RAMİL SƏFƏROV AZƏRBAYCANA VERİLƏCƏKMİ?
Tarix: 14-12-2011, 11:59 |
Çap et
“BUNUN ÜÇÜN İKİ DÖVLƏT ARASINDA RAZILIQ ƏLDƏ OLUNMALIDIR”
“Ramil Səfərovun Azərbaycana verilməsi ilə bağlı dəqiq məlumatım yoxdur. Bunun üçün iki dövlət arasında razılıq əldə olunmalıdır”.
Bunu Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev deyib.
Azərbaycanın və Macarıstanın “Məhkumların verilməsi haqqında Avropa Konvensiyası”na qoşulduğunu qeyd edən R. Rzayev həmin sənədin Ramil Səfərova şamil edilməsi istiqamətində danışıqlar aparıldığını bildirib.
R. Rzayev deyib ki, Ramil Səfərovun Macarıstan həbsxanasında saxlanmasında siyasi məqsəd olduğunu güman etmir: “Bu məsələ hüquqi müstəvidə həll olunmalıdır. Beynəlxalq normalar var və buna əsaslanan iki dövlət razılıq əldə edərsə, məsələ müsbət həll olunar. Güman edirəm ki, Ramil Səfərovun Azərbaycana verilməsi məsələsi həll ediləcək. Dövlət strukturları bu məsələ ilə bağlı müvafiq addımlar atır”.
Qeyd edək ki, R. Səfərov Macarıstanda erməni zabit Qurqen Marqaryanı öldürməkdə təqsirli bilinərək, Budapeşt Şəhər Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.