Ermənilərin növbəti GÜNAH KEÇİSİ - Serjik Vigenin hesabına ayıbını örtmək istəyir
Tarix: 7-10-2016, 11:07 | Çap et
Uzun sürən tərəddüd və müzakirələrdən sonra Serj Sarkisyan müdafiə naziri vəzifəsinə nəhayət ki, namizəd tapa bildi. Heç kimin proqnoz və ehtimal etmədiyi halda bu posta hərbi sahədən tamamilə uzaq bir adam - Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyan təyin edildi. İdarəçilik sahəsində uzun illər çalışmış mülki şəxsin hərbi posta gətirilməsi həm ölkə daxilində, həm də Ermənistanla tərəfdaş olan ölkələrdə geniş müzakirələrə yol açıb.
V.Sarkisyanın keçdiyi yola və onun təyinatına nəzər salmaqla, bu qərarın ardınca hadisələrin hansı axarda cərəyan edəcəyini proqnoz etmək olar. Ehtimal etmək olar ki, bununla Sarkisyan aprel hadisələri zamanı yaşanan uğursuzluğu sabiq nazirin üstünə atmaq istəyib. Yəni baxın, mən ordunu bu şəxsə etibar etmişəm, bu da üzərinə qoyulan işin öhdəsindən gələ bilmədi.
41 yaşlı Vigen Sarkisyan 1996-cı ildə Sankt-Peterburqda Şimal-Qərb Mülki Xidmət Akademiyasını, 1997-ci ildə Yerevan Dövlət Universitetini bitirib və 1999-cu ildə beynəlxalq əlaqələr üzrə magistr adı alıb. 2000-ci ildə Fletcher Hüquq və Diplomatiya Məktəbini (Tufts və Harvard Universiteti) bitirib, hüquq və diplomatiya magistridir. 1995-1998-ci illərdə Ermənistan Milli Məclisi sədrinin köməkçisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə hərbi xidmətdə Ermənistan müdafiə nazirinin referenti olub. 2003-2009-cu illərdə Ermənistan prezidentinin köməkçisi, 2009-cu ildən 2011-ci ilədək - Prezident Aparatı rəhbərinin müavini vəzifələrində çalışıb. Son 5 il ərzində Vigen Sarkisyan Prezident Aparatına başçılıq edib.
Erməni ekspertlərin gəldiyi qənaət budur ki, ölkədə yeni baş nazir və "texnokrat” hökumətin təyinatı hakimiyyətin idarəçilik sistemində sistemli dəyişikliklərə getmək istəyindən xəbər verir. Bu nöqteyi-nəzərdən çıxış edilsə, Vigen Sarkisyan müdafiə naziri vəzifəsinə gətirilməsi anlaşılandır. Yəni bu şəxsin idarəetmə sahəsində çoxillik təcrübəyə malik olduğu əsas götürülüb. Hər üç prezidentin dövründə yüksək postlarda çalışıb. 2007-ci ildən Prezident Administrasiyasında, 2011-ci ildən isə onun rəhbəri vəzifəsindədir. Bütün bu illər ərzində işinin öhdəsindən uğurla gəldiyi vurğulanır. Bir növ hakimiyyətdə "boz kardinal” funksiyasını daşıyan V.Sarkisyan prezidentin ən mühüm tapşırıqlarını yerinə yetirib. Qondarma erməni soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlərə məsul da məhz o idi.
Qərb müşahidəçiləri hesab edir ki, aprel hadisələri zamanı erməni ordusunun yaşadığı uğursuzluqları ört-basdır etmək üçün prezident "günah keçisi” qismində Seyran Ohanyanı seçdi. Onun yerinə mülki şəxsi gətirməklə isə orduda ciddi islahatlar həyata keçirməyə çalışır. Yəqin ki, tezliklə orduda ciddi islahatlar keçiriləcək. Lakin burada belə bir sual ortaya çıxır. Hansı pul və resurslar hesabına? Rusiyanın verdiyi 200 milyon kredit hesabına birtəhər köhnə silahlar almaq, Rusiya hərbçilərinin iştirakı ilə parad şousu düzənləmək mümkün oldu. Lakin tək bununla müasir ordu qurmaq mümkün deyil. Əsgər və zabitlər aşağı əmək haqqı müqabilində güclü ordu quruculuğunda maraqlı ola bilməzlər. İstifadəsi mümkün olmayan "İsgəndər” raketlərini alıb onu nümayiş etdirməklə qüdrətli ordudan danışmaq olmaz.
Ölkənin dövlət borcu artıq 5,5 milyard dollara çatıb. Ermənistanın maliyyə naziri Vardan Aramyan etiraf edib ki, borcun gələcəkdə daha da artmaması üçün hökumət növbəti illərdə daha qənaətçil olmalıdır. O bildirib ki, dövlət büdcəsində xərclər gəlirlərdən çox olduğuna görə, hökumətin böyük borcu əmələ gəlib. Nazirliyin məlumatına görə, 2014-cü ilin sonunda dövlət borcu 4 milyard 441 milyon dollar idisə, bu il avqustun sonunda artıq 5 milyard 484 milyon dollara çatıb, yəni 1 il 8 ay ərzində 1 milyard dollardan da çox artıb.
Rəsmilərin sözlərinə görə, əhali bunun təsirini artıq gələn il hiss edəcək. Baş nazir Karen Karapetyan da gələn il xərclərin təxminən 200 milyon dollar azaldılacağını, vergi yığımının isə artırılacağını bildirib. Ermənistan hakimiyyəti əvvəlki illərdə bu borcların ölkə iqtisadiyyatının inkişafı üçün götürüldüyünü bildirsə də, yeni baş nazir Karen Karapetyan bu günlərdə parlamentdə çıxış edərkən ölkə iqtisadiyyatının çox ağır vəziyyətdə olduğunu deyib.
Və burda belə bir sual yaranır ki, Ermənistan vətəndaşlarının adından götürülmüş 3,5 milyard dollardan artıq borc hara sərf olunub. İqtisadçı Artak Manukyanın sözlərinə görə, götürülən kreditlər effektli olmayıb. O bildirib ki, 2019-cu ildə bu borcların ödənilməsinə çox böyük məbləğdə vəsait yönəltməli olacaqlar. Və əgər bu kreditlər iqtisadiyyatın inkişafına sərf olunmayıbsa, onda ciddi problemlər ortaya çıxacaq. Şübhəsiz ki, qənaət proqramı hərbi xərcləri də əhatə edəcək. Bu sarıdan da orduda köklü dəyişikliklər gözləmək yersizdir. Bundan əlavə, ordunun başlıca problemi əsgər ölümləridir. Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb. Rəsmi mənbələr 2015-ci ildə 3 qətl, 5 intihar hadisəsi qeydə alıbsa, bu ilin ilk 9 ayında qətllərin sayının 12-yə, intiharların isə 10-a çatdığı etiraf edilib. Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin məlumatına əsasən, cari ildə Ermənistan ordusunda 146 ölüm faktı qeydə alınıb: "Onların 77-si aprelin 1-5-i tarixləri arasında gedən döyüşlərə, 69 fakt isə bədbəxt hadisə, təbii fəlakət, qətl, intihar və atəşkəs rejiminin pozulmasına aiddir”. Ofisin hesabatına görə, ölüm hallarının 20-si Ermənistan, 126-sı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verib.
Yeri gəlmişkən, Vigen Sarkisyanı nazir təyin etməklə Sarskiyan həm də laxlayan mövqeyini möhkəmləndirməyə çalışır. Yeni nazir Rusiyanın adamıdır və erməni saytları da bu səbəbdən diqqəti əbəs yerə V.Sarskiyanın Sankt-Peterburqda təhsil almasına yönəltmirlər.
O ki qaldı keçmiş müdafiə naziri Seyran Ohanyana, onun müxalifətə keçəcəyi barədə məlumatlar dolaşır. Bu barədə Ermənistanın "Hraparak” qəzeti yazıb. Bildirilir ki, o, Prezident Aparatı rəhbərinin müavini Viktor Dallakyan tərəfindən yaradılması planlaşdırılan "Şrdjadarts” (Dönüş) partiyasının sədri olacaq. Hakim Respublika Partiyasında bunu mümkünsüz hesab etsələr də, S.Ohanyanın prezident Serj Sarkisyandan küsülü ayrıldığı deyilir. Şayiələrə görə, yeni partiya da Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək. \\ kaspi.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|