"Bağdadın kor xəlifəsi"ndən geri qalmır... - Amma iş millətə gələndə...
Tarix: 27-10-2016, 09:27 | Çap et
Hadı Rəcəbli birinci, ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub. 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi işləyib. O dövrün tarixini bilənlər H.Rəcəblinin vəzifəsindən necə kənarlaşdırıldığını yaxşı xatırlayır.
Şəkidə katib və 20 il deputat
“Gündəm-xəbər”in verdiyi məlumata görə, bu 20 ildə deputat olan H.Rəcəbli nə lənkəranlı sakinlərin yanan barmağına su töküb, nə də rəhbəri olduğu komitə əhalinin sosial həyatında müsbətə doğru bir addım atıb. Əvəzində deputatın zaman-zaman insanları alçaldan, aşağılayan çıxışlarına rast gəlinib. Onun yersiz açıqlamaları, seçiciləri və vətəndaşları qıcıqlandıran aşağılayıcı təklifləri, ölkənin sosial problemlər girdabında boğulmasına baxmayaraq sosial siyasətlə bağlı bayağı fikirləri, qırmızı yalanları hakimiyyəti də narazı salıb. Daha bir açıqlamasını bir neçə gün qabaq verib. “Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu əlbəttə ki, mümkün deyil”. Bu sözləri deputat Hadı Rəcəbli deyib. Onun fikrincə, müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun təklifi mümkünsüzdür: “11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu gün hamımız deyək ki, maaşları 22 dəfə artırmaq lazımdır. Belə deyil axı. Bunun arxasında maliyyə, pul olmalıdır. Şəhidlərə 100 min manat versək, Qarabağ əlilləri deyəcək ki, onlara verirsinizsə, bizə niyə vermirsiniz? Müharibə zamanı adi şəraitdə ölən adama da gərək onun heç olmasa ən azı 50 faizini verək”.
Ailə biznesinin şok - siyahısı
“Gündəm-xəbər” “müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün" deyən Hadi Rəcəblinin ailə biznesini təqdim edir:
- Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.
- Lənkəranda yerləşən “Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
- - Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
- Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası.
Oğlanlarından biri Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir. Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur. Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir.
Şəhərdə məşhur klinikalardan birinin sahibidir. Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir. Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir. Və Hadı Rəcəbli hesab edir ki, vətən uğrunda şəhid olanlar ondan az qiymətləndirilməlidir. Yəni, Hadı Rəcəbli düşünür ki, onun təkcə Lənkəranda olan mülklərinin qiyməti milyonlarla olduğu halda, övladını, bəlkə də tək oğlunu itirən anaya 100 min manat çoxdur. Gündəmdə qalmağı özünə həyat tərzi seçən bu yoldaşa biri izah etsin ki, danışdıqca batır. Hələ bu sıraya artıq müflis elan edilmiş “Zaminbank”ı da əlavə etmək lazımdır.
Deputat oğlunun toyu “Gülüstan”da
“Varlıların toy etdiyi şadlıq evlərində bir nəfər üçün qiymət 100-150 manatdır. Orta aylıq əməkhaqqı ilə müqayisəli götürəndə bu qiymətlər dəhşətdir”. Yas və toy mərasimlərində yol verilən israfçılığın tənqid olunması təklif ilə hələ illər əvvəl çıxış edənlər olub. Onlardan biri, bəlkə də birincisi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblidir. Millət vəkili hələ bir neçə il əvvəl bu məsələni qabardaraq yas və toy mərasimlərinin tənzimlənməsinin vacibliyi fikrini önə çəkmişdi. Ancaq deputat etiraf eləmişdi ki, böyük oğlumun toyu “Gülüstan” sarayında olub. Hansı şəhid oğlu və ya orta statistik azərbaycanlı toyunu “Gülüstan” sarayında təşkil etməyə imkanı çatır?
Spikerə müraciət
Əldə etdiyimiz bilgiyə görə, deputatın son açıqlaması hiddət doğurub. Şəhid ailələri spiker Oqtay Əsədova və prezident İlham Əliyevə müraciət etməyi planlaşdırır. Artıq neçənci dəfədir ki, H.Rəcəbli insanların heysiyyatına toxunan çıxışlar edir. Qocaman deputat bundan əvvəl də aşağılayıcı tonda danışmışdı. Onun bu sözləri yuxarı dairələrdə də qəzəblə qarşılanır. Son xəbərə görə, şəhid ailələri prezidentə müraciətdə H.Rəcəbli barəsində ölçü götürülməsini xahiş edəcək. Onların özlərinə görə, şəhid ailəsinə 100 min verilməsi populizmdirsə, 100 min, 300 minə obyektlər, restoranlar açılması nədir bəs? Şəhid ailələri xatırladıblar ki, H.Rəcəblinin Lənkəranda hotelləri fəaliyyətdədir. Cənub şəhərində deputatın “Palıdlı sahil” istirahət mərkəzi, maliyyə rəisi olan qardaşı İqbal Rəcəbov tərəfindən idarə olunan “Mayak” hoteli xidmət göstərir. Tağı Əhmədov kimi 40 illik maaş? Onlarla dükanı, hektarlarla torpaq sahələri və s. mülkləri mövcuddur. Görəsən bu vəsaitlər populizmdən uzaq, Tağı Əhmədov kimi 40 illik maaş nəticəsində toplanıb? Şəhid ailələri qeyd edirlər ki, H.Rəcəbli çıxış edəndə burnundan uzağı görmür və yalan açıqlamalar verir. Şəhid ailələri prezidentə teleqram vuracaq. Onlar xahiş edəcək ki, qanunla biznes fəaliyyəti qadağan olunan millət vəkilinin ticarət obyektləri hüquqmühafizə orqanları tərəfindən təftiş olunsun. Ayda 2 min manat maaş alan deputat izah versin ki, yüz minlərlə vəsait xərclədiyi həmin məkanları hansı populizmdən uzaq büdcədən əldə edib. Hadı Rəcəbli növbəti parlament seçkilərində deputatlığa namizəd olmayacaq. Növbəti seçkilərə 4 il vaxt qalsa da, indidən lənkəranlı millət vəkilinin taleyi məlumdur. Ölkə rəhbərliyi artıq H.Rəcəblini deputat görmək istəmir və gələn seçkidə mandatsız qalacaq. Bu məsələdən H.Rəcəbli özü də agahdır və qərarı ciddi reaksiya ilə qarşılamayıb. Çünki yaş senzini və kifayət qədər deputat olduğunu özü də dərk edib. Sadəcə, 2015-ci il parlament seçkilərindən sonra nəzərinə çatdırılıb ki, bu onun sonuncu parlament fəaliyyəti olacaq. Bu qərarın erkən açıqlanmasının sirri isə ölkə rəhbərliyinin ondan narazı qalmasıdır.
Gah müəllimləri aşağılayır, gah şəhidləri...
Əslində, H.Rəcəblini 2015-ci ildə deputat seçmək planı olmayıb. Sadəcə, rəqiblərinin kimliyi bu qərarı verməyə məcbur edib. Çünki H.Rəcəblinin çıxışları hökuməti qane etmir. Ölkə rəhbərliyi hesab etmir ki deputatlar şablon çıxışlar etməli və ucuz şəkildə ölkədəki inkişafı təbliğat etməlidir. Əksinə, rəqəmlərin və faktların dili ilə danışmağa üstünlük verilir. Gah uşaq pulu barəsində dedikləri, gah müəllimlərə təhqiramiz fikirləri hakimiyyətin yuxarI eşelonunda pis qarşılanıb. Ümumiyyətlə, bu illərdə H.Rəcəbli nə deputat kimi hakimiyyətə fayda verib, nə də lənkəranlılara. Onun seçicilərlə seçkidən seçkiyə görüşləri olurdu ki son seçkidə bu da gözə dəymədi. Vətəndaşların şikayətləri isə H.Rəcəbliyə çatmır. Onun əsas diqqəti Lənkərandakı istirahət mərkəzləridir. Həmçinin, rayonda maliyyə idarəsinin rəisi olan qardaşı İqbal Rəcəbovun biznesini inkişaf etdirməyə dəstək verir. Amma bu faktları danan deputat boz şəkildə danışmaqdan çəkinmir.
Amma niyə H.Rəcəbli bu qədər faktların fonunda şəhid ailəsinə 100 mini çox görür. Guya ölkənin maliyyə imkanları azalıbmış. Bəs niyə məmurların və onların biznes obyektlərinin gəlirləri azalmayıb? Niyə onlara zərər dəyməyib? Ancaq şəhid ailəsinə çatanda ölkənin pulu olmur? Bu suallara deputat nə cavab verəcək ki?
Onun mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
|