Deputatla bağlı hüquqi araşdırma aparılır? - "Əgər zərurət yaranarsa"...
Tarix: 20-02-2016, 11:19 |
Çap et
DİA.AZ: - Bir neçə müddətdir ki, deputat Rəfael Cəbrayılov və onun qardaşı Elşən Cəbrayılovla bağlı yerli KİV-lərdə müxtəlif iddialar səsləndirilməkdədir. Bildirək ki, deputata və yaxınlarına qarşı hətta dələduzluq ittihamı da irəli sürülüb. Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalarda isə qeyd olunurdu ki, deputat Rəfael Cəbaryılova qarşı hüquq-mühafizə orqanlarında artıq araşdırma başlanılıb və bir neçə fakt üzrə araşdırma aparılır.
Doğrudur, Azərbaycan qanunları deputata qarşı hansısa hüquqi ölçünün götürülməsini imkansız edir. Amma mənbə dia-az.life-a bildirir ki, zərurət yaranacağı təqdirdə Rəfael Cəbrayılovun mandatının əlindən alınması barədə də addım atıla bilər.
Yeni məlumatlarımız olacaq. Bizi izləyin.
Qarşı tərəfi də dinləməyə hazırıq...