"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                 

Onu “elm”ə aparan yollar və səbəblər - İTTİHAM
Tarix: 8-11-2018, 10:59 | Çap et
Onu “elm”ə aparan yollar və səbəblər
Vaxtilə dövlət televiziyasının keçmiş sədri Elşad Quliyev həmin televiziyanın sədr müavini cənab A.Alışanovu AzTV-nin kriminallaşmasına və maliyyə fıfrıldaqlarına görə mətbuatda açıq ittiham etmişdi. 1992 və 1996-cı illərdə Bakı şəhər prokurorluğu və Maliyyə nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı ciddi maliyyə pozuntuları aşkara çıxarılmış və Alışanovun məsuliyyətə cəlb olunması barədə məsələ qaqldırılmışdı. Buna baxmayaraq həmin dövrdə AzTV-nin Maliyyə idarəsinin rəisi vəzifəsində çalışan Alışanov vəziyyətdən çıxa bilmişdi. Amma mətbuat onu həmişə tənqid etmişdi. 2006-cı ildə sədr təyin olunduqdan sonra da bu tənqidlər ara verməmişdi. Onu daha çox qeyri-peşəkarlıqda, maliyyə pozuntularında, yanlış kadr siyasəti aparmaqda günahlandırmışlar. Sən demə, AzTV sədrinin başqa “əmma”ları da var imiş. Ofşor zonalarına pul ötürmək, məhkəmə davaları, 6 milyonluq torpaq alveri, qətldə ittiham və indi də “alimliyi” ilə bağlı ortaya çıxan biabırçılıqlar..

Oho... Çoxdanın tanış siması!

Bəzən elə yüksək vəzifəli şəxslər olur ki, özlərinin məlum ictimai statusuna baxmayaraq, ictimaiyyətin diqqətindən kənarda qalmağa çalışırlar. Ciddi səbəb olmadan onlar öz personalarını və fəaliyyətlərini yada salmırlar. Doğrudan da, axı nəyə lazımdır ki? Əgər özünü gözə soxsan, dərhal sənə tapşırılan işi bacarıqsız idarə etməyin, fərsizliyin diqqət mərkəzinə gələcək.
AzTV sədri Arif Alışanov neçə illər ərzində sakit yaşamış və heç kimə (öz işçilərindən başqa) toxunmamışdır. Onu nadir hallarda xatırlayırdılar. AzTV-nin fəaliyyəti haqqında müzakirələr – məlumdur ki, ictimai xarakter daşıyır. Alışamov elə belə də yaşayacaqdı. Amma dünyada “pis” adamlar olmasaydı. Alışanovun son “məşhurlaşmağı” da belə oldu. Yəni bu illər ərzində ölkənin əsas telekanalının hansı vəziyyətə düşdüyünü müşahidə edən, verilişlərin bu dərəcədə bəsitləşməyinin səbəblərindən danışarkən media professoru, jurnalist Qulu Məhərrəmli bunu bir sıra amillərlə yanaşı, həm də həmin kanalın başında dayanan sədr A.Alışanovun bacarıqsız rəhbərliyi, qeyri-peşəkarlığı və həm də mənəvi naqisliyi ilə izah etdi.
Əlbəttə ki, məqsədyönlü olaraq istehza ilə vurğulanan ardıcıl ritorik suallar verilə bilər: “Axı niyə? Məgər hamı bunu bilmirdi ki? Sadəcə Nyutonun binomudur!” Təbii ki, çoxları bu barədə bilirdi. Amma nəsə - inadla və şübhəli şəkildə susurdular...
Aydındır ki, Alışanov bu kəskin və vicdanlı tənqiddən çox incidi və incidiyi adama məhkəmə yolu ilə cavab verməyi qəraraaldı. Əslində, susmaq daha ağıllı hərəkət olardı. Axı “susmaq qızıldır” kimi bir deyim də var.
Amma həqiqətin vurduğu zərbədən səntirləmiş AzTV sədri yaranmış şəraiti və məhkəməyə verdiyi şəxsin çəkisini və ictimai nüfuzunu, eləcə də öz imkanlarını düzgün hesablaya bilmədən məşhur jurnalistə “müharibə” elan etdi. Qarşı tərəfin ağıllı və təmkinli gedişlərindən və bu məhkəmə söhbətindən sonra Alışanovu hamı xatırladı. Axı xatırlamalıçox şeylər var idi...
İctimaiyyət xatırladı ki, hələ vaxtilə dövlət televiziyasının keçmiş sədri Elşad Quliyev həmin televiziyanın sədr müavini cənab A.Alışanovu AzTV-nin kriminallaşmasına və maliyyə fıfrıldaqlarına görə mətbuatda açıq ittiham etmişdi. 1992 və 1996-cı illərdə Bakı şəhər prokurorluğu və Maliyyə nazirliyi tərəfindən dövlət telekanalında aparılan yoxlamalar zamanı ciddi maliyyə pozuntuları faktı aşkara çıxarılmış və Alışanovun məsuliyyətə cəlb olunması barədə məsələ qaldırılmışdı. Buna baxmayaraq həmin dövrdə AzTV-nin Maliyyə idarəsinin rəisi vəzifəsində çalışan Alışanov vəziyyətdən çıxa bilmişdi. Amma yenə də dinc dayanmamışdı. 2001-ci ildə şəhərin mərkəzində, Bakı şəhər icra hakimiyyətinin bir addımlığında olan binada qonşularını “evlər plana düşür” bəhanəsi ilə mənzillərindən zorla çıxarmış, sonra isə orada özünə dörd mərtəbəli dəbdəbəli villa tikdirmişdi.
2006-cı ildə sədr postuna yiyələndikdən sonra Alışanovu daha çox tənqid atəşinə tutmağa, yenə maliyyə pozuntularında, kriminallaşmada, işçilərə əmək haqqı verməməkdə, büdcə pullarını ofşor zonalarına ötürməkdə, yanlış kadr siyasəti aparmaqda ittiham etməyə başladılar. Qəzet səhiflərini onun müxtəlif əməlləri barədə yazılar bəzədi, qeyri-peşəkarlığı, televiziya işini bilməməsi xüsusi vurğulandı. Lap bu yaxınlarda isə Alışanovun məhkəməyə verdiyi keçmiş ailə dostu, Şamaxılı biznes şəriki Şücayət Əkbərov onu dövlət pullarını oğurlamaqda və gənc bir qızı qətlə yetirməkdə açıq ittiham etdi. Görünür, Ş.Əkbərov insanı cinayətdə suçlamağın məsuliyyətini bilsə də, elə-belə danışmır, məhkəmə prosesində və mediada Alışanovun qətldə əli olması faktını inadla təkrar edir. Mediada kifayət qədər geniş işıqlandırılmış bu məsələ, yəqin ki, nə vaxtsa yenidən qaldırılacaq...

Onu “elm”ə aparan yollar və səbəblər

İndi məlum olub ki, AzTV-dəki “çoxşaxəli” fəaliyyəti ilə yanaşı, Alışanov “böyük elm”də də “iz” qoya bilib. Bəli, vətəndaş 2004-cü ildə Moskvada Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Tədqiqatlar institutunda dissertasiya müdafiə etmişdir.
Onun nəyə görə məhz Moskvada “elm yollarında yürüməyə” başlaması bizim üçün sirr olaraq qalır, amma ehtimal edə bilərik ki, sovet epoxası təcrübəsi məhz paytaxtda alınan elmi adın hörmətli olduğunu və nə vaxtsa işə yaradığını sübut edir. Bəlkə də burada heç bir psixoanalitika yoxdur.
Əlbəttə, “Okkam ülgücü” prinsipinin metodologiyasına əsasən – “lazım olmadıqda mahiyyəti tirajlamaq lazım deyil”, şübhələri aradan qaldıraraq qeyd etmək istəyirik ki, Alışanov “səssiz və ildırım sürəti ilə” qazandığı alimliyə artıq diqqəti cəlb etmək istəmədiyinə görə ənənəvi olaraq bu haqda, o cümlədən, “elmin eniş və yoxuşları” barədə “təvazökarlıqla” susdu. O vaxt heç yaxınları da xəbər tutmadı ki, yanlarında Moskvada müdafiə eləmiş bir “alim” var.
Dissertasiyanın mövzusu da çox uğurla seçilmişdi. Tədqiqatın predmeti “Azərbaycan və Rusiyanın miqrasiya əlaqələri” idi. A.Alışanovun elmə olan xüsusi “həvəsinin” səbəbini həm də “ehtiyat aerodromu” yaratmağa güclü səy göstərməsində axtarmaq lazımdır: Axı bu TV-də nə qədər işləyəcək? Birdən mərdimazar adamların hay-küyü nəticəsində o, yenə “diqqət mərkəzində” olar və hadisələrin gedişatınını ən yaxşı variantında o, “dövlətdəki gəlir mənbəyin”dən məhrum ola bilər. O zaman Alışanov Rusiya əhəmiyyətli elmi dərəcə ilə özəl universitetlərdən birində “lövbər salar” və qazandığı pulları da xımır-xımır xərcləyərdi. Arada da lovğalanardı ki, bir elmlər namizədi kimi elmə “töhfə” verib. Zahirən hər şey yaxşıdır, hər şey yaxşı düşünülüb, fəqət bircə lənətə gəlmiş “əmma” olmasa...

Siz kimsiniz, cənab Alışanov?

Bu “əmma” onun “dissertasiyasında” Azərbaycan əleyhinə yer almış ciddi siyasi müddəalarla bağlıdır. Həmin müddəalar ömründə ana dilində bircə məqalə yazmamış azərbaycanlı “alim”in birdən-birə rus dilində dissertasiya yazmağının çətinliklərindən, ya həmin dili bilməməyindən, ya da sadəcə siyasi səbatsızlığından və biliksizlikdən irəli gəlmişdir.
Cənab Alışanovun “alimlik” səviyyəsini müəyyənləşdirmək üçün onun dissertasiyasını yüngülcə vərəqləyib avtoreferatına göz gəzdirmək kifayətdir. İlk cümlələrdən adamda elə təəssürat yaranır ki, sanki müəllif Rusiya vətəndaşıdır, bu “araşdırmanı” da rus mühacirinin qəzəbli yanaşmasından, özü də erməni mövqeyindən çıxış edərək yazmışdır. Qərəzli və əsassız olmaqda günahlandırılmamaq üçün konkret nümunələrə baxaq. Avtoreferatın 8-ci səhifəsində bu fikirləri görə bilərsiniz: “Miqrasiyaya təsir edən faktorlara çox vaxt sosial xarakterli tələbatların ödənilməsi ilə müəyyənləşən yaşayış səviyyəsi, əmək bazarında vəziyyət, boş iş yerlərinin olması kimi iqtisadi amillər təsir edir. Qalan digər amillər yardımçıdır və onlar iqtisadi amillə nisbətdə götürülür”.
İlk baxışdan hər şey düzdür. Amma xatırlatmaq istərdim ki, elmi iş sayılan bu “dissertasiya” 2004-cü ildə yazılmışdır. Yəni o vaxta kimi postsovet ölkələri genişmiqyaslı miqrasiya proseslərinin şahidi olmuşdular. Və bu miqrasiyada təkcə dövlətlərarası deyil, təkcə SSRİ-nin dağılması ilə deyil, eyni zamanda bu dağılma prosesində yaranmış ərazi-etnik ziddiyyətlər fonunda ortaya çıxmış daxili konfliktlər nəticəsində baş vermişdir.
Məhz, iqtisadi faktorlar deyil, ərazi-etnik konfliktlər XX əsrin 90-cı illərində postsovet ölkələrində baş verən genişmiqyaslı miqrasiya proseslərinə ciddi təsir göstərmişdi. Bu qarşıdurmaların arasında öz katastrofik miqyasına görə birinci yerdə Qarabağ problemi qeyd olunmalıdır.
Düzdür, A.Alışanov “əsərində” Qarabağ konfliktinin miqrasiya proseslərinə təsirini yada salır. Amma bu konfliktin mahiyyətinin Azərbaycan ərazisinin işğalı ilə bağlı olduğunu göstərmir, dolayısı ilə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alıb açıq şəkildə konfliktin Qarabağın statusunun “mübahisəli” olması ilə izah edərək belə yazır: “80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır” (səh.12). Dövlət vəzifəsi tutan azərbaycanlı məmurun xalqımızın əsas milli probleminə, belə “incə” və “tərəfsiz” yanaşmasına əhsən!
Düşünmək olar ki, belə “siyasi obyektivliyə” və “neytral mövqeyə”ə görə Ermənistanda AzTV sədrinin şərəfinə abidə ucaldılmalıdır. Sanki bu adam Azərbaycan ərazisinin demək olar ki, 1/5 hissəsinin Ermənistan tərəfindən işğalı haqda danışmaqdan “diplomatik” və “qərəzsiz” şəkildə imtina edir, halbuki, bu fakt 2004-cü ilə qədər artıq praktiki olaraq bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən tanınmışdı.
Qeyd edək ki, məhz bu konfliktə görə Azərbaycan həm dövlətlərarası, həm də daxili miqrasiya fəlakəti ilə qarşılaşdı. Məhz Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə əlaqədar erməni-azərbaycan qarşıdurması başlayandan sonra Azərbaycan bir milyondan çox qaçqın və məcburi köçkün problemini həll etməli oldu. Həm də bu işğalın yaratdığı fəlakət uzun müddət nəinki ölkəmizin iqtisadiyyatına, o cümlədən Azərbaycan və Rusiya arasında olan mütəmadi miqrasiya proseslərinə də mənfi təsir göstərdi. Təbii ki, bu problemin Alışanovun dissertasiyanın mövzusu ilə birbaşa əlaqəsi vardır. Amma bizim “alim” bu problemlərə toxunmaq, gerçək durumu göstərmək əvəzinə daha pis yolla gedir.
Diqqət yetirin, dissertasiyanı “yazdığı” müddətdə də AzTV-nin sədr müavini kimi məsul dövlət vəzifəsi tutan “müəllif” faktiki olaraq Azərbaycanı ruslar üçün dözülməz şəraitin yaradılmasında günahlandırır. Onun sözlərinə görə, ötən yüzilliyin 90-cı illərinin ortalarında ruslar üçün şəraitin pisləşməsi onların kütləvi miqrasiyasına səbəb olmuşdu: “Və nəhayət, Sovet İttifaqının dağılmasından sonra respublikalar suveren olanda 90-cı illərdə Rusiya ilə Azərbaycan arasında əhalinin miqrasiya mübadiləsinin xarakteri radikal olaraq dəyişdi. Miqrasiya aydın şəkildə ifadə olunan məcburi xarakter aldı. 1997-ci ildə Azərbaycandan Rusiyaya məcburi miqrasiya ən yüksək həddə çatdı və bütün Zaqafqaziyada ümumi miqrasiya axının 46%-ini təşkil etdi”(səh.19). Bu sitatdan belə çıxır ki, 1997-ci ildə Cənubi Qafqazdan rusların qonşu Rusiyaya məcburi miqrasiya axınının demək olar ki, yarısı Azərbaycanın payına düşürdü (?).
Təbii ki, dəqiqliyi şübhə doğuran bütün bu statistik məlumatlar rus mənbələrindən götürülmüşdür. Amma bəs necə ola bilər ki, Alışanov real vəziyyəti bilə-bilə bu göstəricilərə kor-koranə istinad edir. Və sabah bir erməni müəllifi bizim “alimə” istinad edib Azərbaycanda rusların sıxışdırılmasını yazsa biz niyə təəccüblənməliyik ki?
Axı alimlik eşqinə düşmüş AzTV sədri bilməlidir ki, “məcburi miqrasiya” deyəndə insanların həyat və təhlükəsizliyini təhdid altına salan dözülməz şərtlər, bu halda isə həm də onlara qarşı milli mənsubluq amilinə əsaslanan ayrı-seçkilik nəzərdə tutulur. Etiraf etmək lazımdır ki, belə motivlər ötən əsrin 90-cı illərinin əvvəllərində erməni-azərbaycanlı konfliktinin yüksək həddə çatdığı dövrdə, 1990-cı il 20 yanvardan sonra, hardasa yer ala bilərdi. Amma belə hallar 1997-ci ildə heç cür baş verə bilməzdi. Çünki 1994-cü ilin may ayından atəşkəs rejimi mövcud idi. Müharibə dayanmışdı. İnsanlar sakitləşmişdi, hay-küyçü vətənpərvərlik və bununla əlaqəli olan anti-rus əhval-ruhiyyəsi əriməyə başlamışdı. Bir sözlə, 1997-ci ildə rusların Azərbaycandan Rusiyaya məcburi miqrasiyası haqqında söhbət belə gedə bilməzdi. Amma bizim alimi-biəməlin verdiyi sitatdan belə çıxır ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanda ruslar üçün sadəcə pis deyil, olduqca dözülməz şərait yaradılmışdı.
Yəni ki, bu halda müvafiq Rusiya dövlət idarələri tərəfindən statistik məlumatların saxtalaşdırılmasının bənzərsiz nümunəsi, yaxud Azərbaycandan Rusiyaya daimi yaşayış üçün gedən rus miqrantların müəyyən qismi tərəfindən miqrasiya motivləri ilə manipulyasiya edilməsi açıq-aydın görünür. Bizim şanlı “alim” Alışanov da bu siyasi möhtəkirliyə elmi əsaslarla cavab vermək əvəzinə onları kor-koranə, həm də savadsızcasına tutuquşu kimi təkrarlayır.
Həqiqi alimin borcu hər şeyi aydınlaşdırmaq, müqayisəli təhlil metodu ilə daha böyük sosial-tarixi tədqiqatları hədəf almaq, konkret və şərti siyasi hadisələr-proseslər arasında xətt çəkmək, statistik məlumatlar kimi təqdim olunan “faktlar və rəqəmlər”in “doğruluğu”nu “qarşı tərəf”in göstəriciləri ilə tutuşduraraq yoxlamaqdır. Amma cənab Alışanov alim deyil, o sadəcə dissertasiya müdafiə edib diplom almaq üçün çalışıb.

Azərbaycanı Rusiya “dolandırır”?

Cənab A.Alışanovun öz bədnam “dissertasiya”sında Azərbaycanın neft-qaz sektoruna xarici investisiyalarla Rusiyadan olan əmək miqrantlarının gətirdiyi maliyyə gəlirlərini bərabər tutması da bizi çox təəccübləndirir. Adam ağına-bozuna baxmadan görün nə yazır: “Təxmini məlumatlara görə 1999-cu ildən sonra azərbaycanlı miqrantlar hər ay orta hesabla vətənə 200 dollar göndərirdilər ki, bu da təqribən 1,5 milyard dollar təşkil edirdi. Bu məbləğ vətəndə işləyən azərbaycanlıların ümumi qazancının 60%-ini təşkil edir. Rusiya mütəxəssislərinin hesablamalarına görə, 1996-1998-ci illərdə hər il Rusiyadan Azərbaycana 2,5 milyard dollara qədər gəlir gəlirdi, bu isə Azərbaycan iqtisadiyyatına xarici kapital qoyuluşundan 2,5 dəfə çox idi. Bu yolla, Azərbaycan əhalisinin Rusiyaya müvəqqəti əmək miqrasiyası ev təsərrüfatlarının büdcəsinin formalaşması, müvafiq olaraq, milli iqtisadiyyata investisiya qoyuluşunun mühüm mənbələrindən biridir”(səh.24).
Rusiyadan olan əmək miqrantlarından gələn maliyyə gəlirlərinin həcmi haqqında nəticələrdən danışmayacağıq. Bu məsələdə dəqiq məbləği müəyyən etmək mümkün deyil. Amma yenə də qeyd etməliyəm ki, azərbaycanlı Alışanovun bu problemə qeyri-elmi yanaşması, statistik məlumatları və mütəxəssislərin uydurma nəticələrini “Rusiyanın xeyrinə” manipulyasiya etməsi çox təəccüblüdür. Yəni bu qədərmi aşağı enmək olar?!
Əslində cənab Alışanov bu yanaşması ilə Azərbaycan hakimiyyətinin investisiya siyasətinin məqsədəuyğunluğunu, daha doğrusu, Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının səmərəliliyini şübhə altına almağa çalışır.
Əvvəla, əmək miqrantlarından gələn maliyyə gəlirləri ilə, iqtisadiyyatın vacib sahələrinə, o cümlədən neft-qaz sferasına qoyulan və bir neçə onillik ərzində çoxmilyardlı gəlir əldə edilməsini nəzərdə tutan xarici investisiyalarla müqayisə edilməsi yumşaq desək, savadsızlıqdan başqa bir şey deyil. Adını maliyyəçi qoymuş “tədqiqatçı” üçün isə sadəcə profanizmdir. Axı əmək miqrantlarından gələn maliyyə gəlirləri milli iqtisadiyyata qoyulan investisiya kimi qiymətləndirilə bilməz. Ən yaxşı halda, bu göstərici azərbaycan-rus ticarət balansına aid edilə bilər. Yəni Rusiya bizdən əmək resursları alır və digər mallar kimi, buna görə də müəyyən ödəniş edir.
Ən gülməlisi odur ki, çox zaman bu gəlirlər heç yerə investisiya edilmir, sadəcə xalq dilində desək, “unitaza” gedir. Yəni Rusiya da daxil olmaqla, digər ölkələrdən idxal olunan pul ərzaq vədigər çox işləmək istehlak mallarına sərf olunur, bu yolla da hissə-hissə gəldikləri yerə qayıdır. Yəni “alim” Alışanov hələ bilmir ki, sıravi vətəndaşların gözünə kül üfürmək üçün nəzərdə tutulan belə arqumentlər elm sferasında qəbuledilə bilməz. Nə olsun ki, bir qafqazlının, üstəlik büdcədən maliyyələşən bir TV-nin pullu sədr müavinin Rusiya elmi müəssisəsində dissertasiya müdafiə etməsi oralarda bayram kimi qarşılanır.
İkincisi, burada ciddi araşdırmaya ehtiyacı olan daha bir məsələ var. Bütün rus təbliğatçıları kimi, bizim “müəllif” də əmək miqrantlarından gələn maliyyə gəlirlərinin həcmi ilə bağlı möhtəkirlik edir. Tez-tez qeyd olunur ki, bu məbləğ qeyri-qanuni miqrantlardan gəlir. Amma indiyə kimi heç kim, bu illər ərzində qeyri-qanuni miqrantların Rusiya iqtisadiyyatına nə qədər vəsait investisiya etdiyi haqda suala cavab verməyə cəhd etməyib. Axı bu, maraqlı sualdır...
Üçüncüsü, əvvəldə də qeyd olunduğu kimi, cənab Alışanov ümummilli lider Heydər Əliyevin neft strategiyasını şübhə altına alır. Və bunu Rusiyanın statistik məlumatlarını əsas götürərək, daha dəqiq desək, o, təxmini məlumatları və rus mütəxəssislərinin ehtimallarını qəsdən seçilən rəsmi statistik məlumatlarla qarşılaşdırır. Bəlkə də kimsə bunu qəsdən edib? Axı hər halda bu dissertasiyanın üstündə Alışanovun adı yazılıb.
İndi bu göydəndüşmə rəqəmləri oxuyan adamlar nə qərar versinlər? Əgər 1996-1998-ci illərdə hər il Rusiayadan Azərbaycana 2,5 milyard dollar gəlirdisə və bu da ölkə iqtisadiyyatina xarici investisiya qoyuluşundan 2,5 dəfə çox idisə, bəs onda nəyə görə biz Qərbin neft şirkətləri ilə əməkdaşlıq etməliydik?
Bəli, həqiqətən də, 1997-ci ildə Azərbaycanın neft-qaz sferasına təqribən 1,2 milyard dollar xarici investisiya qoyulmuşdur. Amma bu, “elmi iş”deyilən material toplusu 2004-cü ilin sonunda müdafiə edilmişdir və həmin vaxta kimi Azərbaycanın neft-qaz sferasına xarici illik investisiyaların məbləği 4,5-5 milyard dollara çatmışdı. Sözsüz ki, “müəllif” bunları bilirdi, daha doğrusu bilməli idi ki, Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar dəfələrlə artıb və artmaqda davam edəcək, amma bu həqiqət onun elmi işinin konsepsiyasına heç cür uyğun gəlmirdi.
Doğrudanmı, dövlət TV-sinin sədri kimi yüksək bir vəzifə tutan adam onun “dissertasiyanın” içərisinə qoyulmuş bu qədər minalardan xəbərsiz olub? Yoxsa bəlkə bizim baş televizyonçu heç yazılmış “işi” heç oxumadan müdafiə edib? Bəlkə oxusaydı statistik rəqəmlərlə Azərbaycan əleyhinə manipulyasiyaların qarşısını alardı? Alardımı? Bu suala cavab vermək çətindir, çünki dissertasiyanın səviyyəsi və predmetə yanaşma tərzi göstərir ki, müəyyən vasitələrlə hər şeyə yiyələnməyə adət etmiş A.Alışanovun elmə heç bir dəxli yoxdur. Müdafiə prosesində o Azərbaycanın təəssübünü çəkmək haqqında belə düşünməyib. Hiss edilir ki, təmsil olunduğu Azərbaycanın marağı, çörəyini yediyi Vətənin imici və adı isə Alışanovu qətiyyən maraqlandırmır, nə olsun ki, bu “elmi qəhrəmanlıqdan” sonra, hətta “Vətənə xidmətə görə ordeni” ilə təltif olunub.
Mövzunu davam etdirmək olarmı? Buna dəyərmi? Məncə, hər şey elə-belə də özlüyündə aydındır... Yəni, bu deyilənlər məgər bu deyilənlər cənab Alışanovun “vətəndaş kredo”su və “alimliy”i üçün kifayət edir.
Nəzakət Heydərova
iqtisad elmləri üzrə fəlsəfə doktoru
\\tezadlar.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru