BÜDCƏ YEYİB BORCLU QALAN DÖVLƏT ŞİRKƏTLƏRİ
Tarix: 10-07-2013, 12:15 | Çap et
Dövlətin sahiblik etdiyi iri şirkətlər maliyyə şəffaflığı üçün böyük problemdir. Son illər investisiya layihələrinin dəstəklənməsi məqsədilə dövlət mülkiyyətində olan təsərrüfat hesablı müxtəlif müəssisə və şirkətlərə böyük məbləğdə əvəzsiz büdcə vəsaitləri ayrılır. Halbuki, məsələn, “Barmek”in dövründə hökumət Abşeron yarımadasının enerji sisteminin saxlanmasına büdcə dəstəyi vermədiyi halda həmin şirkətlə müqavilə pozulandan sonra eyni coğrafiyaya xidmət göstərən dövlət şirkəti “Bakıelektrikşəbəkə”yə böyük həcmdə maliyyə yardımları verdi. Nəticə isə göz qabağındadır: iri dövlət şirkətlərinin maliyyə intizamsızlığı məhz onların büdcədən aldığı milyonların yaratdığı arxayınçılıqdan qaynaqlanır.
2012-ci ildə “Azərenerji”, “Azərsu”, “Bakıelektrikşəbəkə”, AZAL, ARDNŞ kimi iri dövlət şirkətlərinə əsaslı vəsait qoyuluşu formasında 1,4 milyard manat vəsait ayrılıb. Həmin vəsaitlərdən “Azərenerji”yə 141,7 milyon, “Azərsu”ya 580 milyon, ARDNŞ-yə 330 milyon, AZAL-a 232,6 milyon, “Bakıelektrikşəbəkə”yə 90 milyon manat pay çatıb. Amma sadalanan şirkətlərin dövlət büdcəsinə ödənişləri birlikdə 1,7 milyard manatdan azca çoxdur. Bu o deməkdir ki, onlar dövlət büdcəsinə vergi kimi ödədikləri vəsaitin təxminən 82 faizini elə il ərzindəcə geri alıblar.
Ötən il dövlət büdcəsinə “Azərenerji” 140,4 milyon manat (əvvəlki ilə nisbətən 5,6 milyon manat çox), Rabitə Nazirliyinin müəssisələri 32,5 milyon manat (2,3 milyon manat çox), AZAL 22,9 milyon manat (2,7 milyon manat çox), “Azərsu” 11 milyon manat (1,7 milyon manat az), Azərbaycan Dövlət Dəmir Yolları 1,9 milyon manat (6,0 milyon manat az), Xəzər Dəniz Gəmiçiliyi 249 min manat (300 min manat az) vəsait ödəyib. Rəsmi məlumatlardan aydın olur ki, iri vergi ödəyicisi hesab olunan dövlət müəssisə və şirkətlərinin dövlət büdcəsi qarşısında vergi öhdəliklərinin icrası ilə bağlı ciddi problemləri var. 2013-cü ilin yanvarın 1-nə olan 2,6 milyard manata yaxın vergi borclarının təxminən yarısı – 1,2 milyard manatı dövlət mülkiyyətində olan müəssisələrin payına düşüb. Bu, iri ödəyicilərin faktiki vergi ödənişlərinin təxminən 80 faizinə bərabərdir. Halbuki, məsələn, xarici və birgə mülkiyyətdə olan müəssisələrin 2012-ci il üzrə faktiki vergi ödənişlərinin (2,3 milyard manat) 8,5%-i həcmində vergi borcu yaranıb.
Hesablama Palatasının məlumatına görə, hesablanmış vergi və ödənişlərin Rabitə Nazirliyinin müəssisələri 80% hissəsini, “Azərenerji” 45,6%, AZAL 48%, “Azərsu” 39% hissəsini, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dəmir Yolları isə 10%-dən də az hissəsini büdcəyə ödəyiblər.
Büdcədən böyük həcmdə vəsait alan bu şirkətlərin vergi öhdəliklərini yerinə yetirməməsinin səbəblərinə icra büdcəsinin parlament müzakirəsində aydınlıq gətirilmir. Halbuki təkcə fiskal orqanların deyil, bu şirkətlərin səlahiyyətli şəxslərinin də ictimai vəsaitlərin istifadəsinə dair parlamentə izahat vermək öhdəliyi olmalıdır.
Nazirlər Kabinetinin 9 iyun 2005-ci il qərarına əsasən, iri vergi ödəyiciləri hesab olunan dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dən gec olmayaraq hökumətə, sənədin son variantını və investisiya proqramlarını isə razılaşdırılmaq məqsədilə dekabrın 1-dək Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim etməlidir.
Azərbaycan Konstitusiyasına görə, dövlət büdcəsinə nəzarətin həyata keçirilməsi qanunverici hakimiyyətin müstəsna səlahiyyətidir. Odur ki, yanacaq-energetika, nəqliyyat və kommunal sektora daxil olan dövlət şirkətlərinə büdcə dəstəyinin verilməsi ilə bağlı hökumətin də parlamentə əsaslandırmalar təqdim etməsinə ehtiyac var.
İri dövlət şirkətləri büdcədən vəsait alıb-almamasından asılı olmayaraq həm gəlir və xərclər smetasının layihəsini, həm investisiya layihələrini, həm də maliyyə hesabatlarını qanunverici orqana təqdim etmək öhdəliyi daşımalıdır. Büdcədən maliyyə ayırmalarının isə hər il büdcə paketinə daxil edilən ayrıca qanunla tənzimlənməsi, həmin qanunda maliyyə yardımının məqsədinin aydın göstərilməsi effektiv nəzarət mexanizmi ola bilər.
Qanunvericilikdə dövlət şirkətlərinin büdcə hesabına maliyyə dəstəyi almasının şərtləri, belə dəstəyə qoyulan məhdudiyyətlər, hökumətin maliyyə yardımları müqabilində şirkətin hökumət qarşısında götürdüyü öhdəliklər dəqiq müəyyən olunmalıdır. Xüsusilə də beynəlxalq mühasibat standartlarına və zəruri maliyyə hesabatlılığı standartlarına əməl etməyən şirkətlərə dövlət dəstəyinin verilməsi dayandırılmalıdır.
Nəhayət, Hesablama Palatası Milli Məclisə hesabat verən qurum kimi hər il iri dövlət şirkətlərinin büdcə qarşısında öhdəliklərini yerinə yetirmə vəziyyətini qiymətləndirməli, onların xərcləmələrinin səmərəliliyini, təyinatı üzrə istifadəsini qiymətləndirib qanunverici orqana ayrıca rəy təqdim etmək səlahiyyəti qazanmalıdır. Rövşən AĞAYEV Milli Büdcə Qrupunun eksperti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
|