Hər ay 138 min manat müəllimlərdən kəsilib Ali Məclisə göndərilir - BAZAR AÇIBLAR
Tarix: 24-11-2022, 11:04 |
Çap et
DİA.AZ: - "Naxçıvan Təhsil Nazirliyi hər ay Ali Məclisə 138 min manat pul ötürür. Pulu hardan tapır deyə soruşmayın. Naxçıvandakı 90 faiz məltəbdə rəsm, musiqi, texnologiya dərslərinin müəllimi yoxdu və müəllim götürmək üçün vakansiya çıxarılmır". DİA.AZ bildirir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz yazıb.
Jurnalist daha sonra bildirir: "Dərslər müxtəlif müəllimlərə yazılır, sonda pul direktor tərəfindən alınaraq nazirliyə çatdırılır. Həmçinin heç bir dərnək də fəaliyyət göstərmir. Hamısının pulu eyni qayda ilə yuxarı çatdırılır. İllərdir vakansiya çıxmağını gözləyən binəva müəllimlər isə kənarda qalmalı olur.
Həmçinin idman məktəbləri də götürdüyü müəllimlər heç bir fəaliyyət göstərmirlər. Sadəcə aldıqları əməkhaqqının yarısını yuxarı çatdırırlar. Qalanı da heç bir iş görmədən özlərinə verilir ki, səsləri çıxmasın.
Müəllimi (xanzadə Seymur Talıbov nəzərdə tutulur) Şahmat federasiyasina vitse prezidet təyin ediblər. O isə Azərbaycanda heç yerdə olmayan bir şey icad edib: şahmatı dərs kimi məktəblərdə tədris etmək. Əslində əsas mahiyyət məktəblərdə dərs saatı göstərib külli miqdarda vəsait yeməkdi. Şahmat məktəbi olan yerdə məktəbdə dərs saatı kimi şahmat dərsi keçmək nə deməkdir?"
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...