QANUNSUZ TİKİLİLƏRLƏ BAĞLI QANUN LAYİHƏSİ HAZIRLANIB
Tarix: 10-12-2011, 12:12 |
Çap et
LAYİHƏ MİLLİ MƏCLİSƏ TƏQDİM OLUNUB
Azərbaycanda qanunsuz tikililərlə bağlı qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub.
APA-nın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Onun sözlərinə görə, son illər tikinti sahəsində çox ciddi qanun pozuntuları olub, əsassız işlər görülüb: “Qanun layihəsi qəbul olunarsa, biz də onun əsasında müvafiq iş aparacağıq”.