Türkiyədə polislərlə terrorçular arasında atışma olub, .....                     BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                     Avropa Parlamentindən anti-Azərbaycan teatrı... .....                     Kazan görüşünün ARDINDAN... .....                     Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır .....                     “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub .....                     Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR .....                     İtaliya XİN başçısının müavini Avropa Parlamentinin .....                     Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB .....                     Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? .....                     Gürcü Arzusu qalib gəlsə... .....                     Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                     Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... .....                     “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi .....                     Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... .....                     Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? .....                     Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... .....                     Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR .....                     Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? .....                     “Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” .....                     İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir .....                     Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? .....                     51 ilin neftçisinin HAQQI YEYİLİB .....                     Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək .....                     Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq .....                     Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... .....                     Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? .....                     COP29 ölkəmiz üçün böyük təcrübədir .....                     BRİKS müasir dövrdə ən perspektivli platformadır .....                     COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? .....                     “Yol xərclərimə qədər bu insan ödəyib” .....                     "Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" .....                     “Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? .....                     TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir .....                 

İCRA BAŞÇISINA SÖYKƏNƏN “BESPREDEL”...
Tarix: 26-08-2013, 12:15 | Çap et
İCRA BAŞÇISINA SÖYKƏNƏN “BESPREDEL”...
GÖRƏSƏN, RÖVŞƏN BAĞIROV BU RAYONU HANSI QANUNLARLA İDARƏ EDİR?

DİA.AZ: - Redaksiyamıza bu dəfə Lerik rayonu, Züvüc kənd sakini Almazova Gülbəsdə Fərman qızı tərəfindən ünvanlanmış məktubda, yenə də rayonun icra başçısının fəaliyyətinə, daha dəqiq decək fəaliyyətsizliyinə dair ciddi ittihamlar irəli sürülür. Etiraf etmək lazımdır ki, ölkəmizin bu ucqar cənub bölgəsində gedən proseslər artıq uzun müddətdir ki, bu və ya digər formada ictimaiyyətin diqqətini cəlb edir. Lakin bu maraq heç də rayonun dinamik iqtisadi inkişafı və yaxud da bölgənin sürətlə aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi ilə təmin olunmayıb.

Lerik rayonu bu deyilənlərin reallaşması üçün lazımi potensiala malik olsa da, yerli icra strukturlarının səriştəsizliyi və yarıtmaz fəaliyyəti hətta buranın yerli sakinlərini belə həll olunmamış sosial-məişət problemləri əhatəsində yaşamağa məhkum edib. Yəqin elə bu səbəbdən də respublikanın əksər digər bölgələrində yüksək dinamika ilə həyata keçirilən abadlıq və quruculuq işlərinin fonunda Lerikdə müşahidə olunan tənəzzül və geriləmələr heç kəsi təəccübləndirmir. Ara-sıra hesabatlarda qeyd olunmaq xatirinə görülən bəzi təmir-abadlıq işləri isə, son nəticədə mənimsənilmiş dövlət vəsaitlərini bölə bilməyən məmurların qarşıdurmaları ilə yadda qalır.

Xatırlayırsınızsa bir müddət əvvəl DİA.AZ tərəfindən belə insidentlərdən birinin araşdırılmasına həsr olunmuş material da dərc olunmuşdu. Yazıda Lerik rayonunda bəzi binaların əsaslı təmiri zəminində yaranmış müəyyən problemlər müzakirəyə çıxarılmışdı. Materialda bildirilirdi ki, bir müddət əvvəl Lerikdə aparılan yenidənqurma və abadlıq işlərində Sabir Bəxşəlyeiv adlı şəxs yaxından iştirak edib. Görülən işlərin icraçısı kimi isə Rövşən Bağırovun qardaşı Fərhad Bağırov təqdim olunub.

Həmin layihənin smeta dəyəri ilə qiymətini ödəyən şəxs qismində ARDNŞ çıxış etmişdi. Layihə çərçivəsində Lerik rayon Mədəniyyət evi tam təmir olunmuş; 1 saylı orta məktəbin, musiqi məktəbinin, xəstəxananın isitmə sistemləri tam təmir olunmuş və ya yenidən qurulmuşdu. Redaksiyamıza daxil olan məlumatlarda ümumilikdə görülən işlərin smeta dəyəri təqdim olunmasa da, bildirilir ki, rayon mədəniyyət evində görülən işlərin smeta dəyəri 485000 (dörd yüz səksən beş min) manat qiymətləndirilmişdi. Fərhad Bağırovun icraçı kimi fəaliyyəti nəticəsində əldə etdiyi gəlir isə 160000 (yüz altmış min) manat məbləğində qiymətləndirilirdi. İrəli sürülən və şikayətin əsas mahiyyətini əks etdirən əsas iddia isə bundan ibarət idi ki, birgə fəaliyyətə başlanmazdan əvvəl Fərhad Bağırovun və Sabir Bəxşəlyeivin arasında əldə olunacaq gəlirin 50%-in 50%-ə nisbətində bölünəcəyi barədə razılığa gəlinib. Nəzərdə tutulmuş işlərin görülüb başa çatmasından və ödənişlərin həyata keçirilməsindən sonra isə Fərhad Bağırov ilkin söylədiklərini təkzib edərək işdən gəlirin yalnız 52000 (əlli iki min) manat təşkil etdiyini bildirmişdi. Sonda isə F.Bağırov hətta özünün birtərəfli şəkildə müəyyən etdiyi bölgü ilə də razılaşmayaraq ümumiyyətlə hər hansısa bir məbləği ödəməkdən imtina etmişdi...

Göründüyü kimi Lerikin ucqar rayon olmasını şərtləndirən coğrafi mövqeyi, burada əliəyri məmurların at oynatmaları üçün kifayət qədər əlverişli şərait yaradır. Bu arada bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, deyilənlər heç də rayonda ümumiyyətlə iş görülmədiyi anlamına gəlməməlidir. Əksinə, ölkə mətbuatında yayımlanan məlumatlarda da dəfələrlə vurğulanıb ki, Lerikdə mütəmadi olaraq müxtəlif xarakterli əyləncə mərkəzlərinin açılması işini rayonun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəxsən xüsusi diqqət mərkəzində saxlayır. Lakin problem bundadır ki, bu mərkəzlər bölgədə turizmin inkişafı, əhalinin rifahının yüksəldilməsi məqsədlərinə deyil, bəzi imkanlı şəxslərin şübhəli əyləncələrinin təmin olunmasına və əlbəttə ki, rayon rəhbərliyinin varlanmasına xidmət edir. Həmçinin bu problemlərin yaranmasında Lerik rayonundan Milli Məclisin deputatı İqbal Məmmədovun da xüsusi rolu olduğu qeyd olunur. Bu xüsusda kütləvi informasiya vasitələrinə narazı vətəndaşlar tərəfindən təqdim olunan müraciətlərdə bildirir ki, icra başçısı rayon sakinlərinə aid pay torpaqlarını, dədə-baba torpaqlarını ayrı-ayrı şəxslərə necə gəldi satmaqla məşğuldur: “Rövşən Bağırov Lerik camaatının ata-baba yurdunu belə satmaqdan çəkinmir. Bu gün yüzlərlə lerikli məhkəmə qapılarında qalıb. Səbəb isə birdir. Torpaqları əllərindən alınıb və kimlərsə həmin yerlərdə istirahət mərkəzi və yaxud da priton inşa etdirib. Biz sizin mətbuat orqanı vasitəsilə icra başçısına sözümüzü çatdırmaq istəyirik. Başqa bir yolumuz yoxdur. Çünki bu gün Rövşən Bağırovu Lerikdə tapmaq böyük müşküldür. Qoy, o, eşitsin ki, Lerikdəki özbaşınalıqlarına son qoymazsa, qədim ənənələri olan rayonda əxlaqsızlığı təbliğ edən əyləncə yerlərini inşa etməklə vətəndaşların əsəblərini korlamağa davam edərsə, ona qarşı biz rayon sakinləri ayağa qalxıb, Qubada, İsmayıllıda olduğu kimi, onun istefasına nail olacağıq.”

Elə Gülbəsdə Almazovanın DİA.AZ-a ünvaladığı şikayət məktubunda da rayon rəhbərliyinin fəaliyyətindən ciddi narazılıq ifadə olunur: “Son bir neçə ildə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin qeyri-rəsmi olaraq Lerik rayonuna kuratorluq etməsi rayonda Müstəqil Azərbaycan Respublikasının qanunlarının işləməməsinə səbəb olmuşdur. Bir tərəfdən də Rövnəq Abdullayevin tələbə yoldaşı İqbal Məmmədov Lerik rayonundan deputat “seçildi”. Bir qədər də dəqiq desək, Rövnəq Abdullayevin təşəbbüsü ilə bu məsəslə həyata keçirildi. İqbal Məmmədov özü də fürsəti əldən vermədi. Lerikdə hamı onu, yəni İqbal Məmmədovu, Lerikin qubernatoru kimi tanıyır. Ona görə də İqbal Məmmədov öz nüfuzundan tam açıqlığı ilə istifadə edir. Rayonda kadr məsələləri İqbal Məmmədovun şəxsi diktəsi ilə həyata keçirilir. Qanun, həqiqət tamamilə yaddan çıxıb.”

Bundan başqa isə vətəndaş həm də ailə üzvlərinin vəaifəli şəxslər tərəfindən təqib və təzyiqlərə qaldığını iddia edir: “Hər bir ailədə problemlər yaşanır. Bizim ailəyə də birbaşa İcra başçısının təzyiqi ilə qara yaxılmış, oğluma böhtan atılmışdır. Oğlum Azad Əliyevin heç bir günahı olmadan şərə düşmüşdür. Bir qədər dürüst desək, icra başçısının yaxın qan qohumlarının hesabına ailəmizin büdcəsinə min manatlarla ziyan dəyib. Hələ onun mənəvi tərəfini demirəm. Azərbaycan Respublikasının bütün orqanlarına yazdığım müraciətlərə də baxılmır. Prezident Aparatına, Milli Məclisə, Nazirlər Kabinetinə və Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyim ərizələrə mənim adımdan başqaları izahat yazır. Daha doğrusu, Lerik rayon İcra Hakimiyyəti vətəndaşlara qarşı bu nankor addımı atır. Artıq cana doymuşuq. Qonşu rayonlardan da məktub və teleqramlarımızı göndərə bilmirik. Minbir bəhanə tapırlar. Dolayı yollarla müraciətlərimizin paytaxta getməsinə maneçilik törədirlər. Dərdimizi deməyə yer tapa bilmirik...”

Qeyd edək ki, Lerikdə yerli sakinlərin müraciətlərinə etinasızlıq problemi müxtəlif mətbu orqanlarında dərc olunan materiallarda da öz əksini tapır: “Rayon sakinləri dərdlərini demək üçün başçının qapısına getsələr də, onunla görüşə bilmirlər. Deyilənlərə görə, R.Bağırovu iş yerində tapmaq çətin məsələdir. Ya Bakıda olur, ya da Lerikdəki «Relax» istirahət mərkəzində. Rayonda tapılmayan Rövşən Bağırovu isə onun birinci müavini Cəlil Baxşıyev əvəz edir. Bu yaşlı-başlı kişini də icra başçısı kimi, rayonun problemləri yox, özünkülər maraqlandırır. Elə bu səbəbdəndir ki, hal hazırda Lerikdə əksər vəzifələrin birinci müavininin qohumlarında olduğu deyilir. Hətta o da bildirilir ki, Cəlil Baxşıyev bir çox hallarda icra başçısı ilə hesablaşmayaraq, özünün bildiyi kimi hərəkət edir. Bəzi məlumatlara görə, tərəflər arasında narazılıqlar da yaranıb.” Yeri gəlmişkən Lerikin ən səfalı guşələrindən birində yerləşən «Relax» istirahət mərkəzi də məhz şübhəli fəaliyyət növü ilə yerli sakinlərin narazılığını doğuran məkanlardandı. Məlumatlarda bu da bildirilir ki, yerli mənbələr mərkəzin əsil sahibinin İqbal Məmmədov olduğunu iddia edirlər.

Bu arada isə kütləvi informasiya vasitələrində yenidən Lerik RİH-nin başçısı Rövşən Bağırovun vəzifəsindən alınacağı ehtimalını ifadə edən məlumatlar yayımlanmağa başlanıb. Məlumatlarda bildirilir ki, yerli sakinlərin son həddə çatmış narazılıqları da nəzərə alınaraq, yaxın vaxtlarda Lerik rayon icra hakimiyyətinin başçısının vəzifəsindən azad ediləcəyi gözlənilir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
51 ilin neftçisinin HAQQI YEYİLİB - MÜRACİƏT
Bu gün, 08:32
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək - GƏLİŞMƏ
Bu gün, 08:26
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Bu gün, 07:20
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Dünən, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Dünən, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Dünən, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Dünən, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Dünən, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Dünən, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Dünən, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Dünən, 17:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru