Xaçmazda gömrükçülər vətəndaşı qarət ediblər - 21 min dollarlıq gümüş əşyanı it-bata salıblar
Tarix: 28-01-2014, 10:22 | Çap et
DİA.AZ: - Son zamanlar Xaçmaz Gömrük İdarəsində bir sıra xoşagəlməz hallar, ciddi problemlər yaşanır. Bu isə öz növbəsində, həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarını əməlli-başlı narahat edir. DİA.AZ bildirir ki, bu braədə “Gündəlik Bakı qəzetində məlumat yayılıb. Xəbərdə qeyd olunur ki, hazırda Xaçmaz Gömrük İdarəsində özbaşınalıqlar ən yüksək zirvəyə çatıb. Xırda ticarətlə məşğul olan Xaçmaz və ətraf rayon, həmçinin paytaxt Bakı sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının sözün həqiqi mənasında Elçin Quliyevin rəisi olduğu Xaçmaz Gömrük İdarəsinin məmurlarının rüşvət ehtiraslarının qurbanına çevrildiyini bildirən məlumatlı şəxsin sözlərinə görə, idarənin tabeçiliyində olan Yalama (SDK), Xanoba, Şirvanovka, Samur və Zuxul gömrük postlarının əməkdaşlarının əməlləri heç bir qanuna və məntiqə sığmır:
«Bu gün Xaçmaz Gömrük İdarəsinin «SDK» gömrük postunda elə ab-hava hökm sürür ki, sanki bura bir neçə şəxsin «özəl obyekti»dir. Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllim, həmçinin «SDK» gömrük postunun rəhbərliyi birlikdə buranı müvafiq qanunlarla yox, məhz özlərinin müəyyənləşdirdikləri «qayda»larla idarə edirlər. Elə buna görə də onlar bir sıra yollarla öz maraqlarını təmin etməyi bacarırlar». Xaçmaz Gömrük İdarəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanların saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirdiklərini deyən mənbə qeyd edir ki, idarə rəisi Elçin Quliyev və onun tabeçiliyində çalışan şəxslərin əməllərindən narazı olan insanlar kimə, hara şikayət edəcəklərini bilmirlər: «Çünki heç kim Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyevə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllimə, həmçinin «SDK» gömrük postunun rəhbərliyinə irad tutmur, onların əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də onlar öz bildiklərini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışırlar».
Ötən il dekabr ayının 29-da Rusiyanın paytaxtı Moskva şəhərindən Ramil Əliyev tərəfindən Gəncə-Moskva avtobus reysilə 4 qutu, 144 ədəd gümüş qaşıq, çəngəl və bıçağın göndərildiyini deyən məlumatlı şəxsin iddiasına görə, Xaçmaz Gömrük İdarəsi, eləcə «SDK» gömrük postu qeyd olunan malları it-bata salıb: «Dekabrın 29-da Ramil Əliyev Moskvadan Gəncə-Moskva avtobusu ilə dəyəri 21 min dollar olan gümüş qaşıq, çəngəl və bıçaq göndərib. O, avtobus sürücüsünə deyib ki, cehizlik üçün nəzərdə tutulan həmin malları «SDK» gömrük postunda Vüqar Ələkbərov ondan təhvil alacaq. Malın dəyərinin 21 min dollar olduğunu təsdiq edən müvafiq qəbz də var. Mal gəlib gömrük postunda çatanda sürücüyə deyirlər ki, mallar «rastamoşka» olunmalıdır. Sürücü mal sahib olmadığını, sadəcə malı gətirdiyini bildirdik də, gömrük əməkdaşları gümüş əşyaları depoya qoyurlar və bildirirlər ki, sahibləri gəlib «rastamoşka» eləməlidir. Daha sonra Moskvadan «SDK» gömrük postu ilə əlaqə saxlanılıb və bildirilib ki, malın keçirilməsinə icazə verilmir, bu sahədə monopoliya var. Gömrük işçiləri deyiblər ki, bizim sizə yaxşılığımız o olar ki, gəlib malınızı geri götürəsiniz. Bundan sonra Ramil Əliyev Vüqar Ələkbərov və avtobus sürücüsü ilə birlikdə «SDK» gömrük postuna malı geri götürmək üçün gəlirlər. Lakin onlar həmin vaxt gümüş əşyaların depoda olmadığını görürlər. Onlara bildirirlər ki, gümüş əşyaları Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllim aparıb. Ramil Əliyev və digərləri məcbur olub Xaçmaza getməli olurlar. Lakin Xaçmaz Gömrük İdarəsindən deyirlər ki, mallar məhkəmə yolu ilə müsadirə olunub. Maraqlı məqam ondadır ki, Xaçmaz Rayon Məhkəməsi yükün sahibi olmadığı halda necə və hansı əsasla onu müsadirə etmək barədə qərar verib?
Bunu aydınlaşdırmaqdan ötrü məhkəmə ilə əlaqə saxladıqda məlum olub ki, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları ağ yalan deyirlərmiş. Məhkəmə həmin gümüş əşyalarla bağlı heç bir qərar qəbul etməyib və ümumiyyətlə, bu barədə məlumatı belə, yoxdur. Bundan sonra Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi malın dəyərinin hesablanıb geri qaytarılması barədə təkliflə çıxış etdi. Qarşı tərəf, yəni mal sahibləri gümüş əşyalarının dəyərinin 21 min dollar olduğunu deyib. Gömrük əməkdaşları isə malın qiymətinin 21 min rubl olduğunu düşünüblər. Bununla bağlı gömrük əməkdaşlarına müvafiq qəbz təqdim olunduqda mallın qiymətinin həqiqətən də 21 min dollar olduğu aydınlaşıb». Məlumatlı şəxsin sözlərinə görə, gömrük işçiləri vəziyyətdən çıxmaq üçün gümüş əşyaların 4 qutu yox, yalnız bir qutu olduğunu iddia ediblər: «Bir sözlə, Xaçmaz Gömrük İdarəsi mənimsədikləri malı müxtəlif yollarla ört-basdır etməyə çalışır. İndi cehizlik alınan həmin gümüş malların sahibləri yanvarın 7-dən Xaçmaz Gömrük İdarəsində qalıblar. İdarənin rəisi Elçin Quliyev isə özünü sanki heç nə olmamış kimi aparır».
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
|