Kooperasiya Universitetində növbəti rüşvət qalmaqalı yaşanıb.
DİA.AZ yenicag.az-a daxil olan məlumata əsasən biildirir ki, Kooperasiya Universiteti Magistratura şöbəsinin müdiri Əmiraslan Nəbiyev məqbul qiymət üçün magistrlərdən 150 manat tələb edir.
Qeyd olunur ki, magistrlərə bu məbləğdə qiymət “oxuyan” Nəbiyev hətta imtahanların vaxtı ilə bağlı onları məlumatlandırmağa da ehtiyac görmür.
Nəticədə magistrlər nə zaman imtahan verəcəklərini son anda öyrənmək məcburiyyətində qalırlar və seytnot vəziyyətinə düşərək imtahana normal hazırlaşa bilmirlər. Ancaq bu hal şöbə müdirini qətiyyən qayğılandırmır.
Redaksiyamıza göndərilən bu qiymət cədvəlinə diqqət edin. Məlumata görə, cədvəldə qiymət qrafaları boş saxlanılan magistrlər Nəbiyevin tələb etdiyi məbləği ödəyənlərdir. Yəni digər magistrlərin nəticələri qiymətləndirildikdən sonra onlara da uyğun qiymət yazılacaq.
Bildirilir ki, Nəbiyəv imtahandan məqbul qiymət ala bilməyən, yaxud da balı qəsdən aşağı salınan magistrlərə “özlərini yormamağı, tələb olunan pulu verib qiymət almağı” tövsiyə edib.
Qeyd edək ki, Kooperasiya Universitetinin rektoru Milli Məclisin deputatı Eldar Quliyevdir.