Əsas Səhifə > Sosial, Manşet > "`Kapitalbank` kartını istifadə etməyin..."

"`Kapitalbank` kartını istifadə etməyin..."


11-09-2024, 09:34
"`Kapitalbank` kartını istifadə etməyin..."
"Şikayətim "Kapital Bank"dandır. Sentyabrın 6-sı saat 15:59-da kartıma başqa bir şəxs 20 manat mədaxil edib...." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İsmayıl Cabbarov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Əməliyyat hər iki mobil bankda uğurlu olaraq qeydə alınıb, kartıma vəsait daxil olub. Həmin gün 18:49-da isə pul "revers" olunaraq həmin şəxsə qayıdıb. İndi sual: Mənim icazəm olmadan mənim şəxsi vəsaitim necə "revers" olunur? Əməliyyat uğursuz idisə, bunu "uğurlu əməliyyat" olaraq göstərməkdənsə, ilk dəqiqələrində revers olunardı. Bəlkə 20 manat əvəzinə 1000 manatlıq bir əməliyyatda belə bir hal yaşanaydı? 3 saat sonra mədaxil edən vətəndaşa adam hansı dildə deyə ki, vəziyyət belədir?
Hamıya qəti tövsiyəm, tanımadığınız vətəndaşla aranızda hesablaşma varsa, "Kapitalbank" kartını istifadə etməyəsiniz. Hətta mümkün variantınız varsa, ümumiyyətlə "Kapitalbank" kartları istifadə etməyəsiniz..."

"`Kapitalbank` kartını istifadə etməyin..."
"`Kapitalbank` kartını istifadə etməyin..."
"`Kapitalbank` kartını istifadə etməyin..."

Geri qayıt