07
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub - 8 il...
Dünən, 16:04
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT
Dünən, 15:59
Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Dünən, 15:52
Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır - NONSENS MƏHKƏMƏ İŞİ
Dünən, 15:43
Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 15:40
Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR - BUNA GÖRƏ...
Dünən, 15:38
Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... - NİYƏ BELƏDİR?
Dünən, 15:33
Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA - Günah sifarişi verəndədir
Dünən, 15:26
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Dünən, 15:21
Bütün ermənilərin katolikosu Bakıya gələ bilər - KİV
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru