Diqqət: Düşmən qulaqlarını dörd açıb! - Ehtiyatlı olmalıyıq...
Tarix: 3-02-2017, 10:34 | Çap et
Moderator.az xəbər verir ki, “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov media əməkdaşları və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə deyilir: “Əziz dostlar! Hörmətli həmkarlar! Ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə bağlı dünəndən həm rəsmi, həm də qeyri-rəsmi məlumatlar yayıldıqca, məsələnin bəzi detalları artıq aydınlaşmağa başlıyır. Bizim Müdafiə Nazirliyinin hadisə ilə bağlı mövqeyini yəqin ki, hamı oxuyub və bilir. Məni ən çox maraqlandıran və diqqətlə izlədiyim Ermənistan mətbuatının sərgilədiyi mövqedir. Gözləyirdim ki, bunlar adı çəkilən Elnur Hüseynzadəni kamera və mikrofon qarşısına çıxarıb ondan "çox qiymətli" "hərbi və dövlət sirrlərini" göstərəcəklər. Bu saata və dəqiqəyə kimi, bədnam qonşularımız girov götürdükləri vətəndaşımızla bağlı hər hansı bir sübutedici fakt və ya etirafedici məlumat əldə edə bilmədiklərinə görə, çox gərgin vəziyyətdədirlər. Doğrusu mən bilməzdim ki, Ermənistan MN-nin sözçüsü, öz yalan-palanları ilə hətta öz xarabasında zərrə qədər hörməti olmayan Artsrun Hovhannisyan bizim Azərbaycan dilini belə "gözəl" bilir. Bu şəxs dünən Elnur Hüseynzadənin anasının yerli mətbuata verdiyi videoaçıqlamanı rəsmi olaraq Ermənistan MN-nin mövqeyi kimi paylaşaraq, ona özünəməxsus şəkildə rəy, mövqe bildirib. Bu həyasız gədə çox uzağa gedərək reallıqdan uzaq olan bəzi məsələlərə də toxunub. Dünən mən bəzi irad və narahatçılığımı ifadə edəndə məhz bu amili nəzərdə tuturdum ki, Bakıda dərc olunan ən xırda sayt və ya çap mətbuatında yerləşdirilən xəbərdən belə düşmənlər bizim öz əleyhimizə istifadə etməyə çalışırlar və onların da əsas məqsədlərindən biri və bəlkə də birincisi budur. İnformasiya müharibəsində fikir formalaşdırmaq. Bu həyasızlar hərb sahəsində o qədər savadsız və o qədər primitiv açıqlama verirlər ki, bəzən onların diletant açıqlamaları beynəlxalq səviyyədə də özünə yer tapır və Azərbaycana qarşı istifadə olunur. Fikir verin, bunlar bizim vətəndaşı diversant kimi təqdim edirlər. Əgər bunların olmayan ağlı ilə fikirləşsək ki, həqiqətən də bizim keçmiş, ya indiki hərbçimiz, fərq etməz Elnur Hüseynzadə düşmənin ərazisinə diversiya-təxribat törətməyə gedirdisə, ən azından onunla 5-8 nəfər yol yoldaşı da olmalı idi. İkincisi də, bu bədbəxtlər nə vaxtdan Azərbaycanın işğal altında olan torpaqlarını öz ərazisi kimi qələmə verirlər ki, guya biz öz ərazimizdə diversantları tapşırıq icra etməyə göndəririk? Torpaq bizim, ərazilər müvəqqəti işğalda. Bunu hamı gözəl bilir. Amma, sözümün canı var. Düşmən bizim bəzən onların ağzının üstündən vurmamağımızdan, baş vermiş hadisə ilə bağlı emosianal, tələsik fikirlərimizdən istiafdə edib, öş çirkin informasiya siyasətini həyata keçirir. Sözsüz ki, baş vermiş hadisə hər birimizi çox üzür. Ancaq, sizi inandlrmaq istərdim ki, bizlərdən daha çox həm mənəvi, həm də maddi əzab çəkən bizim Müdafiə Nazirliyinin yetkililəridir. Mən bilirəm ki, baş vermiş hadisə onları da çox narahat edir. Nə olur-olsun, xahişim və istəyim ondan ibarətdir ki, gəlin bir az səbr nümayiş etdirək. Öz rəsmi qurumumuzun məlumatları ilə paralel öz işlərimizi quraq. Sosial şəbəkə istifadəçisi olan dostlardan və tanışlardan, həmkarlarımdan da acizanə xahişim budur ki, son dərəcə ehtiyatlı və emosiyasız fikirlər yazsınlar. Düşmən yatmır. Ən xırda detallardan belə istifadə etməyə çalışır. Şəxsən, mən onun tərəfdarıyam ki, indi bütün güc və işlərimiz ona hesablanmalıdır ki, Elnur Hüseynzadənin tez bir zamanda geri qaytarılmasına nail olaq. Onu hamıdan çox doğmaları və yaxınları gözləyir. Onu da bilirəm ki, əvvəlki illərin təcrübəsi və nankor erməni xislətini bilən və ona bələd olan bir şəxs kimi deyə bilərəm ki, xaçiklər ondan öz çirkin məqsədləri üçün çox istifadə etməyə çalışacaqlar. yaxın saatlarda və ola bilsin bir-iki günə onlar Elnur Hüseynzadəni əməlli-başlı fiziki və psixoloji istiqamətdə ən sərt şəkildə qorxudacaq və ondan bəzi " faktlar" qoparıb kamera və mikrofonlar vasitəsiylə dünyaya yaymağa çalışacaqlar. Bu erməni əxlaqına uyğun bir "kişilikdir". Bu həssas məqamda gəlin öz fikir və şərhlərimizlə həm girovluqda olan vətəndaşımızın ailəsinə, doğmalarına hansısa zərər yetirməyək, eyni zamanda rəsmi qurumların, xüsusən Müdafiə Nazirliyinin nüfuzuna xələl gətirə biləcək mövqedən, münasibətdən bir qədər uzaq olaq. Tanrı Azərbaycanımızı qorusun! Tanrı Silahlı Qüvvələrimizə hər bir işlərində yardımçı olsun!!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|