Əsas Səhifə > Sosial, Manşet > Belə olan halda sadə vətəndaş ÖLMƏLİDİR?

Belə olan halda sadə vətəndaş ÖLMƏLİDİR?


12-09-2024, 09:04
Belə olan halda sadə vətəndaş ÖLMƏLİDİR?
"Hörmətli TƏBİB sədri Vüqar Qurbanov! Məlumat üçün diqqətinizə çatdırıram ki, bu gün (dünən nəzərdə tutulur -dia-az.site) məhləmizdə orta yaşlı bir xanımın halı pisləşdi, mənə müraciət etdilər ki, təcili tibbi yardım çağırım..." Dia-az.İnfo xəbər verir ki, bunu öz müraciətində tanınmış yazar Elşad Barat vurğulayıb.

Elşad Barat daha sonra başına gələnləri belə nəql edir: "Öncə 103 - ə zəng etdim(3 dəfə), sifarişim qeydə alındı, gəlib çıxmadı, sonra 815 - ə zəng elədim (2 dəfə), o da işə yaramadı...

Mətbuat üçün ayırdığınız 0772237000 nömrəsi ilə danışdım. Yenə gəlib çıxan olmadı, sonra gənc əməkdaşınız Hicranə xanımın mobil nömrəsinə zəng elədim, açmadı...

Sonra TƏBİB mətbuat xidmətinin rəhbəri Zamirə xanıma zəng etdim və yardım gəldi. Sizin iş nömrəniz isə ATS - dən bağlıdır...

Hörmətli Vüqar müəllim, vəziyyət belə olduğu halda sizcə sadə vətəndaş çağırışına təcili yardım gəlir? Ümumiyyətlə, Binəqədi ərazisi Təbibə veriləndən sonra təcili səhiyyə işləmir. Aldığım məlumata görə 10 maşın ayrılması gərəkən əraziyə 4 maşın ayrılıb, onun da biri xarabdır. Xahiş edirəm, lazımi tədbir görəsiniz..."

Geri qayıt