İndidən narazılıq yaradır... - İTTİHAM
Tarix: 20-11-2018, 11:27 |
Çap et
DİA.AZ: - Şamaxıdan Beyləqana göndərilən Asif Ağayev bu raypnda da deyəsən,ümidləri doğrulda bilmir. Hər halda, başçının ilk günlərindən narazılıqların yaranması belə deməyə əsas verir.
DİA.AZ-a Beyləqandan yazan bir qrup sahibkar iddia edir ki, yeni başçı gələr-gəlməz rayondakı sahibkar və fermerlərə öz şərtlərini çatdırıb.
Dia.a-a yazılanlarda qeyd olunur: "Asif Ağayevin adından danışan icra hakimiyyətinin şöbə müdirlərindən biri (adı açıqlanmır-red.) fermerlərə deyib ki, əgər bundan sonra da təsərrüfatlarını qorumaq istəyirlərsə, başçının qəbulunda olmalıdırlar. Biz ilk başdan elə başa düşdük ki, yeni başçını problemlərimi maraqlandırır. Sonra şöbə müdiri işarə ilə başa saldı ki, qəbula əliboş gəlməli deyilik. Əgər işimizi davam etdirmək istəyiriksə. Belə də iş olar. Adam heç göləmir ki, 40-ı da çıxsın..."
dia-az.life olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...