Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                 

Başçı və komandası saxtakarlıqla məşğuldur - Gədəbəydə narazılıq...
Tarix: 30-06-2016, 09:27 | Çap et
Başçı və komandası saxtakarlıqla məşğuldur
Ölkəmizin qərb zonasında yerləşən rayonlar içərisində Gədəbəyin adı çəkiləndə, hər kəsin nəzərində bir anlığa olsa belə, Azərbaycan aliminin, ziyalısının, elm xadimlərinin, tanınmış simalarının, bir sözlə nüfuzlu ictimai-siyasi xadimlərinin və s. doğulub boya-başa çatdığı bir ərazi olaraq canlanır. Biz bunu sözgəlişi demirik, əsl həqiqət olduğu üçün çoxsaylı oxucularımızın da diqqətinə çatdırırıq. Baxmayaraq ki, təqribən dörd il bundan əvvəl Gədəbəy rayon rəhbərliyinə təyinat alan cənab Ramiz Yediyarov, bir müddət bundan əvvəl çoxsaylı sahibkarların problemlərini həll etmək əvəzinə, gədəbəyliləri “dilənçi” adlandırmaqdan da belə ehtiyat etməyib. Belə bir fikri səsləndirərkən o, unudub ki, Gədəbəyin adı yaxın-uzaq tariximizdə hər zaman qəhrəmanlıq diyarı olaraq yada salınıb, fəxr ediləsi bir ərazi olaraq xatırlanıb. Belə bir səbəblər üzündən də, istər Gədəbəy rayonu, istərsə də gədəbəylilər barəsində bu cür əsası olmayan yanaşmanın ortaya qoyulması, heç cür yolverilməz haldır. Əslində belə bir fikrin səslənməsi istənilən şəxs üçün, xüsusilə də icra başçısı vəzifəsini daşıyan Ramiz Yediyarov üçün, olduqca ucuz yanaşmadan başqa bir şey deyil. Çünki hər hansı bir şəxsin dar düşüncəsi ilə, dilənçi adını gədəbəylilərə şamil etmək olmaz. Bəli, bu gün Gədəbəyi ağuşuna alan, çoxsaylı sosial problemlər məngənəsində boğulan bu rayon haqqında saatlarla, günlərlə, hətta həftələrlə yazsaq da, heç də bütün problemlərin varlığını əhatə edə bilmərik. Adicə bir məqama diqqət yetirək. Bir neçə il bundan əvvəl Kamran Rzazadənin icra başçısı olduğu Gədəbəydə neçə nəfər şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu, bəs bu gün neçə nəfər məşğul olur? Belə bir statistikanın fərqi, əslində çox şeyləri izah etməyə əsaslar verir. Çünki, sahibkar nə qədər çox olarsa bir o qədər də ucuzluq olar, əhalinin maddi ehtiyacları və.s-də, bir o qədər çox ödənilər. Ən əsası, büdcəyə daxil olmaların həcmi də çoxalar. Bəs bu gün nələr baş verir? Kamran Rzazadənin icra başçısı olduğu illərdən fərqli olaraq, Gədəbəydə iş qurmaq istəyən, işsizliyin qarşısını almaq istəyən çoxsaylı sahibkarlar gözümçıxdıya salınır, daha çox onlar rayonu tərk etməyə məcbur edilirlər. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibinə müvafiq tapşırıqlarını verir ki, “yerli vəzifə sahibləri sahibkarlıqla bağlı problemlərə diqqətlə yanaşmalı, onlara lazımi şərait yaratmalı, hətta süni maneələri də aradan qaldırmağa birbaşa borcludurlar” deyə, müvafiq tapşırıqlarını verir. Belə bir tapşırıqların verilməsinə baxmayaraq, bəs bu gün Gədəbəydə nələr baş verir? Baş verən o oluR ki, gədəbəyli sahibkarlara məxsus obyektlər heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan tarmar edilir, son anda da onlara verilməli olan kompensasiyalar ödənilməyir. Yaşanan problemlərlə bağlı ünvanlanan müraciətlər isə, heç bir halda saya salınmayıb, hansısa bir sahibkara icra hakimiyyəti səlahiyyətlisinin imzası ilə əsaslandırıcı cavab da verilməyib. Bax budur Gədəbəydə yaşanan mənzərə, reallığı əks etdirən ab-hava və ən əsası Ramiz Yediyarovun tətbiq etdiyi idarəçiliyin mahiyyəti!. Belə olan halda tam əksəriyyət o düşüncəyə sahib olur ki, ölkə rəhbəri cənab İlham Əliyev Gədəbəydə bu cür idarəçilik tətbiq edən, çoxsaylı sahibkarlara problemlər yaradan, rayon ərazisində həddi-hüdudu bilinməyən sosial problemlərin tüğyan etməsinə səbəbkar olan rayon rəhbərliyini “yola salmalı” və o, ötən dörd il ərzində qol qoyduğu çoxsaylı qanunsuzluqlara görə də, qanun qarşısında cavab verməlidir. Çünki, ötən dörd il ərzində neçə-neçə sahibkarlar həm maddi, həm də mənəvi sarsıntılara məruz qalıblar. Belə sahibkarlardan biri də Əliyev Oqtay Qara oğlu olub ki, ona məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən 38,5kv.m-lik mağaza, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan darmadağın edilir. Hansı ki, o, şəxsi mülkiyyətində olan mağazasına dair, 08-avqust 2008-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri, Şəmkir rayon Ərazi İdarəsi rəisinin imzası ilə (reyestr №505013000395-06301) çıxarış da alıb. O, “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “mənə 09 dekabr 2014-cü ildə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı, memarlıq və tikinti şöbəsi rəhbərliyinin imzası ilə verilmiş № Ə-72 saylı cavab məktubunda da bildirilir ki, “Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən 38,5kv.m-lik mağaza sizin şəxsi mülkiyyətinizdədir”. Eyni zamanda həmin qurumdan verilən cavab məktubunda o da bildirilir ki, “Siz 16 mart 2011-ci il tarixdə şəxsi mülkiyyətinizdə olan mağazanı “Rabitəbank” ASC-yə girov qoyaraq 50000 min manat məbləğində kreditə pul da götürmüsünüz. Yəni, mağaza ekspert rəyi əsasında 50000 manat dəyərində qiymətləndirilmişdir”. Əsas da, “Rabitəbank”ın 22 sentyabr 2014-cü il tarixdə Gədəbəy rayon İH-nə göndərdiyi RB-02/PK-3025 saylı məktubu göstərilir. Elə ki, mən kreditə götürdüyüm pulu vaxtında ödəyə bilmədim, o halda bank tərəfi mənİ məhkəməyə verdi. Binəqədi rayon Məhkəməsinin 2(001)-824/2014 nömrəli 15 aprel 2014-cü il tarixli, Bakı Apelliyasiya Məhkəməsinin isə 2(103)-3900/14 nömrəli 05 oktyabr 2014-cü il tarixli qətnamələrinə əsasən, mağazamın boşaldılması və hərrac yolu ilə satılıb əldə olunan pulun kredit borcuna tutulması barədə qərar da çıxarılmışdır. Vəziyyətin belə bir həddə çatmasına səbəb, hələ Ramiz Yediyarovun 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini daşıyarkən mənimlə qərəzçilik aparması və tabeçiliyində olan əməkdaşlara göstəriş verərək, məni 2224,69 manat məbləğində cərimə etdirməsi də olmuşdur. Belə bir problemlə üz-üzə qaldığımdan məcbur olub, Vergilər Nazirliyinə davamlı şikayətlərimi ünvanladım. Bunula bağlı 29 oktyabr 2013-cü ildə qərar qəbul edilmiş və kameral vergi yoxlaması nəticəsində hesablanmış 2224,69 manat vergi məbləği də silinmişdir. Bütün bunlar bir sahibkar olaraq ümumi fəaliyyətimə əngəllər törətdiyindən, “Rabitəbank”a olan kredit borcumu vaxtında ödəyə bilmirdim. Bu gün isə vəziyyət tamamilə dəyişib. Çünki, şəxsi mülkiyyətimdə olan 38,5kv.m-lik mağazam 12 fevral 2015- ci il tarixdə heç bir məhkəmə qərarı olmadan darmadağın edildikdən sonra, bank tərəfi ikinci girovluqda olan mənzillə bağlı da məhkəməyə müraciət edir. Binəqədi rayon Məhkəməsinin çıxartdığı qərara əsasən, ikinci girovluqda olan mənzil hərraca çıxarılmalı və hərracdan əldə olunan pul vəsaiti də, kredit borcunun ödənilməsinə yönəldilməlidir. Bununla bağlı Binəqədi rayon İcra Şöbəsi 26 yanvar 2015-ci il tarixdə mənə № 095 saylı bildiriş məktubu da göndərir. Göndərilmiş məktubda bildirilir ki, “hərrac 27 fevral 2015-ci il tarixdə saat 11:00-da Bakı şəhəri M.Müşfiq küç-2A ünvanında keçiriləcək”. Hətta, hərraca çıxarılmış mənzillə bağlı “MARKET” qəzetinin 26.01-01.02 2015-ci il tarixli sayında elan da yerləşdirilir. Elə ki, dərc olunmuş elanla bağlı müştəri mənimlə əlaqə saxlayıb mağazamı almaq istədiyini bildirdi, o halda ona da çatdırdım ki, elan verilməsinə baxmayaraq, mağazam 12 fevral 2015-ci il tarixdə icra hakimiyyəti başçısının vermiş olduğu şifahi tapşırıq əsasında yerlə-yeksan edilib. Bu cür haqsızlıqlarla bağlı dəfələrlə Prezident Administrasiyasının rəsmisi Tağı Tağıyevin iki dəfə qəbulunda olsam da, Dövlət Təhlükəsizlik Xidməti İdarəsində etdiyim müraciətlə bağlı şəxsi işlərim götürülsə də, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Prezident Administrasiyası Dövlət Nəzarəti Şöbəsinin müdirinə, MM-in deputatına, PA-dan Gədəbəy rayonu üzrə təyin olunmuş səlahiyyətli şəxsə yazılı müraciətlərimi ünvanlasam da, şifahi telefon əlaqəsi saxlasam da, hələ də bir nəticə yoxdur. Təəssüf doğuran hal o olur ki, adı çəkilən qurumlara ünvanladığım müraciətlər tədbir görülməsi üçün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına göndərilsə də, icra hakimiyyətindən həmin qurumlara əsası olmayan cavablar göndərilir və beləliklə də üz-üzə qaldığım problemlər 15 aydan çoxdur ki, həllini tapmır. Diqqəti o hal da cəlb edir ki, hələ bir müddət bundan öncə Baş Prokurorluqda qəbulda olarkən, həmin qurumun rəsmi şəxslərindən biri ehyam vurdu ki, “sizin problemlərinizlə bağlı rəhbərlik də məlumatlıdır. Gədəbəy rayon rəhbərliyi Vergilər Nazirliyi ilə sıx təması olduğundan, onunla bağlı lazımi tədbirlər görülmür. Bu da problemlərinizin həll olunmamasına səbəb olur”. Bütün bunlar onu söyləməyə əsas verir ki, nə qədər ki, Ramiz Yediyarov icra başçısı vəzifəsini daşıyır, deməli Gədəbəydə sahibkarların problemləri problem olaraq qalacaq. Araşdırmamız davam edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru