Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tariximizə necə zəırbə vurur... - İTTİHAM
Tarix: 27-11-2018, 10:29 | Çap et
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tariximizə necə zəırbə vurur...
…Ermənilər təkcə torpaqlarımızı işğal etməyib, həm də tariximizi və mədəniyyətimizi işğal etmək, yer üzündən silmək üçün intensiv iş aparır. Özgə tarixi üzərində özünə tarix, özgə torpaqları üstündə özünə dövlət quran Ermənistan indi də Azərbaycanın işğal altında olan ərazilərində saxta və qanunsuz arxeoloji qazıntılar aparmaqdadır. Hazırda ən intensiv iş Azıx mağarası ətrafında gedir. Bu da səbəbsiz deyil. Çünki dünya sivilizasiyasında qədim insan məskəni olmuş Azıx mağarasında tapılan maddi sübutları ermənilərə aparıb bağlamaqla bu qondarma ölkənin tarixinin qədim olmasını dünyaya sübut etməyə cəhd edilir.
Bəs bu cəhdin qarşısı necə alınmalıdır? Təbii ki, burada birbaşa məsuliyyət hər il saxlanılmasına və iş fəaliyyətinə dövlət büdcəsindən milyonlar ayrılan və xərclənən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun üzərinə düşür. İnstitutun direktoru Maisə Rəhimovanın isə başı neçə illərdir işçiləri ilə dava-şivənə qarışıb. Azərbaycanın məşhur «Cırtdan» nağılının qəhrəmanlarının «Div: Kim yatıb, kim oyaq? Cırtdan: Hamı yatıb, Cırtdan oyaq» deyişməsindəki kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunda iş görməlilər də yatdığından ermənilər oyaqda, tariximizi öz adlarına çıxmaqdadır…
***
...Artıq neçə vaxtdır ki, ermənilər Azıx mağarasında qanunsuz qazıntı aparırlar. Düşmən ölkə hələ 1999-2001-ci illərdə Azıxda qanunsuz olaraq həyata keçirilən bu qazıntılara maliyyə vəsaitini isə Avropa fondlarını cəlb etməklə əldə edib. Qanunsuz qazıntılara British Airways/ British Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi, The Royal Society maliyyə dəstəyi ayırıb. Bu məsələlərə etiraz səsini qaldıranda isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işçisi Səbuhi Hüseynov təzyiqlərə məruz qalıb. Ermənilər tərəfindən yox, qəribə də olsa, özünün çalışdığı institutun rəhbərliyi tərəfindən. «…İnstitut rəhbərliyinin öz məsuliyyətini dərk etməsi üçün Azıxda ermənilər tərəfindən aparılan qanunsuz qazıntıların əsl mahiyyətini, bu hadisədən xəbərsiz olan institut rəhbərliyinin diqqətinə çatdırmağı özümə borc bilirəm. Azıx mağarasının dünyanın ən qədim insan məskənlərindən olması faktını Azərbaycanda demək olar ki, bilməyən yoxdur. Qarabağın Quruçay dərəsində yerləşən bu abidə inzibati cəhətdən Xocavənd ərazisinə düşür. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar edildi. Daha sonra 1968-ci ildə buradan tapılan və sonra elmi ədəbiyyata Azıx adamı kimi düşən çənə sümüyü bu abidəni dünyaya da tanıtdı. Hətta sovet dövründə də bütün bu sahənin alimlərinin diqqət mərkəzində oldu», -deyən Səbuhi Hüseynov həyəcan təbili çalsa da, səsinə səs verən olmayıb. Əksinə, ermənilər bu işə əməlli-başlı vəsait və güc qoyublar, təkrar edirik, dünyaya sübut etmək istəyirlər ki, Azıx mağarasında tapılan həmin o çənə sümüyü erməni çənəsidir… Ay sizi…

Bəs Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunda niyə susurlar?

Məlumat üçün deyək ki, 2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azıx mağarasında qazıntıların qanunsuz olmasını və “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına zidd olduğunu rəsmən bəyan etdi, beynəlxalq təşkilatlara məlumatlar verildi. Amma ermənilər bütün bu cəhdlərimizə baxmayaraq inadkarlıq etdilər. Hətta 2015-ci ildə Azıxda qazıntı aparmış ekspedisiyanın üzvlərindən biri müsahibəsində demişdi ki, Azıx qazıntıları haqqında yekun bir kitab-toplu da çap olunacaq. «Bu, kitabdan çox hesabat xarakterli toplu idi. Hesabat “Azokh Cave and the Transcaucasian Corridor – 2016” adlanacaqdı. 2015-ci ildə mənim Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasında bu qazıntı barədə çıxışım da oldu. Çıxışımda belə bir toplunun hazırlandığı barədə bizim arxeoloqlara da məlumat verdim. Bu mətbuatda da o zaman çıxışım haqqında məlumatlar getdi. Təəssüf ki, həmişə kimi bizim institut yenə bu məsələlərə əhəmiyyət vermədi», -deyə mətbuatda açıqlama verən Səbuhi Hüseynov yenə də ortada tək qalır, hətta institutun direktorunun «qara siyahısı»na düşür. Amma xoşbəxtlikdən bu dəfə məsələyə hüquqi müstəvidə yanaşılır və Azərbaycanın Baş Prokurorluğu ermənilərin işğal etdikləri ərazilərdə olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrilə onların barəsində cinayət işi qaldırılır və interpol xətti ilə axtarışa verilir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov yenidən mətbuata açıqlama verir ki, «…Arxeologiya və Etnoqrafiya İnstitutu son dövrdə Qarabağda ermənilərin qanunsuz apardıqları arxeoloji qazıntılarına cavab olaraq hansısa son dövrün tədqiqatlarına dair qazıntı və ya tədbir görməyib. 2015-ci ildə cəmi 60 min manat dəyərində bir arxeoloji qazıntı ilə ermənilər bizə vurduğu zərbənin çəkisini təsəvvür etmək mümkün deyil. Bəs həmin dövrdə Azərbaycanda Arxeologiyaya maliyyəmi ayrılmırdı? Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə Arxeoloji qazıntılara ayrılan maliyyə rəqəmlərinə baxsaq ermənilərin bu qazıntı məbləğindən 40 dəfə çox idi. Bəs nəticə?».
Diqqət edin: ermənilər Qarabağdakı qanunsuz qazıntılarına xarici ölkələrin alimlərini cəlb edirlər. Xarici alimlər isə Azıx mağarası haqqında məlumatsızdırlar. Niyə??? Axı, yuxarıda dedik, 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən Azıx mağarası aşkar edilib. Niyə sonralar bu barədə xarici dillərdə bir elmi-tarixi kitab nəşr edilməyib ki, dünya da Azıx mağarası barədə məlumatlı olaydı! Niyə???

«Təzadlar» Maisə Rəhimovanın gizlətdiyi kitabı tapdı, amma…

«Təzadlar»ın Araşdırma Qrupu bu məsələnin üzərində xeyli müddətdir çalışırdı, araşdırmalar aparmaqda idi. Məlum olur ki, elə 1960-cı ildə tanınmış alim-arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən Azıx mağarası aşkar ediləndən sonra araşdırmalar davam etdirilib. Bu araşdırmalara töhfə vermək üçün SSRİ Elmələr Akademiyasının aidiyyəti institutlarından olan çoxsaylı alimlər bölgəyə ezam edilib. O vaxt SSRİ rəhbərliyi və şəxsən Kreml üçün çox vacib idi dünyaya sübut edilsin ki, SSRİ ərazisində ən qədim insan məskəni olan belə bir mağara tapılıb (Azərbaycan isə o vaxt SSRİ-nin müttəfiq respublikalarından, tərkib hissəsindən biri idi). Odur ki, Azıx mağarasında arxeoloji qazıntılar və araşdırmalar sonadək davam etdirilib və nəhayət, dünyaya bəyan edilib ki, Azərbaycanın Qarabağ bölgəsində tapılmış Azıx mağarası həqiqətən də dünyanın ən qədim insan məskənlərindən olan bir yerdir.
***
…Ermənilər xeyli müddətdir Apropanın bir sıra ölkələrinin, o cümlədən Böyük Britaniya və İspaniya alimləri ilə birgə Azərbaycana məxsus Azıx mağarasında qeyri-qanuni araşdırmalar aparmaqdadır. Hətta 2016-cı ilin axırlarında həmin araşdırmaların «nəticələrinə» həsr olunmuş ingilis dilində «Azıx mağarası və Trans-Qafqaz dəhlizi» adlı kitab-toplu da nəşr olunmuşdur. Kitabın müəlliflərindən biri, oraya daxil edilən saxta məqalələrdən bir neçəsinin müəllifi ermənidir. Digərləri isə, təbii ki, ermənilərin ruhuna və istəyinə uyğun məqalələrin müəllifləri ingilis və ispan mütəxəssisləridir. Halbuki, əvvəl dedik, Azıx mağarası üzrə yüksək səviyyəli kompleks tədqiqatlar hələ Sovet dövründə Azərbaycan və Rusiya alimləri tərəfindən aparılmışdır. Bu tədqiqatların nəticələrinə dair hələ 1985-ci ildə hazır olan 300 səhifəlik mətn və təqribən 100 tablodan ibarət «Rehera Azıx-drevneyşaə stoənka çeloveka na territorii SSSR» («Azıx mağarası-SSRİ ərazisində ən qədim insan məskəni») adlı olduqca samballı bir kitab hazırlanmış, amma bu günədək çap olunmamışdır. Nəhayət, 1994-cü ildə professor Məmmədəli Hüseynovun vəfatından sonra yeganə nüsxədən ibarət bu kitab AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun (bu institutut 1993-cü ildən fəaliyyət göstərir) «Daş dövrü arxeologiyası» şöbəsində saxlanılmaqdadır.
Azıx mağarasının AMEA-nın Arxeologiya İnstitutunda gizlədilən tarixi

Maisə Rəhimova kimlərin tapşırığı ilə bu kitabın nəşrinə səy göstərmir?

…Sonra da deyirik ki, ermənilər bunu etdi, onu saxtalaşdırdı… Biz olan tariximizi «bir daş altdan, bir daş üstdən» düşmənçiliyi ilə dondururuq, düşmən də öz işini görürür.
Qəribədir ki, bu günə kimi həmin kitabın çapına imkan verilməmişdir. Halbuki Azıxla bağlı Azərbaycan və rus alimlərinin birlikdə apardıqları kompleks tədqiqatların nəticələri vaxtında çap edilərdisə, ermənilərin sonralar Azıxda aparmış olduqları qanunsuz araşdırmalar elə ilk gündən aktuallığını itirərdi. Və Avropa alimləri onların heç dəvətini belə qəbul etməzdi. Əfsuslar olsun, ötən illər ərzində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi, bu sırada Maisə Rəhimova belə bir vacib elmi əsərin çapına maraq göstərməmişdir. Niyə? Baxmayaraq ki, bir neçə dəfə həmin əsərin nəşri məsələsi ayrı-ayrı əməkdaşlar tərəfindən, hətta institutun Elmi Şura iclası səviyyəsində qaldırılsa da direktor Maisə Rəhimova nədənsə sona qədər dirəniş göstərmişdir. Bəs nə vaxta kimi?

Sual yaranır: biz tariximizi-mədəniyyətimizi xarici düşmənlərdən qoruyaq, yoxsa, daxili düşmənlərdən?!

«Təzadlar» toplanılmış sənədləri Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya göndərərək bu məsələyə müdaxilə edilməsini və Maisə Rəhimovanın üzə çıxartmaq istəmədiyi «Rehera Azıx-drevneyşaə stoənka çeloveka na territorii SSSR» («Azıx mağarası-SSRİ ərazisində ən qədim insan məskəni») kitabın Azərbaycan, ingilis və rus dillərində çapına, eləcə də dünyanın bir çox ölkələrində təqdimatına kömək edilməsini xahiş edəcək. Bu işdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbərliyinin də dəstəyinə ümid edirik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru