Gürcü millətçilərinin hədəfində olan AZƏRBAYCAN - Hələ də yatırıq...
Tarix: 19-01-2017, 10:47 | Çap et
Gürcüstan və digər xristian ölkələrindən gələn missionerlər, Zaqatala rayonunun Əliabad qəsəbəsində zaman-zaman narazılıqlara yol açıblar. Onların xüsusilə cavan qəsəbə sakinləri arasında milli və dini zəmində ayrı-seçkilik təbliğatı aparmaları əhalinin narahatlığına səbəb olub.
Xatırlayırsınızsa, bir müddət əvvəl Əliabadda "Xristian-Baptist" dini icmasının qanunsuz təbliği ilə məşğul olan şəxslər tutularaq ölkədən deportasiya edilmişdilər. Onların məskunlaşdıqları mənzildə polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində küllü miqdarda qadağan olunmuş dini ədəbiyyat və video-kasetlər aşkarlanmışdı. Hələ sovet dövründə Gürcüstan rəsmiləri təhsil vermək adı ilə Əliabad gənclərini Tbilisidə yerləşən ali məktəblərə asan metodlarla qəbul edir, onlar arasında təbliğat aparırdılar ki, "siz zorla öz dinindən döndərilərək müsəlmanlaşdırılmış gürcülərsiniz və öz dininizə (xristianlığa) dönməli, gürcü dilində təhsil tələb etməlisiniz". Nəticədə bu kənddə xeyli gənc xristianlığı qəbul etdi və zaman-zaman yerli hakimiyyət orqanlarını onların şəxsiyyətini təsdiq edən sənədlərdə milliyyətini "gürcü" kimi qeyd etməyə məcbur oldu. 1 / 4 © SPUTNİK / SHAHPERİ ABBASOVA Zaqatala rayonunun Əliabad qəsəbəsi Bu siyasət hazırda da davam edir. Rayon sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, əliabadlı gənclər arasında gizli şəkildə xristianlaşdırma və gürcüləşdirmə prosesi gedir. Bəs əslində bu kəndinin sakinlərinin etnik mənşəyi hara gedib çıxır? Sputnik Azərbaycan-a danışan Zaqatala sakini, tarixçi Ramiz Şabanovun sözlərinə görə, Əliabad qəsəbəsində yaşayan əhali qədim Albaniyada yaşayan 26 etnosdan biri olan gellərin bugünkü davamçıladır. "İngiloyların müxtəlif versiyaları var. Uzun müddət belə fikirləşiblər ki, bu gellər ingiloyların yolu ilə gedənlərdir. Bunlar gürcü millətçilərinin versiyaları idi. Amma son vaxtlar elm sübut edib ki, ingiloylar həmin gellərin (Yenisey gelləri) davamçılarıdır. Bunu tarixçilər Qiyasəddin Qeybullayev və Şirin Vəliyev də öz əsərlərində sübut ediblər. Azərbaycan tarixinin formalaşmasında bu ərazidə yaşayan gellərin rolu böyükdür" — Şabanov bildirib. Onun sözünə görə, tarixi yazılı mənbələrə əsasən, Əliabad kəndinin 2500 il yaşı var: "Alazan çayının sol sahilində yerləşir. Kəndin adı "Aliabad" sözündən yaranıb. Əliabad əhalisi ingiloy (hazırda bu dil gürcü dilinə uyğunlaşdırılıb) dilində danışmalarına baxmayaraq, İslam dininə sitayiş edirlər. Hətta sovet dövründə ölkədə dini təbliğatın zəiflədiyi vaxtda Əliabad əhalisi məscidlərdə ibadətlərini yerinə yetirməyə davam ediblər". © SPUTNİK / SHAHPERİ ABBASOVA İki imperatoru qonaq etmiş Azərbaycan kəndi Həmsöhbətimiz əlavə edir ki, qədim Alban dövlətinin dağılması nəticəsində gürcülərin bu əraziyə aramsız hücumları başlayıb: "Xüsusilə "Qurucu" Davidin (IV David) dövründə bu proses gedib. Nəticədə Əliabad ərazisi gürcülərin nəzarəti altına düşüb. İnzibati mərkəzi Əliabadın ərazisində yerləşən Zəyəm şəhəri 1615-ci ildə Kaxetiyanın ərazisinə daxil edilib. 1617-ci ilə kimi bu əraziyə gürcü dilinin yeridilməsi prosesi aparıldı". "Əslində mən buna "gürcüləşmə" deməzdim. Mədəniyyət, dil, etnosun özünü dərk etməsi, məişət və s. bunların hamısı yerini dəyişdikdə assimilyasiya adlanır. Gellər assimilyasiya olunmadı. İngiloyların dili gürcü dilinin şərq dialekti hesab olunur. Əslində mən bunu düzgün qəbul etmirəm. Gürcü dili fərqlidir. "Kitabi-Dədə Qorqud" dastanında və Orxon-Yenisey abidələrində işlədilən bir sıra sözlər var ki, onlar təkcə ingiloyun dilində işlənir, başqa dillərdə yoxdur" — tarixçi bildirir. "Məsələn, Dədə Qorqud deyir ki, "Yağı düşmən, nə qas-qas gülürsən?" "Qas-qas" dilimizdə qəhqəhə çəkib gülmək mənasındadır. Yaxud, "Yergülü ulağa, qabırğalı böyüyə" cümləsinin ikinci sözü Azərbaycan dilində işlənir, lakin birinci söz — yergülü sözü dilimizdə yoxdur. Yergülü — bənövşə deməkdir" — R. Şabanov əlavə edir. O, gellərin qədim türk tayfası olduğuna diqqət çəkir: "Dədə Qorquddan bu yana həmin sözlər dilimizdə işlənməkdədir. Normal ciddi gürcü tarixçilərinin heç biri gelləri gürcü hesab etmir. Bəziləri VIII əsrdə, bəziləri isə XIV əsrdə bu dilin assimilyasiya olunduğunu söyləyirlər. Artıq etnoslar sadalananda bu gellər sadalanmır". Qeyd edək ki, bu gün Əliabad qəsəbəsinin əhalisi ingiloy dilində danışsa da, türk adət-ənənələrini yaşadır. Əliabad kəndində 10 mindən artıq əhali var. Bu gün də əhalinin böyük əksəriyyəti İslam dininə sadiqdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|