ƏLİ ABBASOV DA “AVROVİZİYA”YA HAZIRLAŞIR
Tarix: 10-12-2011, 12:35 |
Çap et
NAZİRLİK BU MƏQSƏDLƏ ƏLAVƏ TƏDBİRLƏR PLANLAŞDIRIB
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsində informasiya və kommunikasiya texnologiyalarının standartlara cavab verməsi məqsədi ilə təsdiqlənən geniş tədbirlər planının icrasına başlayıb.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (İB) rəisi Beytulla Hüseynov bildirib ki, bu məqsədlə hazırlıq işləri aparılır. Şəhərdə bütün informasiya və kommunikasiya texnologiyaları müasir tələblərə uyğunlaşdırılır. Bu zaman alternativ rabitə də nəzərə alınacaq.
Tədbirlər planında regionlar da nəzərdə tutulub. Müsabiqənin keçiriləcəyi yerdən 3 istiqamətdə (“Aztelekom” İB, Gəncə şəhəri və İctimai TV ofisi) fiber-optik kabellə rabitənin yaradılması, STM-1 səviyyəsində kanalların təşkili və müasir avadanlıqla təchiz edilməsi nəzərdə tutulub.