Keçmiş MTN-nin səhiyyə sistemindəki təzahürü... - Sanitariya-Karantin Müfəttişliyinin rəisinin başı dərddə
Tarix: 1-02-2016, 09:32 | Çap et
Akif Çovdarovun həbsi onun Səhiyyə nazirliyindəki adamı olan Sara Həsənovanı bitirə bilər.
Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi Sara Həsənova ciddi təftiş içindədir. Səhiyyə Nazirliyi sistemində hazırda həbsdə olan nazir Əli İnsanovun kadrı kimi tanınan Həsənova rəhbərlik etdiyi qurumda aparılacaq yoxlamanın onun üçün yolun sonu olacağından əmindir. Çünki bütün fəaliyyəti boyu ciddi korrupsiya və qanunsuzluq faktları ilə yadda qalan Sara Həsənovanın hər zamankı himayədarı keçmiş MTN generalı Akif Çovdarovun özü hazırda həbsdədir.
Bu barədə saytımıza məlumat verən məlumatlı mənbə deyir ki, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışarkən rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edən Həsənova bundan imtina edənləri vahiməli general Akif Çovdarovun adı ilə təhdid edirmiş. Çovdarovla Həsənovanın əməkdaşlığı keçmiş generalın onun yaxın qohumlarına MTN-də yüksək vəzifə verəcək qədər yaxın olub.
Sara Həsənovanın Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi kimi yüksək vəzifəyə təyinatı da məhz keçmiş MTN generalının dəstəyi ilə baş tutub. Respublikaya idxal olunan ərzaq məhsulları, ərzaq xammalı, qida əlavələri, bioloji fəal qida əlavələri, qeyri-ərzaq məhsulları, istehlak əşyaları kimi böyük bir sahəyə nəzarət edən xanım rəisin rüşvət korrupsiyadan böyük miqdarda gəlir əldə etdiyi söylənilir. Onun övladının Avropanın ən bahalı universitetlərindən birində təhsil aldığı, bir neçə villasının və avtomobilinin olduğu söylənilir.
Lakin, görünür keçmiş MTN generalı Akif Çovdarovun həbsi Səhiyyə nazirinin müavini Nigar Əliyevanın yerində gözü olan Sara Həsənovanın bütün planlarını alt-üst etdi. İndi Həsənovanı sadəcə olaraq azadlıqda olmaq qayğılandırır...
***
Xatırladq ki, zaman-zaman Səhiyyə Nazirliyi ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olur.
Təqdim olunan video dünən "Semaşko" xəstəxanasının qarşısında, vətəndaşın maşınının kamerası ilə çəkilib.
“Ölümcül olmasına baxmayaraq pulu olmadığı üçün xəstəni içəri almadılar. Cibində pulu olmadığı üçün onu adam yerinə qoymadılar. Mühafizəçi dedi ki, bomjdur, həkimlər isə heç üzünə də baxmadılar”, - videonun müəllifi deyir.
Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələrinin təmiri və tikintisi ilə bağlı sifarişlərini bir qayda olaraq, "Turqay” MMC həyata keçirir. Bu, Qaynar.info-nun Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında apardığı araşdırmadan sonra məlum olub.
Saytın keçirilən tenderlərin reyestri ilə bağlı bölümündəki məlumatlardan belə məlum olur ki, 2015-ci ildə təkcə Səhiyyə Nazirliyinin sifarişi ilə Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin satın alınmasına görə sözügedən şirkətə 11 milyon 120 min manat vəsait ödənilib.
Bundan başqa, Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin təmir işlərinin satın alınması da ötən il adıçəkilən şirkətə həvalə olunub və bunun üçün "Turqay” MMC-yə 297 650,87 manat ödənilib. Əvvəlki illərdə də bu şirkət Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyin kifayət qədər yüksək büdcəli sifarişlərinin icrası ilə məşğul olub. Məsələn, iki il əvvəl Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikanın təmiri məhz "Turqay” MMC-yə həvalə olunub və həmin vaxt bu məqsədlə adıçəkilən şirkətə 5 milyon manat ayrılıb. Eyni ildə Respublika Talassemya Mərkəzinin təmir işlərinin satın alınması (294 245 manat) və Bakı şəhər 1 saylı Klinik Tibbi Mərkəzdə təmir işlərinin satın alınması da (59 745) də məhz "Turqay” MMC-yə həvalə olunub. Bundan başqa, 2013-cü ildə istifadəyə verilən Cəlilabad Rayon Xəstəxanasının tikintisi və təchizatı üzrə 10 milyon 960 min manat həcmində müqavilə də «Turqay» MMC ilə bağlanılıb. Maraqlıdır ki, hansı səbəbdənsə səhiyyə nazirinin dərin rəğbət və böyük etimadını qazanmış həmin şirkətlə bağlı ötən illər ərtzində KİV-də heç də ürəkaçan məlumatlar yayılmayıb. Bunlardan ikisi xüsusilə heyrət doğurur. Belə ki, 10 il öncə - 2005-ci ilin dekabrında rəsmi dövlət agentliyi AzərTAc Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şəbəsinə istinadən belə bir məlumat yayıb: "Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergidən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı daha 43 cinayət işi başlanmışdır”. Bunun ardınca həmin şirkətlərin adları və vergidən yayındırdıqları məbləğlər açıqlanıb. Onların arasında "Turqay” MMC-nin də adı var. Şirkətin dövlət büdcəsinə ödəməkdən yayındırdığı məbləğ isə tükləri biz-biz edir: 4 milyard 797,7 milyon manat! İki il öncə mətbuatda bu şirkətlə bağlı yer alan məlumatda isə iddia edilir ki, onun rəhbəri Abbasov Tamerlan Yahya oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli biliinib 1 il 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib. Həmin iddia sonradan təkzib edilməyib. O da qəribədir ki, kifayət qədər böyük məbləğlərlə ifadə olunan dövlət satınalmalarının həvalə olunduğu bu şirkətin rəsmi internet ünvanı yoxdur. İndiki dövrdə isə bu, anlaşılan və qəbuledilən deyil, müəyyən suallar yaradır. İndi maraq doğuran Oqtay Şirəliyevin nazirliyinin kifayət qədər şübhəli imicə malik bir şirkətə dövlətin milyonlarla manatını hələ də niyə etibar etməsidir?! (bastainfo.com)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|