DTX-nin taradığı DSX-da müəmmalı mənzərə... - İTTİHAM
Tarix: 8-06-2020, 09:30 | Çap et
Bir neçə gün bundan öncə Gundemxeber.Az saytında Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevin həyata keçirdiyi idarəçiliklə, adı çəkilən bu qurumda yaşanan çoxsaylı qanunsuzluqlarla və s. ilə bağlı, sanki hər kəsi şoka sala biləcək silsilə açıqlamalar dərc etmişdik.
Bugünlərdə isə redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, DSX-i rəisinin qol qoyduğu qanunsuzluqların həddi-hüdudu bilinmir və hal-hazırda bu şəxs özünü olduqca ambisiyalı vəzifə sahibi hesab edir. Məsələn, dolaşan söz-söhbətlərdə vurğulanır ki, Elçin Quliyev hal-hazırda daşıdığı DSX-i vəzifəsini özü üçün olduqca kiçik vəzifə hesab edir və bu gün o, ölkəmizin güc nazirliklərindən birinə rəhbərlik etməyi qarşısına əsas məqsəd qoyub. Buna görə də onun ölkə rəhbərinin etimadını qazanmaq üçün “dəridən-qabıqdan çıxdığı” söylənilir. Amma, bu şəxs DSX-də çalışan peşəkar şəxslərə qarşı savaş apardığını, sanki bir anlığa olsa belə unudur. Misal üçün vurğulayaq ki, Elçin Quliyev bu sahədə çalışan və ən azından 20-25 il xidməti olan hərbçilərə verilən mənzil bölgüsündə olmazın haqsızlıqlara imza atır. Diqqət yetirmək gərəkdir ki, 6 ay, 3 il, 5 il və yaxud da heç bir halda DSX-də hərbi xidmətdə olmayan elə şəxslər var ki, o, həmin şəxslərə mənzil verdirib. Amma, bu şəxsin “özününkü” hesab etmədiyi, hətta 20-25 il hərbi xidmətdə olan peşəkar hərbçilərin mənzil təminatında olmazın əngəllər yaratdığı vurğulanır ki, bu da daha çox müzakirə olunan mövzulardan biri olur. Məsələn, Bakı şəhərinin Nərimanov rayonu ərazisində inşa olunan bina DSX-nin əməkdaşları üçün inşa olunsa da, o, həmin mənzilləri digər dövlət və qeyri dövlət qurumlarında çalışan, o cümlədən DMX-də, Heydər Əliyev Fondunda, hətta DTX-də çalışan şəxslərə verdirib. Belə bir səbəb üzündən də, uzun illər ərzində DSX sahəsində vicdanla hərbi xidmətdə olan hərbçilər mənzil gözləməkdən beziblər və bu gün bənzəri olmayan formada ümidsizliyə də düçar olublar.
Elçin Quliyev dövlət məmuru olub yüksək vəzifə sahibi olsa da, ona məxsus obyektlərin, şirkətlərin və digər əmlaklarının sayını sadalamaqla qurtarmaq olmaz. Bu şəxsə məxsus olduğu iddia olunan “Qaraçay” tikinti şirkətinin şıdırğı faliyyət göstərməsi də, bu gün hər kəsə bəlli olan həqiqətlərdir. Bir anlığa diqqət yetirək ki, adı çəkilən bu şirkətin Həzi Aslanovda inşa etdiyi binalardakı mənzillər Elçin Quliyevə yaxın olan zabitlərə, mülki şəxs olan yaxın qohumlarına ipoteka yolu ilə verilib. O halın varlığını da unutmaq olmaz ki, DSX-nin rəisinə məxsus olduğu iddia olunan “Qaraçay” tikinti şirkətinin keyfiyyətsiz materiallarla inşa etdiyi mənzillər qısa zaman kəsiyində yararsız hala düşüb və belə bir halın varlığı da, məhz ciddi faktorun varlığından xəbər verir. Ümumi təsəvvür belədir ki, əgər həmin ərazilərdə 5 ballıq cədvəl üzrə zəlzələ baş verərsə, o halda həmin binalar yerlə-yeksan olacaq. Fakt budur ki, hal-hazırda həmin binaların bəzilərində çatlar, söküntülər və digər çatışmazlıqlar özünü göstərməkdə davam edir.
Müəyyən çevrələrdə belə bir söz-söhbətlər də dolaşır ki, bu şəxsin “uzki kruq”una daxil olan general-mayor Cavid Abdullayevlə,general-mayor Azər İbrahimov Elçin Quliyevin biznes ortaqlarıdırlar. Belə ki, “Embavod” mebel şəbəkəsinin və Lənkərandakı “Embavod” mebel fabrikinin adı çəkilən bu biznesmen generallara məxsus olduğu iddia olunur. DSX-nə məxsus binaların mənzillərindəki mebellərin tam əksəriyyətinin “Embavod” mebel fabrikinə məxsus məhsullar olduğu da vurğulanır. “Elit” restoranının “Atçılıq Federasiyası”nın balansında olsa da, əslində bu restoranın Elçin Quliyevə məxsus olduğu bildirilir. Yəni, Elçin Quliyev çox zaman yemək-içmək məclislərini, keçirdikləri yığıncaqları, bəzən ey-işrət məclislərini də, məhz bu restoranda qeyd etdiyi iddia olunur. Bu şəxsin yaxın qohumu olan general İlham Mehdiyevin şəhərimizin Bakıxanov qəsəbəsində inşa etdirdiyi villanın dəyəri milyonlarla dəyərləndirilir. Bu kimi halların varlığının nəticəsidir ki, istər əksər media qurumlarında, istərsə də daha geniş ictimaiyyət arasında general Elçin Quliyevin adı daha çox hallanır və hər kəs bu şəxsi atdığı addımlarına görə ittiham etməkdən də çəkinmir.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamız davam edəcək,odur ki, bizi izləməyi unutayın. Davamı var.
Birinci yazını bu linkdə izləyə bilərsiniz.
http://gundemxeber.az/gundemxeber/57899-dsx-rehberinden-budce-talanchiligi-ve-dovlet-ichinde-dovlet-quruculugu-qohumbazlq-yerlbazlq-tugyan-edr.html
Gundemxeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
|