“Ona yalvardım ki, ancaq 100 min dollar tapa bilmişəm” - İSTİNTAQ AKTINDAN
Tarix: 13-01-2017, 09:34 | Çap et
Maliyyə Nazirliyinin Şirvan rayon şöbəsinin sabiq rəisi Elşən Mədətovun 2007-ci ildə “Texnika Bank” ASC-nin “Bakı” filialına müqavilə bağlayaraq 12 faizlə 623 min avro əmanət qoyması onun üçün böyük bir bəlaya çevrilib. Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan şöbə rəisi Vüsal Ələkbərov ona hədə-qorxu gələrək yüzminlərlə dollar pulunu alıb.
“Qafqazinfo”nun ittiham aktından əldə etdiyi məlumata görə, E.Mədətov istintaqa verdiyi ifadəsində bildirib ki, 2008-ci ilin iyun-iyul aylarında bank tərəfindən qoyduğu əmanətlərə görə faizlərin verilməsi dayandırılıb: “Avqust ayında Fransaya istirahətə getdim, qayıdanda bildim ki, filial müdiri Zal Yusifov həbs edilib. Oktyabr ayında Vüsal Ələkbərov zəng edərək məni MTN-ə çağırdı. Səhəri gün getdim, 5 saat boş otaqda gözləyəndən sonra Vüsal Ələkbərov məni qəbul etdi. O, mənə “sən banka pul qoymusan, mütəşəkkil cinayət dəstəsinə qoşulub Zal Yusifovla bankı talamısız, ona görə də MTN-nin rəhbərliyinə 300 min dollar verməlisən, yoxsa səni də Zal Yusifovala eyni ittihamla tutacağıq” dedi. Cavab olaraq banka qanuni yollarla pul qoyduğumu deyəndə Vüsal “nə olsun ki, qanuni qaydada pul qoymusan. Banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu rəhbərliyin tapşırığıdır” deyib məni həbs edəcəkləri ilə hədələdi.
Mən də qorxub 100 min dollara razılıq verməsini xahiş etdim. Vüsal Ələkbərov otaqdan çıxıb Mövlam Şıxəliyevlə məsələhətləşdikdən sonra razılaşdıqlarını dedi. İfadə almadan məni buraxdı, pul toplamağa başladım. Özümdə 45 min dollar var idi, qardaşım Kamal Mədətovdan 50 min dollar, qaynatamdan 5 min dollar borc aldım. 15-20 gün sonra Vüsala zəng edib pulun hazır olduğunu dedim, məni MTN-ə çağırdı. Qaynım və sürücümlə birlikdə ora getdim, Vüsalına otağında 100 min dolları qoyduğum kağız zənbili ona verdim”.
E.Mədətov bir dəfəyə ödədiyi külli-miqdarda pulla belə canını qurtara bilməyib: “Bir neçə gün sonra Vüsal yenidən mənə zəng edib nazirliyə çağırdı. Mən ora çatanda o, girişin qarşısında “Toyota” markalı maşında oturmuşdu. Mən də onun maşınında oturdum. Vüsal dedi ki, “rəhbərlik deyir sənin pulunu qaytarım, çünki əleyhinə ifadə var. Zal və oğlu ifadə veriblər ki, sən bankı onlarla birgə talamısan”.
Bundan sonra məndən 300 min dollar verməli olduğumu dedi. Sonra da 15-20 gün vaxt verdiyini, bu məsələni başqa heç yerdə danışmamağımı, əks təqdirdə uşaqlarımı ilişdirəcəklərini dedi. Məcbur olub evdəki bütün qızılları satdım, dostumdan və qayınatamdan borc aldım. Pulu götürüb MTN-ə getdim. Vüsalın otağında ona yalvardım ki, ancaq 100 min dollar düzəldə bilmişəm.
Vüsal da rəhbərliyə məruzə edərək xəbər verəcəyini bildirdi, 1-2 gün sonra zəng edib “pulu tam çatdır, rəhbərlik razılaşmır” dedi, əlavə də 10 gün vaxt verdi. Yenə də dostum Qacarın başqa bir tanışından 20 min, yeznəm Nəsrəddin Sultanovdan 30 min dollar borc aldım. Vüsala zəng edib “cəmi 50 min toplaya bildim, daha heç yerdən pul tapa bilmirəm, istəyirsən məni tut, verdiyim pulları da qaytar, ya da 50 mini götür” dedim. Təqribən 1 saat sonra zəng edib “təbrik edirəm, rəhbərlik razılaşdı” dedi. Səhəri gün onunla görüşüb pulu verdim.
Bundan sonra Şirvan şəhərində yerləşən restoranı, Sabirabad rayonundakı dəyirmanı satıb borclarımı qaytardım”.
E.Mədətovun borc aldığı qardaşı Kamal Mədətov qeyd edilən hadisələr baş verən zaman da, hazırda da “Rabitə Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür. Ondan öncə isə “Bakcell”in Direktorlar Şurasının sədri olub. K.Mədətov da istintaqda dindirilib. O, qardaşının dedikləri ilə eyni məzmunlu ifadə verib və qardaşına 50 min dollar borc verdiyini təsdiqləyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|