Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.site/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.site/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Sosial, Manşet > Cavanşir Feyziyev də qollarını Gürcüstanın yenidən qurulmasına ÇIRMAYIB
Cavanşir Feyziyev də qollarını Gürcüstanın yenidən qurulmasına ÇIRMAYIB1-04-2024, 08:35 |
![]() Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalarla bağlı ilginc faktlar açıqlanıb. dia-az.life bildirir ki, London məhkəmələri tərəfindən milyonlarına əl qqoyulan Cavanşir Feyziyev deyəsən, biznesini Gürcüstana köçürməkdədir. Hər halda, o da digər oliqarx məmur və deputatlarımızı kimi işğaldan azad olunmuş torpaqların yenidən qurulmasına yox, kənar bir ölkədə şəxsi biznesinin inkişafına daha çox maraqlı və daha çox həvəslidir. dia-az.life olaraq deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalarla bağlı faktları təqdim edirik: "1. Tiflis, Niko Keçoveli küçəsi 16 "Horizon Gldani" yaşayış kompleksi (2020-ci ildə tamamlanıb); 2. Tiflis, Abai küçəsi 5 "Horizon Temka" yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb); 3. Tiflis, Graf Şulenberq küçəsi "Horizon Gldani-2" yaşayış kompleksi (2019-cu ildə tamamlanıb)". dia-az.life xəbər verir ki, binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir. Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |