Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                 

Əbülfəz Qarayevin hamını dəhşətə gətirən qərarı - 50 min manat rüşvəti kim alıb?
Tarix: 21-05-2016, 09:40 | Çap et
Əbülfəz Qarayevin hamını dəhşətə gətirən qərarı
Hurriyyet.org saytı və “Hürriyyət” qəzetinin ötən saylarında Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan, Bakı şəhərində yerləşən 30 saylı musiqi məktəbində baş verən qanun pozuntuları, məktəbin sabiq direktoru Eldar Bağırovun və direktor müavini Bətulə Məmmədovanın dərs cədvəllərinə “ölü canların” adını qeyd edərək onların adına yazdıqları maşşları mənimsənilməsi ilə bağlı yazı dərc etmişdik. Həmin yazılarda qeyd olunurdu ki, direktor və direktor müavini dövlətə milyonlarla manat ziyan vurmaqla, küllü miqdarda vəsaiti mənimsəmişlər.
Mədəniyyət və Turizm Nazirliyi baş verənlərdən xəbərdar olandan sonra qeyd olunan faktların ictimailəşməməsi üçün məktəbin direktoru Eldar Bağırovu vəzifəsindən azad etmişdi. Lakin ciddi qanun pozuntuları və korrupsiya hallarının olmasına baxmayaraq, direktora ayrı cəza tətbiq edilməmiş, hər iki şəxsə - Eldar Bağırov və direktor müavini Bətulə Məmmədovaya mənimsədikləri dövlət vəsaitlərinə görə “nuş olsun” deyilmişdi.
Biz Hurriyyet.org olaraq məsələni araşdırmağımızı və Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin baş verən olayla bağlı məlumatsız olduğunu və ya aldadıldığını düşünmüşdük. Odur ki, saytda və qəzetdə faktları dərc etdikdən sonra cənab nazirin ciddi reasiyasını gözləyirdik. Ən azından rəhbəri olduğu sahənin tabeçiliyində olan bir məktəbin direktor və direktor müavininin bu qədər saxtakarlıqlara imza atmalarının cinayət tərkibli əməl olduğunu bilən Əbülfəz müəllim, baş verənlər nəticəsində ortaya çıxan faktların baş prokurorluğa göndərilməsinə tapşırıq verməli idi. Amma Əbülfəz müəllimin qəbul etdiyi qərar həm bizi, həm də nazirliyin özünə və qanunlarımıza hörmət edən çöxsaylı kollektivini, eləcə də 30 saylı müsiqi məktəbində baş verənlərin şahidi olan insanları şoka saldı. Bu məsələyə və nazirin hamını şoka salan qərarına keçməzdən öncə, mükafatlandırılan Bətulə Məmmədovanın hansı qanunsuz əməlləri törətdiyinə və sabiq direktorla əlbir olaraq yuz minlərlə dövlət vəsaitini necə mənimsədiyinə bir daha diqqət edək:
Araşdırmalar nəticəsində məlum olmuşdu ki, Xətai rayon 30 saylı musiqi məktəbində sabiq direktor Eldar Bağırov, məktəbin direktor müavini Bətulə Məmmədova ilə əlbir olaraq, illik dərs cədvəllərində 9 nəfərin adını qeyd etməklə, onlara ən yüksək dərs saatları yazmışlar. Həmin dərs saatları yazılan şəxsləri illərlə məktəbin müəllim kollektivində tanıyan olmayıb. Hətta onların içində bir neçəsi “ölü canlar” olmaqla dünyasını dəyişmiş şəxslərdir. Direktor Eldar Bağırovun və məktəbin tədris işləri üzrə direktor müavini Bətulə Məmmədovanın tərtib və təsdiq etdikləri rəsmi sənədlərdə adları qeyd olunanların hər ay maaşları da adıçəkilən şəxslər tərəfindən mənimsənilib. Məktəbin dərs cədvəllərində və digər rəsmi sənədlərdə, eləcə də əmrlərdə adları keçən ölü canların adları və dərs saatları aşağıdakı kimi qeyd olunur:
1. İsbatova Natəvan Eldar – Fortepiano müəlliməsi – həftədə 34 saat dərs
2. Ələkbərova Gülüşən Firuddin – solfecio, Üm. Mus. ədəbiyyatı – 12 (5+5)
3. Cəfərzadə Jalə Hüseynağa – Fortepiano – 14 + 3 saat
4. Əliyeva Yeganə Davud – Fortepiano – 32 saat
5. Məmmədzadə Zümrüd Mahir – Solfecio, Üm.Mus.ədəbiyyatı – 10,5 (7+7)
30 saylı musiqi məktəbinin direktoru və direktor müavinin hər ay üzrə hər “ölü can”a yazdıqları dərs saatlarını hesablayanda, bu, yüzdən artıq saat edir. Adları qeyd olunanlara görə apardığımız hesablama göstərir ki, Eldar Bağırov və məktəbdə direktor müavini kimi fəaliyyətini davam etdirmiş Bətulə Məmmədova dövlətə küllü-miqdarda ziyan vurublar. Sənədlərdə saxtakarlıq etməklə “ölü can”ların aylıq əmək haqqlarına sahib çıxan bu şəxslərin hər biri ildə 200 min manata yaxın dövlət vəsaitini mənimsəmişlər. Nəzərə alsaq ki, məktəbin dərs cədvəllərində 3 ildən artıqdır ki, “ölü canlar”ın adları qeyd olunur, onda direktor və direktor müavininin dövlətə qarşı dələduzluğu daha ağır ziyanlarla ölçülməlidir. Bundan başqa qeyd edim ki, 9 müəllim “ölü canlar”la yanaşı, məktəbin dərs cədvəllərinə 146 nəfərin adı qanunsuz salınıb. Həmin 146 nəfər şagird kimi sənədləşdirilib. Nəticədə 9 “ÖLÜ CANLAR”a həmin adı olub, özü olmayan şagirdlər hesabına çoxlu dərs saatları yazılıb.
Ölkə mediasında qeyd olunanlar ictimailəşəndən sonra məktəbin direktoru Eldar Bağırov ötən ilin sentyabr ayından dekabr ayının sonuna qədər bülletenə göndərildi. Dekabr ayında isə vəzifəsindən kənarlaşdırıldıqdan sonra, onu əvəz edən Bətulə Məmmədova eyni qayda ilə dövlət vəsaitini mənimsəyib. Amma bu dəfə şəriki olmadan daha çox qazanan Bətulə xanımın əməllərinə hüquqi qiymət verilməmişdir.Əbülfəz Qarayevin hamını dəhşətə gətirən qərarı
Maraqlıdır ki, Mədəniyyət və Turizm Nazirliyi 30 saylı musiqi məktəıbində baş verən qanun pozuntularının aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirsə də məktəbin tədris işləri üzrə direktor müavini, saxtakarlıqlara birbaşa imza ataraq dövlətin küllü-miqdarda vəsaitini mənimsəyən Bətulə Məmmədova cəzasız qalıb. Hətta Bətulə Məmmədovaya yeni səlahiyyətlər də verilmiş, nəticədə məktəbdə hamı bir şəxsin hədələri ilə üzləşmək zorunda qalmışdı.
Yazıda qeyd olunanlarla bağlı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalovla əlaqə saxlamağa çalışmışdıq. Vuqar müəllimin tapşırığı ilə sorğularımıza idarənin məsul işçilərindən olan Arzu xanım cavab verdi. Arzu xanım yazılanlardan xəbərdar olduğunu və yazıda qeyd olunan nöqsanların aradan qaldırıldığını bildirmişdi: “Hurriyyet.org saytında və qəzetinizdə qeyd olunan faktlar və 30 saylı musiqi məktəbində bəzi şəxslərin adlarına ölü canlar olaraq dərs cədvəllərində dərs saatlarının yazılması, bunun nəticəsi olaraq əmək haqqlarının mənimsənilməsi kimi hallar aradan qaldırılıb. Həmin şəxslərin adları dərs cədvəllərindən çıxarılıb və lazımi tədbirlər görülüb. Məktəbə yeni direktor təyin olunub və onun tərəfindən qanunsuzluqlar aradan qaldırılıb. Cənab nazirin tapşırığı ilə məktəbin iş rejimi qanunun tələbləri ilə tənzimlənməkdədir”.
Arzu xanıma “bəs sabiq direktorla qanunsuzluqlarda şərik olan, dövlətə küllü-miqdarda ziyan vuran, öz imzası ilə ölü canların da bulunduğu dərs cədvəllərini təsdiq edən və buna görə məsuliyyət daşıyan 30 saylı musiqi məktəbinin direktor müavini Bətulə Məmmədova niyə qanunun tələblərinə əsasən cəzalandırılmır?” – deyə sormuşduq. O, “mən bu barədə bir söz deyə bilmirəm, yazmısınız, yəqin tədbir görərlər” – deməklə kifayətlənmişdi.
Arzu xanımın və cənab nazirin diqqətinə çatdıraq ki, son günlər belə, yeni təyin olunmuş direktor məktəbin dərs cədvəllərində yeni ölü canlar aşkar etməkdədir. Bir məktəbdə 9 müəllim və 146 şagirdin ölü can olaraq adlarının dərs cədvəllərinə salınması və onların aşkar edilməsi 30 saylı tədris ocağında baş verənlərin nə qədər ağır cinayət tərkibli əməl olduğuna işarədir.
Bütün bu kimi faktların baş verməsi və cinayət tərkibli əməllərə imza atan 30 saylı məktəbin direktor müavini Bətulə Məmməmmədovanın cəzalandırılması və qanunla həbs olunacağını gözləyənlər bir neçə gün öncə dəhşətli xəbər aldılar. Belə ki, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin tapşırırğı ilə və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalovun əmri ilə Bətulə Məmmədova 25 saylı müsiqi məktəbinə direktor müavini təyin olundu.
Xatırladım ki, 25 saylı müsiqi məktəbi 11 illk olmaqla 30 saylı müsiqi məktəbindən daha çox şagird sayına malik və böyük məktəb sayılır. Çünki 30 saylı müsiqi məktəbi 7 illik məktəbdir.
Bu qəbul edilən qərar bir sıra suallar ortaya qoyur. Görəsən, Əbülfəz Qararyev bu qərardan xəbərsizdir? Dövlətin qanunlarını kobud şəkildə pozaraq ona yüz minlərlə ziyan vurub, sənədləri saxtalaşdıran Eldar və Bətulə “cütlüyünü” ölkənin maraqlarından və rəhbəri olduğu nazirliyin qaydaları və öhdəliklərindən üstün tutmaq kimə lazım? Bir nazirliyin bu cür şəxsləri qoruması dövlətə və onun dəyərlərinə xəyanət deyilmi?
Əbülfəz Qarayevin hamını dəhşətə gətirən qərarıBu suallara bizim cavab verməyimiz çətinlik yaradır. Çünki dövlətin qanunlarına, ölkə başçısının tapşırıq və qərarlarına hörmətsizlik edən bir nazirin Bətulə Məmmədova kimilərini mükafatlandırmasına ad qoya bilmirik. Hətta prezident İlham Əliyevin qəbul etdiyi qərarları belə Bətulə Məmmədovadan aşağı tutan və belələrinə qurban edən Əbülfəz Qarayevin bu suallara aydınlıq gətirmək istəyəcəyinə də inanmırıq. Əgər Eldar Bağırov və Bətulə Məmmədova dövlətin qanunlarını saymayaraq ondan yuz minlərlə vəsaiti oğurlayırsa və mükafatlandırılırsa, onda nazirin və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalovun bu yeyintilərdə payı olduğuna şübhə qalmır. Bu faktı təsdiq edən məqamlardan biri də Bətulə Məmmədovanin 30 saylı müsiqi məktəbində hamını hədələyərkən səsləndirdiyi fikirlərdir. Bu şəxs, haqqında gedən yazılara belə reaksiya vermişdi: “Kim nə yazır yazsın, 50 min manat vermişəm və bu yaxında direktor olacağam”.
Görünən o ki, Bətulə Məmmədova yalan demirdi. Onun həqiqətən direktor olacağına şübhə qalmır. Çünki 50 min manatı alanlar onu direktor təyin etmək üçün ilk qərarlarını veriblər. Lakin 50 min manatın kim tərəfindən alındığını aydınlaşdırmaqda bir az çətinlik çəkirik. Burda, yəni qəbul olunan qərarda iki şəxsin razılığını nəzərə alsaq, alınan rüşvətin də bu şəxslər arasında bölündüyünü söyləmək olar. Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalovun Bətulə Məmmədovanı direktor müavini təyin etdirməsi üçün verdiyi əmr göstərir ki, o kirli puldan bu şəxsin payına da müəyyən hissə düşüb. Əks təqdirdə bu qədər cinayət faktlarının baş verməsinə göz yummaq mümkün deyildi.
Biz apardığımız araşdırmalar nəticəsində daha bir faktla üzləşdik. Bətulə Məmmədovanı himayə edənlərdən biri də millət vəkili Hüseynbala Mirələmovun olduğu qeyd olunmaqdadır. Mənbənin bildirdiyinə görə, Bətulə Məmmədovanın deputatın katibəsi Jeganə xanımla yaxın münasibəti var. Bu faktı hazırda araşdırdığımız üçün növbəti yazımızda ətraflı məlumat verəcəyik. Hazırda bizi düşündürən faktlardan biri də Vüqar Zeynalovun rəhbəri olduğu sahədə bu kimi faktların genişlənməsidir. Bu şəxsin bətulələri qorumaq və mükafatlandırmaq üçün göstərdiyi çabanın arxasında hansı maraqların durduğu növbəti yazımızın əsas məqsədi sayılır.
Mövzuya qayıdacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru