Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                 

ŞOK: MƏXMƏRİ İNQİLAB GÖZLƏNİLİR
Tarix: 16-01-2012, 12:13 | Çap et
ŞOK: MƏXMƏRİ İNQİLAB GÖZLƏNİLİR

PARTİYA SƏDRLƏRİNDƏN BİRİ HAKİMİYYƏTİN ÖTÜRÜLMƏSİ ÜÇÜN DANIŞIQLAR APARIR

DİA.AZ: - «Hakim düşərgənin durumu heç də ürəkaçan deyil və bu gərginlik Azərbaycanda inqilabi dəyişikliklərə səbəb ola bilər». Bu sözləri redaksiyamıza hökumət içindəki çox mötəbər mənbələr ötürüb. Redaksiyamıza verilən xəbərlərdə o da vurğulanır ki, artıq Azərbaycanda siyasi hakimiyyətin yenilənməsi üçün gərəkən «geopolitik tsikl» başa çatmaq üzərədir və bu da həm Azərbaycanda, həm də ümumiyyətlə, Cənubi Qafqaz regionunda çox mühüm proseslərə təkan olacaq.

Faktlara keçməzdən öncə, son zamanlar regionumuzda və regionumuzla bağlı cərəyan edən olayları və bu olayları təhlil edən ekspertlərin rəylərini göz önünə gətirək.

İranın burnunun ucundakı diskomfort

Azərbaycan İranın şimal qonşusudur. Və bu gün İranla bağlı beynəlxalq konsorsiumun hansı planlarının olması da kimsəyə sirr deyil. Hətta ekspertlərin qənaətinə görə, Qərbin xəfiyyə dairələrinin həyata keçirdiyi «Ərəb baharı» dalğasının da yekun hədəfi İranda rejim dəyişikliyidir. Bəli, məhz rejim dəyişikliyi.

Məlmdur ki, bu gün dünyanın əsas söz sahibi kimi dəyərləndirilən ABŞ-ın Strateji Araşdırmalar Mərkəzi tərəfindən dünya siyasi xəritəsinin gələcək halı ilə bağlı davamlı olaraq açıqlamalar verilir. Və bir neçə il əvvəl ictimailəşən xəritə 2015-ci ili xarakterizə edirdi ki, həmin xəritə ilə Türkiyənin parçalanması nəzərdə tutulsa da, İranın bütünlüyü qorunur. Təbii ki, bunu Quran ayəsi kimi qəbul etmək olmaz. Amma bu vaxta qədər baş verənlərə söykənsək, ən azından ABŞ-ın xüsusi xidmət orqanlarının belə bir niyyətdə bulunmasını təxmin etmək olar. Yəni hətta Türkiyənin parçalanmasını belə düşünən Amerika bu gün cani-dildən üzərinə yeridiyi İranın parçalanmasını düşünmür.

Amma buna baxmayaraq, İranın şəklinin dəyişdirilməsində Azərbaycanın iştirakı qaçılmazdır. Hətta İran ətrafı çəmbərin tam olaraq ABŞ-ın nəzarətində olması halında belə Vaşinqton Azərbaycan olmadan İranda istədiyi prosesləri həyata keçirə bilməz. Bunu də Qərbin analitikləri söyləyir. Çox güman burada həm Azərbaycanın tarixi torpaqlarının böyük hissəsinin İran işğalı altında olması faktı və həm də Azərbaycan türklərinin İran əhalisinin böyük çoxluğunu təşkil etməsi nəzərə alınır.

Elə buna görə də İrandakı molla rejimi Bakı ilə yola getmir. Və Qərbin hücumlarının artması fonunda rəsmi Tehran da Azərbaycana təzyiqlərini artırır. Yəni İran burada «purjun» effekti nümayiş etdirir: Onu nə qədər sıxsalar, o da Azərbaycanı bir o qədər itələyəcək.

Azərbaycan isə İranla nəinki kəllə-kəlləyə gələcək səviyyədə deyil, hətta ölkəmizin xırda hərbi konfliktə qatılması be lə bizim üçün baha başa otura bilər. Amma buna rəğmən əcnəbi ekspertlər İranın Azərbaycana hər hansı hərbi müdaxiləsinin mümkünsüzlüyünə əmindirlər. Çünki bunun son nəticədə İranın çökməsinə nədən olacağı qənaəti var. Yəni keçən yazılarımızın birində qeyd etdiyimiz kimi, Azərbaycan İrana məzar olacaq.

Rəsmi Bakı yeni siyasətə ayaq uydura bilmir

Təbii ki, belə olan şəraitdə rəsmi Bakının davranışları çox mühüm əhəmiyyət kəsb edir. Yəni hər an regionda atəş səsi eşidilə bilər. Doğrudur, ilk atəş açılıb. Bir neçə ay əvvəl Azərbaycan sərhədçiləri İran-Azərbaycan sərhəddini qanunsuz olaraq keçən bir fars casusunu məhv etdilər. Rəsmi Tehran bu olayı fərqli təqdim etməyə çalışdı və casusun kimliyini gizlədərək, onun İran sərhəd qoşunlarının əsgəri olduğunu bildirdilər.

Halbuki Azərbaycan tərəfində tamam fərqli məlumatlar var idi. Və bu faktların ictimailəşməməsi günü bu gün də İranın xüsusi xidmət orqanlarının nəzarətində olan mətbuatın Azərbaycanın üzərinə yeriməsi üçün bir bəhanə rolunu oynamaqdadır.

Onu da bildirək ki, iranlı casusun sərhədçilərimiz tərəfindən öldürülməsindən molla rejimi fərqli məqsədlər üçün də istifadə etməkdədir. Məsələn, son zamanlar Tehranın təbliğat maşını tərəfindən «əsgərimizin qisası Azərbaycandan alınmalıdır» şəklində sərsəm fikirlər ifraz olunmaqdadır ki, bunun əslində açıq-aşkar təhdid olması kimsə üçün sirr deyil.

Təbii ki, burada Azərbaycan iqtidarının davranışları çox ehtiyatlı mahiyyətdə görünsə də, bu hədsiz ehtiyatlılıq nə Azərbaycanın dövlət maraqlarına, nə də Qərbin regiondakı planlarına cavab vermir. Bu isə Qərbi əlavə olaraq düşünməyə vadar edir. Yəni İranın dəyişdirilməsindən öncə Azərbaycanın da dəyişdirilməsinə ehtiyac var.

Bu arada maraqlı bir məqamı diqqətinizə çatdırmaq da istəyirik. Bu günlərdə Qərbin Cənubi Qafqaz Regionu ilə bağlı araşdırma yazısı ilə çıxış edən «Nyu York Tayms» qəzetində belə bir fikir vurğulanmışdı: «ABŞ İranda hakimiyyəti bəlkə də dəyişə bilər, amma Azərbaycanda bu mümkünsüz görünür». Təbii ki, bu fikirlərin müəllifləri Rusiyanın Azərbaycanda israr nümayiş etdirməsini, həmçinin neçə illər ərzində Qərbin könüllü əməkdaşlıq prosesi boyunca Azərbaycan iqtidarının əlinə Qərbi sıxa bilməsi üçün rıçaqlar verməsini əsas götürüblər.

Amma istənilən halda Qərbdə artıq belə düşünürlər ki, Azərbaycan iqtidarı onların maraqları ilə tərs-mütənasiblik təşkil edir. Buna görə də Azərbaycanın şəkli-şəmalının dəyişdirilməsi qaçılmaz proses kimi səciyyələndirilir.

Qərb Azərbaycanda məxməri inqilab istəyir

Bu, Qərbin başlıca planıdır. Davamlı olaraq buna cəhdlər edilib və hər zaman Kremlin diqtəs ilə proseslərdən çıxmağa çalışan rəsmi Bakının müstəvini qanlı olaylar məcrasına yönəltmə cəhdləri fonunda Qərb geri çəkilmək zorunda qalıb. Dəfələrlə buna şahidlik etmişik. Və buradan belə bir qənaət formalaşır ki, Qərb Azərbaycana nə İraq və nə də ki Suriya gözü ilə baxmır. Qərbdə yaxşı bilirlər ki, Azərbaycan əhalisi müsəlman olsa da, ərəb deyillər. Sırf şəkildə tayfaçılıq prinsiplərini yaşadan ərəb mentalından fərqli olaraq Azərbaycan türkləri daha çox toplumsal olduqlarından burada iç savaş ehtimalları sıfıra bərabərdir. Hətta Rusiyanın təhriki ilə öz xalqına atəş açan hansısa məmurumuzun belə inadkarlıq limiti var.

Məhz buna görə də, Qərb hər zaman Azərbaycanda incə davranmağa meyilli olub. Yenə də bu niyyətindədir. Və redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən xgəbərlərdə də vurğulanır ki, artıq hakim komanda da dəyişikliyin atmosferinə düşüb:

«Bu gün hakim düşərgə sanki vaxtının yetişəcəyi anı gözləməkdədir. Hər kəs dəyişikliyin olacağına tam olaraq inanır. Çünki hər kəsdə «bu, uzun sürə belə davam edə bilməz» qənaəti mövcuddur. Amma hələ də «bu dəyişiklik necə baş verəcək» sualına cavab verilmədiyindən, dəyişikliyin düsturu tapılmadığından istənilən bir hərəkətlənməyə qeyri-adekvat aqressiya nümayiş etdirilir və etdirələcək də».

Mənbəmiz bildirir ki, bunları nəzərə alan Qərb dairələri iqtidar düşərgəsi ilə də sıx əlaqələri olan müxalifət partiyalarından birinin rəhbərini danışıqlar masasına oturdublar:

«Həmin partiya sədrinin üzərinə böyük missiya düşür. Plana görə, bu partiya sədri hakim düşərgədəki etimadından istifadə edərək onları dəyişikliyə razı salmalı və bunun qarşılığında şərtlərini dinləməlidir. Hələlik danışıqların ilkin mərhələsi gedir. Və danışıqların başlaması faktı onu göstərir ki, «yuxarılar» hakimiyyətin dinc yolla ötürülməsinə maraq göstərirlər».

Əslində belə bir marağın olması reallığın nəzərə alınması faktı kimi qəbul olunmalıdır. Çünki «yuxarılar» da yaxşı başa düşürlər ki, proseslərin konservləşdirilməsi artıq beynəlxalq konsorsiumun marağında deyil.

Mənbəmizin bildirdiyinə görə, bu gün hakim komandanın meqa tikinti layihələrinə baş vurması, əslində Azərbaycanın yeni qiyafətə tədarükü kimi qəbul olunmalıdır: «Yəni bu yolla Azərbaycan iqtidarı Qərbə tutduğu yolun mahiyyətini göstərir. Amma bu keçərli olmayacaq. Çünki Qərbin regiondakı planları rəva görmür ki, Azərbaycan regiondan izolə olunmuş şəkildə, məsələn, Küveyt xanədanı kimi mövcudiyyətini qoruya bilsin. Hətta Küveyt belə, müəyyən müddət İraqın işğalı üçün bir bəhanə, bir tramplin rolunu oynadı. Odur ki, Azərbaycanın Qərbin İranla bağlı planları müstəvisində yaxasını kənara çəkməsi reallıqla uzlaşmır».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru