İbrahim Mehdiyev nəyə nail olmaq istəyir7 - ŞİKAYƏT VAR
Tarix: 10-10-2016, 10:02 | Çap et
“Sovetski” adlı ərazinin sökülmə prossesi başladığı gündən etibarən qalmaqallı oldu. Belə ki, ilk olaraq, orada yaşayan əhali evlərinin ucuz alınmasına qarşı çıxdı. Yasamal İcra Hakimiyyəti rəhbərliyinin məsələlərə düzgün yanaşmaması nəticəsində narazılıq ölkə rəhbərliyinin diqqətini cəlb etdi. Məsələyə şəxsən prezident İlham Əliyev qarışdı və heç bir sakinin narazı salınmaması ilə bağlı məmurlara xəbərdarlıq etdi.
Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun sözlərindən də görmək olur. Abid Şərifov “Sovetski”dən evlərini tərk etmək istəməyən vətəndaşların taleyinə də aydınlıq gətirib: “Çıxmaq istəmirlər yaşasınlar orada. Heç kim oradan zorla çıxarılmayacaq. Bundan söhbət belə gedə bilməz. Kim istəyir qalsın orada”.
Maraqlıdır ki, ölkə rəhbərliyi sakinlərin hüquqlarının pozulmamasını dəfələrlə bəyan etsə də, Yasamal rayon icra hakimiyyəti insanları incitməkdən, evlərini başlarına uçurmaqdan zövq alır.
Hazırda o ərazidə qalan az saylı yaşayış evlərindən biri Şükürov Vüqar İltifat oğludur. O, həmin ərazidə – Ə.Hüseynzadə 2 ünvanında yerləşən evin sahibidir. Doğulduğu gündən o evdə yaşayan Vüqar Şükürov hazırda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tərəfindən ölümlə təhdid edilməkdədir.
Yenicag.az-a müraciət edən vətəndaş bildirir ki, icra hakimiyyəti özlərinin təsdiq etdikləri məbləği ona verməmək və evini başına uçurmaq istəyirlər.
Vüqar Şükürov yaşadıqlarını belə izah edir:
“Bildiyiniz kimi, Bakının Sovetski adlanan ərazisində sökülmə və köçürülmə işləri həyata keçirilir. Mənim mənzilim də Əli bəy Hüseynzadə küçəsi ev 2-də, yəni həmin sökülən sahədə yerləşir. İcra hakimiyyətindən bildirişlə komissiya gələrək evimi ölçdülər və bildirdilər ki, buna görə nə qədər vəsait köçürəcəklərilə bağlı məlumat verəcəklər. Komissiyanın 15 nəfərlik üzvü gələrək evi ölçüb, şəkilini çəkiblər. Belə də mənə evimə görə, ayrılmalı olan məbləğ barədə qərar verirlər. Burada həmçinin göstərilirdi ki, 48 saat ərzində vaxtında buna razılıq verməsəm, onlar məni məhkəməyə verəcəklər. Mən də qapalı zərfdə təqdim edilən məbləği gördüm, evimin dəyərindən az olsa da, digər qonşular kimi, mən də bu məbləğ ilə razılaşdım”.
Vüqar Şükürov deyir ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamovun imzası ilə ona təqdim olunan sənəddə 435 min manat veriləcəyi bildirilib: “Ancaq daha sonra deyirlər ki, evin birinci mərtəbəsində yerləşən yerlə bağlı texniki səhvə yol veriblər. Belə çıxır ki, 15 nəfər texniki səhvə yol verib. Əslində isə qərarı verən həmin 15 nəfərin hamısı texniki səhv edə bilməz. İki ildir ki, mənə evimin pulunu vermirlər. Onlar mənə 435 min manat təklif edərkən, 1 ABŞ dollar 78 qəpik idi, bu gün isə 1 manat 60 qəpik. Manat iki dəfə devalvasiyaya uğrayıb, ancaq mən dövlətimizin iqtisadi problemlərini bildiyim üçün artıq pul da istəmirəm, özlərinin yazdığı rəqəmi tələb edirəm. Onlar isə israrla, 397 min manatdan artıq verməyəcəklərini bildirirlər. Almalı olduğum 38 min manatı nəyin əsasında kəsirlər? Halbuki “yalnış” dediklərində heç bir qanun pozuntusu yoxdur. Onlar sırf o pulu kəsmək üçün bildirirlər ki, orada qarajın var. Halbuki həmin yer evimin içidir, qaraj isə evdən kənarda olur. Evin qapısı genişdir, istəyərəm, maşın saxlayaram, fəqət bu oranın qaraj olması demək deyil. Həm də 15 nəfərlik komissiya gəlib, baxıb, tədqiq edib, qiymətləndirib. Bütün bunlar olarkən, həmin ərazi yada düşməyib, indi sırf o pulu mənimsəmək üçün deyirlər ki, texniki səhv olub. Əslində, burada texniki səhvlik heç nə yoxdur”.
Bu barədə Prezidentə və baş prokuror Zakir Qaralova teleqram vurduğunu bildirən vətəndaş deyir ki, Yasamal rayonunun rəhbərliyi heç bir dövlət qurumunu eşitmək istəmir: “Onlar nəinki öz mövelərində qalırlar. Hətta məni hədələyirlər ki, onlar ilə razılaşım. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev qoçu dəstəsi ilə üzərimə hücum çəkərək, qanunsuz olaraq, evimin balkonunu uçurdu və evdən çıxmayacağım təqdirdə, başıma uçuracağını bildirdi. Mən çox normal qaydada ona “prezident insanları incitməməyə çağırır, siz isə bizə zülm edirsiniz” dedikdə, kobud bir şəkildə heç kimi tanımadıqlarını və saymadıqlarını söylədilər. Dedim ki, razılaşmıram, verin məhkəməyə. Ancaq məhkəmənin qərarından sonra geri çəkilə bilərəm. Amma onlar da məhkəməyə vermək istəmirlər. Çünki məhkəmə olarsa, həmin sənədi göstərəcəyəm ki, 15 nəfərin hamısı birdən necə səhv edə bilər? Dövlət tərəfindən müəyyən edilmiş pulu özlərinə götürmək istəyirlər. Balkonumu sökəndə özümü traktorun altına atdım, üzərimə sürdülər və balkon üzərimə çökdü. Ani olaraq, qaçmasaydım, balkonun altında qalacaqdım. Sağ tərəfimə düşdüyü halda, oradakı icra hakimiyyəti rəsmilərinin ruhu da incimədi. Əvəzində isə icra başçısı məni və o mənzildə qeydiyyatda olan qardaşlarımı, ailə üzvlərimizi hədələyərək, çıxmamızı tələb etdi”.
Vətəndaş deyir ki, icra hakimiyyəti bir tərəfdən ona hədə-qorxu gəlir, digər tərəfdən tanımadığı adamları vasitəçi salaraq, V.Şükürovu razı salmağa çalışırlar: “Neçə dəfələrlə bəzi adamları göndəriblər ki, söhbət edək. Onlar da deyirlər ki, o puldan müəyyən qədər bizə ver, işini həll edək. Mən isə bunların heç biri ilə razılaşmadım. Çünki mən öz haqqımı tələb edirəm və qanunvericiliyə əsasən kimsə məni öz mülkümdən çıxara bilməz. Ancaq onlar biz yaşadığımız halda işığımızı, qazımızı və suyumuzu kəsərək, vətəndaşa zülm edir, zorla onların təklifinə boyun əyməyimizi istəyirlər”.
V.Şükürov bildirir ki, onun həyətinin sənədlərinin rəsmiləşdirməsinə də icra hakimiyyəti mane olur: “Mənim həyətin sənədləri sovet dövründə hazırlanan sənədlərdir. Onlar əsasında Dövlət Əmlak Komitəsindən yeni sənəd almaq istədikdə, bildirdilər ki, “bu sənədlər əsasında sizə asanlıqla torpağın şəhadətnaməsini verə bilərik, lakin İbrahim Mehdiyev zəng edərək, bu ərazidəki torpaqlara sənəd verilməməsini tələb edib. Gedin, probleminizi əvvəlcə Yasamal İcra Hakimiyyəti ilə çözün”.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün Yasamal rayon İcra Hakimiyyətinə zəng etsək də, ənənəvi olaraq, telefonlarımıza kimsə cavab vermədi.
Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|