BAKIYA “AVROVİZİYA” AVTOBUSLARI GƏTİRİLİB
Tarix: 13-12-2011, 15:06 |
Çap et
SÜRÜCÜ İSƏ YOXDUR, ÇÜNKİ İNGİLİS DİLİ VACİBDİR
Gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision 2012” müsabiqəsi ilə əlaqədar Azərbaycana xüsusi avtobuslar gətirilib.
APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, “Shuttule Buss” tipli avtobusların sayı hələlik 50-dir. Nazir deyib ki, bu avtobusları idarə edəcək sürücü yoxdur: “Həmin sürücülərin ingilis dilində bilməsi vacibdir. Azərbaycanda isə bu tip sürücü çatışmazlığı mövcuddur. Bununla belə, “Eurovision” müsabiqəsinə hazırlıq yaxşı gedir”.