Astarada vətəndaşın başına oyun açırlar... - ŞİKAYƏT VAR
Tarix: 7-09-2016, 09:27 | Çap et
Lənkərən şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq evinin məzunu Tural Abiyev dövlət tərəfindən ona verilən torpağına sahib çıxa bilmir. O, doğulduğu Astara rayonu ərazisində dövlətin ona verdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən satıldığını iddia edir. Bildirir ki, dəfələrlə gedib-gəlməsinə, müraciət etməsinə baxmayaraq, problem həllini tapmayıb: “Hələ mən körpə olanda valideynlərimi itirmişəm. Qohum-tanış aparıb məni Lənkərandakı uşaq evinə verib. 1994-2005-ci illərdə uşaq evində böyümüşəm. Elə orta təhsilimi də uşaq evində almışam. Dövlətin mənim kimi valideyin himayəsindən məhrum olmuş uşaqlara kömək etdiyini hamı bilir. Elə bu səbəbdən Astara Rayon İcra Hakimiyyətinin razılığı və göstərişi ilə mənə öz doğma Kakalos kəndimdə yaşayış evi tikdirmək üçün 6 sot torpaq sahəsi verildi. Ancaq bələdiyyə həmin torpağı mənə vermək istəmir. Plana düşdüyünü, ordan da mənə heç nə verilməyəcəyini deyir”. Tural Abiyev deyir ki, ona ayrılan torpağı adına tam sənədləşdirəndən sonra əraziyə hasar çəkib, ağac da əkib: “İmkanım olan kimi də kiçik bir ev tikdirmək arzusunda idim. Ancaq imkan vermədilər. Deyirlər, torpaq sahəsinin böyük hissəsi İpək yolunun inşa olunduğu əraziyə düşdüyü üçün orada ev tikdirmək olmaz. Dəfələrlə bələdiyyə sədri Bəhram Əliyevə müraciət etmişəm. O, torpaq sahəmə görə mənə bir qəpik də düşmədiyini deyir. Guya həmin torpaq sahəsi mənə qanunsuz verilib”. Tural Abiyev qarşılaşdığı problemlə bağlı Baş Prokurorluğa müraciət edib: “Bələdiyyə sədrinin məni aldadacağından ehtiyat edib müraciət etdim. Məni Astara rayon Prokurorluğuna dəvət edib ərizəmi qəbul etdilər. Həmin torpaq sahəsinin mənə məxsus olması barəsində əlimdə şəhadətnamə var. 6 sot torpaq sahəsinin kadastr planı da əlimdədir”. Astara rayon Kakalos kənd bələdiyyəsinin sədri Bəhram Əliyev vətəndaşın dediklərinin yalan olduğunu söyləyib. O, mediaya açıqlamasında bildirib ki, Tural Abiyev Bakıda yaşayır. Əgər kəndə köçmək fikri varsa, gəlib Kakalos kəndindəki ona məxsus torpaq sahəsində ev tikə bilər: “Əvvəlcə torpağın hər sotuna görə dövlətə 100 manat rüsumu ödəməklə. Həmin vəsait ödəndikdən sonra ev tikib, yaşaya bilər. Heç kim bunu ona qadağan etmir. Üstəlik, torpağı satmaqdan söhbət də gedə bilməz”. Tural Abiyev isə deyir ki, güzəştli vətəndaşlar kateqoriyasına aid olduğundan torpaqdan istifadə üçün dövlətə hər hansı bir vəsait ödəməli deyil. “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin (“İMSİ” GİB) sədri Araz Əhmədov afn.az-a məsələ ilə bağlı danışarkən bildirdi ki, Kakalos bələdiyyəsindən şikayət edən tək Tural deyil: “O kəndin başqa sakinləri də Bəhram Əliyevdən narazıdırlar”. A.Əhmədovun sözlərinə görə, təşkilat olaraq bir neçə il bundan əvvəl valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş 11 nəfər üçün “Valideyinini itirmiş və valideyin hüququndan məhrum olmuş gənclər üçün” Azərbaycan Respublikası qanununun 7 ci maddəsinə əsasən, fərdi yaşayış yeri tikmək üçün torpaq sahəsinin ayrılması məqsədilə müvafiq icra hakimiyyətlərinə müraciət ediblər: “Müraciətlərə əsasən, Astara rayonunda, Lənkəran şəhərində, Qusar rayonunda, Abşeron rayonunda, Sabunçu rayonu ərazilərində torpaq sahələri ayrıldı. Lazım olan sənədləşmə aparıldı və bu gənclər dövlət rüsumundan azad edildi. Bu gənclərdən biri də Abıyev Turaldır. İcra hakimiyyətinin köməyi ilə Astara rayonunun Kakalos kəndində ona 6 st torpaq sahəsi ayrıldı, Tural sənədləşməni hazırladı və torpağında meyvə ağacları belə əkdi. İki-üç il keçmiş Tural mənə müraciət edərək bildirdi ki, Kakalos kənd bələdiyyəsi ondan 600 manat rüsum istəyir. Mən ona bildirdim ki, bu mümkün deyil, çünki o, dövlət rüsumundan azad edilib və əgər bu dövlət rüsumudursa, bildiriş və çeki təqdim etsin, biz də nəticəyə əsasən addım atarıq. Lakin Kakalos kənd bələdiyyəsi tərəfindən rüsumla bağlı bildiriş və çek verilmədi”. A.Əhmədovun sözlərinə görə, gənclər üçün torpaq sahəsi ayrılan digər rayonlarda heç bir rüsum tələb olunmayıb və Kakalos kənd bələdiyyəsinin yaratdığı ptoblemlər yalnız öz əməllərini ört-basdır etməyə çalışmasından başqa bir şey deyil: “Tural bu torpaq sahəsini satmaq istəsəydi çoxdan satardı və həm də onun, ona dövlət tərəfindən verilmiş bu torpağı sataraq özünə istədiyi şəraiti qurmaq hüququ da var. Bir məlumatı da nəzərinizə çatdırım ki, bizdə olan məlumata görə, Turala verilmiş torpaq sahəsinin xeyli hissəsindən İpək Yolu keçdiyindən bu sahə üçün ödəniş olunub, amma bu ödənişdən Turalın xəbəri yoxdur. Biz torpaq sahəsinə baxmağa getdiyimiz zaman sahədə olan meyvə ağaclarının da çıxarıldığını gördük və çox maraqlıdır, əgər dövlət rüsumu 600 manat idisə niyə torpaq üçün ödənilən puldan 600 m çıxıb qalanı Turala verilmədi? Dövlət rüsumuna görə kimsəsiz gəncin torpağını bələdiyyə mənimsəməlidirmi? Belə bir iddia da irəli sürürlər ki,Turala torpaq sahəsi ev tikmək üçün verilub, ev tikmədiyindən əlindən alınıb. Qanuna əsasən, torpaq sahəsi verilən zaman ev tikmək üçün qaytarılmayan ssuda verilməlidir. Ssuda vermədiyindən Tural ev tikmək üçün işləyib pul yığırdı. Heç bir səbəb ola bilməz ki, dövlət tərəfindən kimsəsiz bir gəncə verilən torpaq sahəsi əlindən alınsın. Kakalos kənd bələdiyyə sədri Turalın kimsəsiz olmasını və qanunlardan baş çıxarmadığını fürsət bilərək 600 manatı əsas göstərib torpağı mənimsəyib”. Bələdiyyə sədrinin gətirdiyi əsaslardan biri də Tural Abıyevə Heydər Əliyev Fondu tərəfindən verilən sosial kirayədə olan mənzildir. Lakin A.Əhmədov bildirir ki, bu, bələdiyyə haqq qazandırmır: “Tural müvafiq orqanlara müraciət edib və bunun üzərindən Kakalos kənd bələdiyyəsi sədri bildirib ki, şikayət etdiyinə görə torpaq sahəsini ona verməyəcəm”. A.Əhmədov məsələ ilə bağlı 3 ay əvvəl Astara rayon prokurorluğuna müraciət etdiklərini deyir: “Bizə heç bir yazılı cavab verilməyib. Mən şifahi olaraq prokurorla danışdım, deyir bələdiyyədən soruşdum dedi ki, sənədlər Ədliyyə Nazirliyi tərəfindən ləğv edilib. Prokurorun diqqətinə çatdırdım ki, vəkillə şəxsən nazirlikdə olub sənədlərlə maraqlanmışıq, bizə deyiblər ki, hər şey qaydasındadır. Tələb etdim ki, bizə cavabı yazılı versin, ondan sonra müvafiq addımları atacağıq”. Yazıda adı keçən hər kəsin mövqeyini verməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|