FIRILDAQÇIMIZ DÜNYA BANKINA KƏF GƏLMƏK İSTƏYİB
Tarix: 28-12-2011, 12:43 |
Çap et
GUYA ZAVOD TİKƏCƏKLƏRMİŞ
Azərbaycanda bir qrup şəxs tərəfindən saxta sənədlər tərtib edilərək Dünya Bankının Bakı Ofisinə təqdim olunması ilə bağlı cinayət işi başlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "S.Q.S" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, Sumqayıt şəhər sakini Bayram Abdullayev özlərini Dünya Bankının Bakı Ofisinin əməkdaşları kimi təqdim etmiş Bakı şəhər sakinləri Səbinə Cəfərova və Teymur Ağayev ilə cinayət əlaqəsinə girərək Goranboy rayonunda Qarğıdalı Emalı Zavodunun inşası üçün 721000 manat məbləğində saxta sənədlər tərtib edərək Dünya Bankının Bakı Ofisinə təqdim ediblər. Toplanmış materiallar üzrə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.