"Zindan yaşadığım həyatdan yaxşıdır” - Başçıdan şikayət var...
Tarix: 4-03-2016, 09:30 | Çap et
DİA.AZ: - "Zindan yaşadığım həyatdan yaxşıdır”. Bunu DİA.AZ-a Ağsunun Bico kənd sakini Seymur İsayev yazıb. Onun sözlərinə görə, iki məktəbli övladı var:
"Heç bir yerdə işləmirəm. Altı ildi Ağsu rayon icra başçısı Ənvər Seyidəliyevə işdən ötrü müraciət eləyirəm, lakin hər dəfə bir bəhanə ilə məni yola salırlar. Artıq evimdə satılası heç nə qalmayıb, hamısını satmışam. Torpağımı əkməkdə çətinlik çəkirəm, çünki toxuma, şum çəkənə, taxıl bicənə verməyə pulum yoxdur. Hər il verilən subsidiyada bu il gecikdirilir. Camaatın əksəriyyəti əkin işlərini nisyə gördürüb, subsidiyalar verilməsə, kasıb camaatın vəziyyəti tamamilə dözülməz olacaq, borcverənlərlə borcalanlar arasında ciddi konfliktlər yaşanacaq. Deyirlər, kəndlinin torpağı var, əksin, yesin. Məhsul ildə bir dəfə götürülür, bəs həmin müddətə qədər bir manat gəliri olmayan əhali nəylə qidalansın?!. Kağız üzərində iş yerləri açırlar, əslindəsə işlə təmin olunan yoxdur”.
S.İsayev bildirib ki, dəfələrlə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib: "Sosial yardım istəmişəm. Lakin ƏSMM-in işçisi Sənan Feyzullayev dövlətin nəzərdə tutduğu yardımı almağima problem yaradır. Deyir, sənin pay torpağın var, yoldaşının ayağında pay torpağı yoxdu, ya onun da ayağına torpaq keçirt, ya da işə düzəlt və 3 ay işləməsi barədə arayış gətir. Deyirəm, iş yeri olsa, özüm işləyərəm dəə, heç dövlətin verdiyi dilənçi payına da möhtac olmaram. Bir sözlə, haqqımı əlimdən alır. Amma elə vətəndaşlara yardım yazdırır ki, işi, imkanı, təsərrüfatı, evdə pensiya alanları var. Hətta, bəzi kəndlilərin adını ÜSY alanların siyahısında Ağsu sakini kimi göstərir ki, tanınmasın, yardım ala bilməyənlər narazılıq etməsinlər, bir kənddən yardım alanların sayı çox görünməsin. Elələri də var ki, Bakıda, Sumqayıtda yaşayır, kəndlə heç bir əlaqəsi yoxdu, amma Sənan onları kənd sakini göstərib, adlarına sosial yardım yazır. Hamı bilir ki, ƏSMM-də işləyənlər öz "paylarını” götürməsələr, heç kimə yardım düzəltmirlər. Deyilənlərə görə, müddət bir il olanda 4 ayın, 2 illik olandan sonra isə 6 ayın pulunu mənimsəyirlər. Odur ki, tez-tez bahalı maşınlarını dəyişməyə imkanları çatır. Sənan və həmkarları Ağsuda neçə nəfər yardım almaq istəyənlərə maşınlarını satdırdılar, yaxud uzun illik etibarnamələrini ləğv etdirdilər ki, guya onlara sosial yardım düzəldəcəklər, amma həmin adamlar "Əli aşından da oldular, Vəli aşından da”.
Sənankimilər rayonda camaatı incitməkdən həzz alırlar, prezident də elə bilir ki, yerlərdə məmurlar onunun sərəncamlarına, göstərişlərinə əməl edir, işsiz əhalini işlə, sosial müavinətlərlə təmin edirlər. Mən demirəm kimlərsə niyə sosial yardım alırlar, deyirəm ki, niyə mənim kimi heç bir yerdən gəliri olmayan vətəndaşlara haqqımız ola-ola yardım verilmir?! Ya iş yerləri olmalıdı, ya da dövlət digər yollarla vətəndaşlarına sahib cıxmalıdı. Əksər evlərdə sabahın əsgərləri boyüyür, vəziyyəti özləri görürlər, onlara hansı dillə, hansı sözlərlə vətənpərvərlik ruhu aşılayaq?! Necə deyək ki, bu ölkə, bu dövlət hamımızındı, xalqındı, axı onlar da görüb, başa düşürlər ki, bir kənddə, bir rayonda, ümumiyyətlə, bu ölkədə ancaq vəzifədə olanlar insan kimi dolanırlar!..
Artıq bir həftədir işığımı da kəsiblər, çünki pulunu ödəyə bilmirəm. 21-ci əsr Azərbaycanında, neft-qaz-işıq ölkəsində ailəm qaranlıqda yaşamağa məhkum edilib. Zindan bundan yaxşıdı, heç olmasa orda işıq var. Mətbuat vasitəsilə xarici ölkə səfirliklərindən sığınacaq istəyirəm, bu da alınmasa, gərək mən də adımı intiharçılar siyahısına salım”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|