AZƏRBAYCANA 500 MİN AVRO AYRILDI
Tarix: 6-01-2012, 12:01 |
Çap et
BU PULLAR MALİYYƏ SİYASƏTİ SAHƏSİNƏ YÖNƏLDİLƏCƏK
Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda dövlət maliyyə siyasəti və idarəetmə sahəsində layihələrin reallaşdırılması üçün 500 min avro ayırıb.
APA-nın məlumatına görə, bu vəsait Azərbaycanda demokratik təsisatların yaradılması və islahatların keçirilməsində vətəndaş cəmiyyətinin rolunun möhkəmləndirilməsi və stimullaşdırılması, dövlət maliyyə siyasəti idarəetmə sahəsində qeyri-hökumət subyektlərinin rolunun artırılması məqsədilə ayrılıb.
Bu məqsədlə qrant alınması üçün müraciətlər martın 9-dək qəbul olunur. Layihələrin icra müddəti 18-36 ay, tələb olunan qrantın məbləği isə maksimum 250 min avro olmalıdır.