Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində nə baş verir? - Maxinasiya ittihamı...
Tarix: 18-06-2016, 12:45 | Çap et
Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (STİHİRK) yarıtmaz fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmaqdadır. İddialara görə, bu gün bütün ölkədə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı tərəfindən hansısa bir hüququ müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq çox çətin məsələdir. Mövzuya dair qəzetimizin ötən saylarında dərc etdiyimiz yazılarda da biz dəfələrlə vurğulamışıq ki, bu gün ölkədə fəaliyət göstərən müxtəlif həmkarlar təşkilatları, əslində təmsil etdikləri sahələrdə çalışan insanların deyil, bilavasitə həmkarlar iyerarxiyasının üst pillələrində duran şəxslərin mənafeylərinə xidmət edirlər. O cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda STİHİRK-nin sədri Akif Məmmədovun da fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapır. Qeyd edək ki, Akif Məmmədov 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmışdır. 1975-ci ildə Bakı Kanalizasiya İdarəsində texnik kimi işə başlamış, 2006-cı ilədək həmin idarədə mühəndis, iş icraçısı, baş mühəndis və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilmişdir. 2012-ci ildə həmin vəzifəyə təkrar seçilmişdir. AHİK Məclisi və İcraiyyə Komitəsinin üzvüdür. Göründüyü kimi, Akif Məmmədovun “həmkarların iyerarxik nərdivanında” tutsuğu pillələr heç də əhəmiyyətsiz deyil. Mənbələr isə iddia edirlər ki, bu məmurun (bəlkə artıq “ictimai məmur” kimi bir anlayışın da dövriyyəyə daxil edilməsinin vaxtıdır?) məhz həmkarlar strukturlarında əldə etdiyi var-dövləti də, tutduğu vəzifəyə tamamilə uyğun gəlir. Bildirilir ki, Akif Məmmədov həyata keçirdiyi müxtəlif maxinasiyaların sayəsində hazırda kifayət qədər zəngin bir insana çevrilmişdir. Bu maxinasiyalar isə, ilk növbədə təbii ki, ətrafında 70-dən çox təşkilatda 10 000 nəfər üzvün birləşdiyi Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin vəsaitlərinin mənimsənilməsi məqsədinə xidmət edir. Təəssüflər olsun ki, STİHİRK-nin xəttilə Akif Məmmədov kimi bir çox “həmkarlar fəalları” milyonlar qazansalar da, qurum hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. İttifaqın sədri Akif Məmmədovdan isə, müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri məbləğ yüz min manatdan artıq hesablanır. Bir il ərzində isə, bu vəsait bir milyon manatı keçir. Lakin bu gün yığılan bu böyük məbləğdə vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara sıravi işçilər müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqları da həmkarlar rəhbərlərinin, o cümlədən Akif Məmmədovun mənafeyinə xidmət edir. Eyni zamanda da bizimdovr.az-a daxil olan məlumatlarda birmənalı olaraq vurğulanır ki, bu STİHİRK-nin sədri ittifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır...
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|