Əgər nazir bunlardan xəbərsizdirsə... - «Azərpoçt»da büdcə talanı
Tarix: 3-05-2016, 09:09 | Çap et
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, ona tabe olan qurumlarda aparılan həbslər hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Daha doğrusu, vətəndaşların yetərli hissəsi həbs olunan şəxslərin dövlət büdcəsinə vurduqları yüz milyonluq ziyana görə heyrətə gəlirlər. Bildiyiniz kimi, bu sahədə aparılan həbslər «Azərpoçt» MMC-dən də yan keçmədi. Qurumun direktoru Qəmbər Bəybalayev həbs olundu. Lakin buna baxmayaraq, «Azərpoçt»da işlər hələ də qaydasına düşmək bilmir. Gundelik-baku.com-a daxil olan məlumatlarda deyilir ki, MMC-də baş direktor müavini vəzifəsini tutan Sübhan Kazımovun imza atdığı qeyri-qanuni işlər cəmiyyətin fəaliyyətinə mənfi təsirini göstərməkdədir. Qeyd edək ki, bu şəxs 2004-cü ildən baş direktorun müavini işləyir və ötən illər ərzində adı çoxsaylı korrupsiya olaylarında hallandırılıb. Məlumata görə, «Azərpoçt»də həyata keçirilən bütün xoşagəlməz işlərin əsas səbəbkarı məhz Sübhan Kazımovdur. İddialara əsasən, o bir müddət əvvəl «Azərpoçt»a məxsus olan avtobazanın 3 hektarlıq ərazisini satıb: «Montində, BTİ-yə yaxın yerdə yerləşən həmin ərazi özəlləşdirilib, daha sonra isə onun yerində bina inşa edilib. Bundan başqa, «Azərpoçt»un təkcə Bakıda 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Hər axşam saatlarında isə inkassator maşınları şöbələrdə toplanılmış məktub, sənəd və pulları toplayaraq onu Baş İdarəyə gətirir. Avtobaza satıldıqdan sonra inkassator maşınlarını şəhərin istənilən küçəsində gecə yarısı saxlanılmış vəziyyətdə görmək olar. Bu hal məhəllələrə də aiddir. «Azərpoçt»un həmin maşınları işdən sonra park etmək üçün yeri yoxdur. Sübhan Kazımov Avtobazanın ərazisini satmasaydı, həmin maşınları orada park etmək olardı. Əsasnaməyə görə, inkassator maşınları xüsusi təyinatlı olduqlarından onların ümumiyyətlə, nəzarətsiz ərazidə saxlanılması qadağandır». Araşdırmalar nəticəsində öyrəndik ki, Sübhan Kazımov bir neçə il əvvəl poçt şöbələrinin ərazilərini özəlləşdirməyə başlayıb: «Bunu belə əsaslandırıblar ki, işçilərin evi yoxdur və həmin şöbələrin ərazilərinin bir qismini mənzil kimi onlara verməklə, bu problemi həll etmək olar. Lakin bütün bunların hamısı bəhanədir. Ona görə ki, sovet dövründən «Azərpoçt»un balansında olan iri şöbələrin hamısı özəlləşdirilib və ərazisi də işçilərə deyil, market açanlara icarəyə verilib. Həmin poçt şöəbələrindən biri 118 saylıdır. Ümumi ərazisi 500 kvadrat metr olan bu şöbə 8-ci km qəsəbəsində, Laçın Ticarət Mərkəzi ilə üz-üzə yerləşirdi. Lakin «Azərpoçt» rəhbərliyi həmin şöbənin ərazisini özəlləşdirərək, onun cəmi 40 kv.m-ni əlində saxlayıb. Yerdə qalan 460 kv. m-i isə satıblar. Hazırda onun yerində «İdeal» mebel salonu yerləşir. MMC-də Sübhan Kazımovun sözünün qabağında söz deyən adam yoxdur. O kiməsə güvənərək istədiyi şəkildə hərəkət edir». Başqa bir məlumata görə, «Azərpoçt»da fəxri adlar Sübhan Kazımovun razılığı və Sevil Nəsirovanın rəyi əsasında verilir: «Fəxri adlar iş qabiliyyətinə görə yox, şəxsi maraqlar naminə verilib. Sevil Nəsirova «Azərpoçt»u kommunal təsərrüfat idarəsinə döndərib. Baş direktorun müavini ona geniş səlahiyyətlər verib». Növbəti yazımızda Biləcəri qəsəbəsində yerləşən 125 və 147 saylı Poçt Şöbələrinin kimə və necə satılması, «Azərpoçt»un 2 və 70 saylı poçt filiallarının tikintisinə ayrılan vəsaitlərin mənimsənilməsi, baş direktor müavininin nəyə görə məsuliyyətə cəlb olunmaması və Sübhan Kazımovun topdağıtmaz varidatı haqda şok məlumatları açıqlayacağıq. Bizi izləyin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
|